Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?

Noyabr 2, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48
Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

13 Noyabr 25 / 17:19
Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

13 Noyabr 25 / 11:58
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

12 Noyabr 25 / 12:07
ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
“Statistik proqnozlara görə, 2026–2030-cu illər arasında birinci sinfə qəbul ediləcək uşaqların sayı hazırkı göstəricidən təxminən 10–15 faiz az olacaq. Bu, gələcəkdə müəllimlərin sayında tənzimləmə və ixtisar ehtimalını artırır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda doğum səviyyəsinin azalmasının gələcəkdə müəllimlərin ixtisarına səbəb ola biləcəyi sualına cavabında deyib.
O bildirib ki, doğum səviyyəsindəki bu azalma gələcəkdə məktəb, müəllim və ümumilikdə təhsil infrastrukturunun yenidən optimallaşdırılmasını tələb edəcək: “Hazırda Azərbaycanda 150 minə yaxın müəllim fəaliyyət göstərir. Əgər hər il orta hesabla 14–15 min az uşaq məktəbə gedəcəksə, 10 ildən sonra ibtidai və əsas təhsil səviyyəsində 10–12 min müəllimin artıq qalması mümkündür. Bu isə dövlətin kadr siyasətində çevik qərarlar qəbul etməsini tələb edəcək. Lakin burada ixtisar yox, yenidən yönləndirmə və ixtisasartırma mexanizmlərinin tətbiqi daha məqsədəuyğundur”.
Ekspertin fikrincə, azalma təkcə məktəblərə deyil, ali təhsil, peşə təhsili və elmi-tədqiqat sektoruna da mərhələli şəkildə təsir göstərəcək. “Əgər 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 90 min abituriyent iştirak etmişdisə, 2030-cu ilə qədər bu sayın 60–65 minə enəcəyi gözlənilir. Bu, universitetlərin maliyyə dayanıqlığına, professor-müəllim heyətinin sayına və elmi potensialın yenilənməsinə ciddi təsir göstərəcək”.
Kamran Əsədov hesab edir ki, doğum səviyyəsinin azalması fonunda gələcəkdə doktorantura və tədqiqat proqramlarına müraciət edən gənclərin sayında azalma kadr qıtlığını dərinləşdirə bilər: “Peşə və orta ixtisas təhsili sektorunda da oxşar vəziyyət formalaşır. 2024-cü ildə ölkədə peşə təhsili müəssisələrində təhsil alanların sayı 32 min nəfər olub, bu da ümumi təhsilalanların cəmi 2 faizinə bərabərdir. Əgər demoqrafik azalma tendensiyası davam edərsə, peşə məktəblərinə qəbul edilənlərin sayı daha da azalacaq, bu isə sənaye və texniki sektorun insan resurslarını məhdudlaşdıracaq.
Belə halda, Elm və Təhsil Nazirliyinin son illərdə başladığı peşə təhsilinə marağın artırılması, “PeşəFest”, “Skills Azerbaijan” kimi təşəbbüslər və əmək bazarı ilə inteqrasiyanı gücləndirmə siyasəti xüsusi əhəmiyyət daşıyır”.
Ekspert qeyd edib ki, əgər bu proses davamlı xarakter alarsa, bəzi təhsil müəssisələri boş qala bilər: “Regionlarda məktəb şəbəkəsi daralacaq və bu da bəzi kəndlərdə məktəblərin bağlanmasına və müəllimlərin miqrasiyasına səbəb ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövlət tərəfindən regional təşviq mexanizmləri – məsələn, kənd müəllimlərinə əlavə maliyyə dəstəyi, mənzil proqramları və xidmət stajının artırılması kimi tədbirlər həyata keçirilməlidir. Lakin mənfi təsirlərlə yanaşı, bu prosesin müsbət tərəfləri də var. Siniflərin seyrəlməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək. Əgər 2000-ci illərdə bir sinifdə 30–35 şagird təhsil alırdısa, indi bəzi bölgələrdə bu rəqəm 15–18-dir. OECD standartlarına görə, kiçik siniflərdə tədris daha məhsuldar sayılır. Bu da müəllim–şagird münasibətlərinin daha fərdi, psixoloji və pedaqoji baxımdan dərin qurulmasına şərait yaradır”.
Kamran Əsədov vurğulayıb ki, doğum səviyyəsindəki azalma Azərbaycan təhsil sisteminə həm təzyiq, həm də fürsət yaradır: “Təzyiq – çünki gələcəkdə şagird və tələbə kontingenti azalacaq, bu da kadr və struktur dəyişikliklərini qaçılmaz edəcək.
Fürsət – çünki sistemin optimallaşdırılması, keyfiyyətin artırılması və resursların yenidən bölgüsü üçün yeni imkanlar açılır.
Elm və Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi təhsil şəbəkəsinin optimallaşdırılması, region məktəblərinin klasterləşdirilməsi, müəllimlərin yenidən ixtisaslaşdırılması və peşə təhsilinin gücləndirilməsi siyasəti bu reallıqlara adekvat cavabdır. Dövlətin strateji yanaşması bundan sonra miqdar yox, keyfiyyət prinsipinə əsaslanmalıdır. Azalan uşaq sayı daha çox investisiyanın hər bir şagirdin fərdi inkişafına yönəlməsi üçün tarixi imkan yaradır. Bu, gələcəkdə həm təhsilin, həm elmin, həm də ümumilikdə insan kapitalının keyfiyyət göstəricilərini yüksəldəcək”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə ölkədə 166 210 uşaq doğulub. Sonrakı illərdə bu rəqəm ardıcıl şəkildə azalıb:
* 2019-cu ildə – 141 179,
* 2020-ci ildə – 126 571,
* 2021-ci ildə – 112 284,
* 2022-ci ildə – 122 846,
* 2023-cü ildə – 112 620,
* 2024-cü ildə isə cəmi 102 310 körpə dünyaya gəlib.
Azalma 2025-ci ildə də davam edir: yanvar–avqust ayları ərzində Azərbaycanda 63 698 uşaq doğulub – bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 431 nəfər az deməkdir.
Gələn tədris ilində birinci sinfə təxminən 14 min az uşaq gedəcək.
Əvvəlki Yazı

