Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycanda araq BAHALAŞACAQ

Noyabr 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48
Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

13 Noyabr 25 / 17:19
Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

13 Noyabr 25 / 11:58
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

12 Noyabr 25 / 12:07
ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53

Növbəti ildən Azərbaycanda alkoqollu içkilər üçün aksiz dərəcələri artırılacaq. Bu dəyişiklik “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Yeni təklifə əsasən, içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litrinə tətbiq olunan aksiz dərəcəsi 4,8 manatdan 5 manata qaldırılır.

Energetik içkilərin hər litrinə görə aksiz 3,1 manatdan 3,3 manata, tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibində spirtin miqdarı 9 faizdən çox olmayan) hər litrinə görə isə 0,4 manatdan 0,5 manata yüksəldilir. Tütün məhsulları üzrə də artım nəzərdə tutulub – siqarilla, siqaret və onların əvəzedicilərinin 1000 ədədi üçün aksiz 45,5 manatdan 55 manata qaldırılacaq.

Belə ki, aksiz dərəcələrinin artırılması ilə spirtli içkilərin və tütün məhsullarında müəyyən qiymət artımı gözlənilir.

Modern.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri  Akif Nəsirli qeyd edib ki, Azərbaycanda spirtli içkilərə tətbiq edilən aksiz dərəcələrinin artırılması ilə bağlı planlaşdırılan dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

“Bu qərar, əsasən, dövlət büdcəsinə əlavə gəlir gətirmək, eyni zamanda qeyri-rəsmi istehsalın qarşısını almaq məqsədi daşıyır. Lakin dəyişikliklərin bazardakı qiymətlərə təsiri bir neçə amildən asılı olacaq – aksiz dərəcəsi, istehsal xərcləri, idxal və yerli istehsal nisbəti, gömrük rüsumları, valyuta məzənnəsi və satıcı davranışı bu təsirə yön verən əsas faktorlardır.

Hazırda spirtli içkilər üçün aksiz dərəcəsi 4,8 manat/litr təşkil edir. Yeni qaydalar qüvvəyə mindikdən sonra bu göstərici 5 manat/litr olacaq. Bu isə litr başına 0,2 manat və ya təxminən 4,2 faizlik artım deməkdir. Aksizin birbaşa satış qiymətinə ötürülməsi halında bahalaşma cüzi görünə bilər – məsələn, 20 manatlıq içki üçün bu, cəmi 0,2 manatlıq, yəni 1 faizlik artıma bərabərdir. Lakin praktikada istehsalçı və distribyutorlar əlavə xərcləri nəzərə alaraq qiymətləri bir qədər çox qaldıra bilərlər. Beləliklə, spirtli içkilərin qiymətində 2-5 faiz arası artım mümkündür”.

Ekspert bildirib ki, araq və digər tünd içkilər kateqoriyasında (viski, cin, rom və s.) bahalaşma əsasən 1-3 faiz arasında proqnozlaşdırılır.

“0,7 litrlik araq üçün aksiz artımı təxminən 0,14 manat təşkil edəcək. Bu artımın təsiri daha çox idxal olunan markalarda hiss ediləcək, çünki bu içkilər həm valyuta məzənnəsinin dəyişməsi, həm də gömrük rüsumları ilə bağlı əlavə xərclərdən təsirlənirlər.

Konyak və konyak materialları üçün də eyni səviyyəli artım nəzərdə tutulub. Bu seqmentdə, xüsusilə idxal markaları üzrə qiymətlərin 2-5 faiz aralığında artımı ehtimal olunur. Yerli istehsal məhsullarında isə artım nisbətən az ola bilər.

Likyor və likyor tipli məhsullarda 4,2 faizlik aksiz artımı 2-4 faiz arası bahalaşmaya səbəb ola bilər. Premium və idxal likyorlarında isə bu göstərici bir qədər yüksək ola bilər”.

A.Nəsirli onu da əlavə edib ki, pivə və aşağı alkoqollu içkilər üçün aksiz dərəcəsi  – 0,4 manatdan 0,5 manata, yəni 25 faiz nisbətində artırılır:

“Nisbətən böyük faiz göstəricisinə baxmayaraq, bu içkilərin ümumi qiymətinin aşağı olması səbəbindən faktiki artım az olacaq. Məsələn, 2,5 manata satılan 1 litr pivənin qiyməti təxminən 0,10-0,15 manat yüksələ bilər.

