Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

ABŞ Paşinyandan üz döndərir? – Sensasion iddia

Noyabr 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

Qərb nəşrləri iqtidarı “topa tutmağa” başlayıb, məşhur amerikalı jurnalist isə Kremlin adamına tribuna verir – səbəblər
“Qərbin hazırkı Ermənistan hakimiyyətini dəstəklədiyinə dair fikirlər olsa da, görünən odur ki, bu dəstək xeyli azalıb və heç də bütün Qərb dairələri baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləmir”. Bu barədə “Past” qəzeti məlumat yayıb (Teleqraf).

Nəşrin yazdığına görə, bunu son vaxtlar bir sıra Qərb KİV-lərində dərc olunan kəskin məqalələr, eləcə də Avropa rəsmilərinin Ermənistana qarşı apardıqları kampaniyalar sübut edir. Mənbənin fikrincə, Paşinyanın kilsə əleyhinə apardığı kampaniya, Ermənistanda baş verən siyasi həbslər, xüsusən də rusiyalı oliqarx Samvel Karapetyanın həbsi Qərbdə o qədər də xoş qarşılanmayıb.

“Məsələn, Avronest Parlament Assambleyasının İrəvanda keçirilən son iclasında Avropa Parlamentinin deputatları Naço Sançes Amor və Sergey Laqodinski Ermənistan hakimiyyətinin hərəkətlərinə çox sərt reaksiya veriblər. Ötən həftə nüfuzlu “Financial Times” kifayət qədər geniş məqalə dərc edib. “Ümumiyyətlə, bugünlərdə bir sıra Qərb mediası Ermənistanda baş verən siyasi həbsləri işıqlandırır. Məlum olduğu kimi (təsisçisi İrəvanda həbs edilmiş rusiyalı iş adamı Samvel Karapetyan olan), “Bizim Yol” hərəkatının koordinatoru Narek Karapetyanın Nyu-Yorka səfəri də maraqlıdır və orada onun məşhur amerikalı siyasi şərhçi Taker Karlsona müsahibəsi nəzərdə tutulub. Müsahibə zamanı hansı məsələlərə toxunulacağı yaxın vaxtlarda bəlli olacaq, amma müsahibə faktının özü çox diqqət çəkir”, – qəzet vurğulayıb.

Nəşrə görə, bu fakta Ermənistanda Samvel Karapetyanın Rusiyanın dəstəyinə malik olması barədə yayılmış stereotipdən baxmaq olar: “Bu stereotip onun biznes fəaliyyətinin əksəriyyətini Rusiyada qurmasına əsaslanır. İkinci fakt budur ki, Karlson müxtəlif dövlətlərin liderləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp, İran Prezidenti Məsud Pezeşkian, Macarıstan Baş naziri Viktor Orban və sairlə müsahibələr aparıb. Ermənistana münasibətdə müsahibəyə ölkənin baş nazirini deyil, müxalifət xadimini dəvət edir. Taker Karlson Amerikanın ən tanınmış siyasi şərhçilərindən biridir və Tramp administrasiyası ilə sıx əlaqələrə malikdir. Belə məsələlərdə heç vaxt təsadüflər olmur. Deməli, Qərbdə Nikol Paşinyandan əllərini çəkməyə başlayıblar”.

Xatırladaq ki, erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan iyunda Ermənistanda hakimiyyəti devirməyə açıq çağırış ittihamı ilə həbs edilib. Bundan sonra “Bizim Yol” adlı siyasi hərəkat təsis edən iş adamı 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Karapetyanın həbsi Rusiyada rezonans doğurub, hətta Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələyə münasibət bildirilib. Onun seçkilərdə Kremlin mümkün namizədlərindən biri olacağı barədə məlumatlar var. (musavat.com)

Əvvəlki Yazı

Evlərini kirayə verənlərdən vergi tutulması necə tənzimlənəcək?

Növbəti Yazı

“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovla bağlı qərar verildi

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.