Trampın oğlu Ermənistana niyə gəlir? (ŞƏRH)

Növbəti Yazı

Ziya Məmmədov həbsdən necə qurtulub? — SENSASİON SİRLƏR ÜZƏ ÇIXDI

EKSKLUZİV

Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?

Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?

17 Noyabr 2025 / 13:09
2
Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

17 Noyabr 2025 / 12:36
1
Yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ

Yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ

17 Noyabr 2025 / 12:35
0
Tramp Maduro üçün sürgün ünvanı axtarır: siyahıda Azərbaycanla Türkiyə də var – İDDİA

Tramp Maduro üçün sürgün ünvanı axtarır: siyahıda Azərbaycanla Türkiyə də var – İDDİA

17 Noyabr 2025 / 12:34
0

XƏBƏR LENTİ

Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?

Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ

Tramp Maduro üçün sürgün ünvanı axtarır: siyahıda Azərbaycanla Türkiyə də var – İDDİA

Qeyri peşəkarlar nə vaxta kimi təsilimizi TALAMAQLA məşğul olacaqlar?

Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Şanlı Apreldən Qarabağa gedən Zəfər yolu 

 Gəzlənilməyən qətlin izi ilə…

Kino Bülbüloğlunun tabeçiliyində olmayıb – Açıqlama

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Parlamentdə 3 gün ardıcıl toplaşacaq – SƏBƏB

“Müharibə qapımızdadır, amma biz kredit götürüb ev tikirik” -ŞƏRHLƏR

Sahib Məmmədovun “islahatları” AHİK-nı borca salıb -Düşünür ki, yeni seçilib

Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ

Kiyevdə korrupsiya bombası partladı: 100 milyon dollarlıq izlər

Xanhüseyn Kazımlının oğlu İpoteka və Kredit Zəmanət Fondunun bahalı maşın sərgisinə çevirib: biri 160 minə 4 maşın alır

Təhsil Nazirliyindən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək

“Traktorsazi”nin prezidenti: “Biz türklər olmasaydıq, bu gün İran yox idi”

Putin TŞ-nin müşavirəsini keçirib – Lavrov müşavirəyə qatılmayıb

İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar

Almaniya müharibəyə hazırlaşır – Yeni “Hərbi Plan” razılaşdırıldı

Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndində

Simonyandan Xocalı canilərinə ağır sözlər

Türkiyə polisi 11 ölkə ilə HƏRƏKƏTƏ KEÇDİ: Siyahıda Azərbaycan da var

“Azərsilah”ın zavodunda partlayış olub, bir nəfər ölüb

Azərbaycan Rusiyaya nota verdi – Səfir XİN-ə çağırıldı

ABŞ şirkəti “Lukoil” in xarici aktivlərini almaq istəyir

Adnan Əhmədzadə hər ay Ramiz Mehdiyevin nəvəsinə pul köçürürmüş – Fantastik MƏBLƏĞ

Kiçik məktəblilər “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.