Bundan əlavə, enerji içkiləri üçün də aksiz dərəcəsində – 3,1 manatdan 3,3 manata qədər artım nəzərdə tutulur. İçməli etil spirti üçün də analoji dəyişiklik tətbiq olunacaq. 4,8 manatdan 5 manata yüksəlmə planlaşdırılır. Bu addım isə, qida sənayesində istifadə olunan spirtin vergisini ümumi tənzimləməyə uyğunlaşdırmaq və qeyri-rəsmi istehsalın qarşısını almağa yönəlib”.

O həmçinin vurğulayıb ki, ümumilikdə, aksiz artımının bazarda yaratdığı bahalaşma təsiri müxtəlif olacaq:

“Ən yüksək nisbi artım aşağı alkoqollu içkilərdə müşahidə ediləcək, lakin faktiki qiymət fərqi az olacaq. Ən çox bahalaşma riski isə idxal olunan tünd içkilərdə gözlənilir, çünki bu məhsullar həm aksiz, həm də valyuta amilindən təsirlənirlər. Ekspertlər hesab edir ki, ümumi qiymət artımı bazarda 1 faizdən 10 faizə qədər dəyişə bilər.

Yeni aksiz dərəcələrinin tətbiqi, bir tərəfdən dövlət gəlirlərinin artırılmasına xidmət edəcək, digər tərəfdən isə istehsalçı və istehlakçı davranışında müəyyən korrektələr yaradacaq. Buna baxmayaraq, rəqabətli mühit və mağazaların endirim siyasəti bahalaşma prosesini qismən yumşalda bilər”,- deyə A.Nəsirli bildirib.

Əvvəlki Yazı

Ramiz Mehdiyev və onun “köhnə qvardiyası”: Kölgədə daha kimlər var?

Növbəti Yazı

Doğuş və dəfn üçün ayrılan vəsait ARTIRILIR

EKSKLUZİV

Gömrük Komitəsindən sensasion əməliyyat -90 milyon dollarıq heroin tutuldu

Gömrük Komitəsindən sensasion əməliyyat -90 milyon dollarıq heroin tutuldu

17 Noyabr 2025 / 13:53
0
Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir?

Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir?

17 Noyabr 2025 / 13:52
0
Azərbaycanın ən böyük göllərindən biri quruyur: Ekoloqlar həyəcan təbili çalır (VİDEO)

Azərbaycanın ən böyük göllərindən biri quruyur: Ekoloqlar həyəcan təbili çalır (VİDEO)

17 Noyabr 2025 / 13:50
0
Əhali kəndləri niyə tərk edir? – VİDEO

Əhali kəndləri niyə tərk edir? – VİDEO

17 Noyabr 2025 / 13:48
0

XƏBƏR LENTİ

Gömrük Komitəsindən sensasion əməliyyat -90 milyon dollarıq heroin tutuldu

Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir?

Azərbaycanın ən böyük göllərindən biri quruyur: Ekoloqlar həyəcan təbili çalır (VİDEO)

Əhali kəndləri niyə tərk edir? – VİDEO

Doğum, nikah, boşanma azalıb, ölüm artıb

Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub

Azərbaycan adına qürur ünvanı: Raul İsmayılın uğur hekayəsi

Artım və azalmalar – Hesabat

Neft-qaz sektorunda maaşlar – Başqa maaşlardan nə qədər üstündür?

Prezident aşpazları – dövlət ziyafətlərinin görünməz ADAMLARI

Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?

Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ

Tramp Maduro üçün sürgün ünvanı axtarır: siyahıda Azərbaycanla Türkiyə də var – İDDİA

Qeyri peşəkarlar nə vaxta kimi təsilimizi TALAMAQLA məşğul olacaqlar?

Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Şanlı Apreldən Qarabağa gedən Zəfər yolu 

 Gəzlənilməyən qətlin izi ilə…

Kino Bülbüloğlunun tabeçiliyində olmayıb – Açıqlama

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Parlamentdə 3 gün ardıcıl toplaşacaq – SƏBƏB

“Müharibə qapımızdadır, amma biz kredit götürüb ev tikirik” -ŞƏRHLƏR

Sahib Məmmədovun “islahatları” AHİK-nı borca salıb -Düşünür ki, yeni seçilib

Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ

Kiyevdə korrupsiya bombası partladı: 100 milyon dollarlıq izlər

Xanhüseyn Kazımlının oğlu İpoteka və Kredit Zəmanət Fondunun bahalı maşın sərgisinə çevirib: biri 160 minə 4 maşın alır

Təhsil Nazirliyindən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək

“Traktorsazi”nin prezidenti: “Biz türklər olmasaydıq, bu gün İran yox idi”

Putin TŞ-nin müşavirəsini keçirib – Lavrov müşavirəyə qatılmayıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.