Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Ermənilər gəlir – İrəvandan anons, Bakıda hazırlıq

Noyabr 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

Cənubi Qafqazda sülh danışıqları yeni mərhələyə qədəm qoyur. İrəvan və Bakı xəttində intensiv diplomatik və ictimai təmaslar diqqət mərkəzinə çevrilib. Son həftələrdə tərəflər təkcə hökumətlərarası səviyyədə deyil, həm də ictimai platformalarda bir-birinə yaxınlaşmaq üçün addımlar atırlar.

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə verdiyi açıqlamada bildirib ki, avqustun 8-dən etibarən İrəvan və Bakı “indiyədək əldə edilmiş tərəqqinin möhkəmləndirilməsi və dialoqun dərinləşdirilməsi üçün məqsədyönlü səylər göstərir”.

Qriqoryan konkret nümunələr də çəkib: “Oktyabrın 21-22-də ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistana səfər edib və ikitərəfli dəyirmi masada iştirak edib. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyətinin də Azərbaycana səfəri gözlənilir”.

Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan noyabrın 4-də İrəvanda keçirilən “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” forumunda bildirib ki, tədbirdə Azərbaycan və Türkiyədən vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı regionda yeni reallığın formalaşdığını göstərir.

Forumun ardından Karnegi Berlin Mərkəzinin elmi işçisi Zaur Şiriyev də jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanın gözləntilərini açıqlayıb: “Azərbaycan ümid edir ki, ABŞ ölkənin əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz keçidin təşkilinə yardım göstərmək məsuliyyətini öz üzərinə götürəcək”.

Erməni nümayəndələrin Bakıya səfəri həm rəsmi, həm də ictimai səviyyədə maraq doğurur. Məsələ təkcə “təmas”dan ibarət deyil – bu, iki xalq arasında uzun illər davam edən düşmənçiliyin fonunda inam testidir. Bakı yaxın günlərdə İrəvandan gələcək nümayəndələri qəbul etməyə hazırlaşır. Bu, son iki əsrlik qarşıdurma tarixində nadir bir epizod olacaq – “ermənilər Bakıya gəlir” ifadəsi ilk dəfə olaraq təkcə xəbər yox, həm də siyasi sınaq mənası daşıyır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dialoqlar öz faydasını verəcək, lakin əsas siyasi qərarlardır: “Avqustun 8-dəVaşinqtonda baş tutan görüşün davamı kimi sülh quruculuğunun inkişafı, əlbəttə, vacibdir. Amma Ermənistandan başqa addımlar da tələb olunur. İlk olaraq konstitusiya dəyişməlidir. Zəngəzur dəhlizi ilə bağlı nəhayət ki, tikintiyə başlamalıdırlar. Əsas siyasi qərarların reallaşması vacibdir. Amma bunlarla paralel olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqu da faydalıdır. Bu görüşlər ağır keçə bilər. Çünki 100 il ərzində o qədər qətliamlar, savaşlar oldu, ermənilər bizə arxadan o qədər zərbələr vurdular ki, əlbəttə, bunlar asanlıqla unudulmayacaq. Bütün bunlara baxmayaraq bu tədbirlərin də öz faydası olacaq.

İşğal dövründə ermənilərlə görüşdə mən də iştirak etmişdim. Həmin görüşlərdə hansısa nəticə əldə etmək mümkün olmadı, çünki işğal hələ davam edirdi. Hətta ermənilərlə Finlandiyanın bir adasında görüşüb fikir mübadiləsi aparmışdıq. Lakin ermənilər işğaldan vaz keçmirdilər. İndi isə vəziyyət dəyişib və siyasi qərarlar verilib. Bundan sonra dialoqun faydası olcaq. Bir şərtlə ki, bu görüşlərdə revanşist qüvvələr iştirak etməsinlər. Daşnaklarla heç bir dialoq fayda verməz”.

Politoloq Qulamhüseyn Əlibəylinin fikrincə, bu cür görüşlər Azərbaycan və Ermənistan cəmiyyətləri arasında bir etimad yaratmağa xidmət edir: “Dövlətlər müəyyən məsələlər barədə razılığa gəliblər. Hətta sülh müqaviləsi imzalanır. Lakin hər iki cəmiyyətdə bir-birinə qarşı nifrət var. Erməni hücumları nəticəsində yaxınlarını itirmiş azərbaycanlıların qəzəbi hələ də davam edir. Bunu aradan qaldırmaq üçün uzunmüddətli fəaliyyət lazımdır. Buna görə də cəmiyyət üzvlərinin bir-biri ilə təmasları olmalıdır.

Bundan əvvəl də xalq diplomatiyası adı altında görüşlər olub, lakin onlar uğurla nəticələnməyib. Çünki Ermənistan hakimiyyəti həmin vaxt münasibətlərin normallaşmasını istəmirdi. İndi isə sülh müqaviləsinin imzalanması ərəfəsindəyik. Ona görə də hər iki cəmiyyət arasında qarşılıqlı münasibət yaratmaq lazımdır. Elə bir mühit yaradılmalıdır ki, həm ermənilər, həm də azərbaycanlılar bir-birilərini qəbul etsinlər. Lakin nəzərə almaq lazımdır ki, erməni xisləti bir  çox hallarda müəyyən problemlər yaratmağa qadirdir”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyir ki, bu cür təmaslar barışıq yolunda ilk addımlardır: “Gələcəkdə etibarlı sülh müqaviləsinin imzalanmasını istəyiriksə, təmaslar olmalıdır. Azərbaycan öz ərazisindən Ermənistana yük daşınması üçün istifadə edilməsinə icazə verdi. Sonsuzadək düşmən olmaq mümkün deyil. Nə ermənilər, nə də azərbaycanlılar regiondan çıxıb getməyəcəklər. Bu görüşlər düşmənçilik ritorikasını azaldır. Getdikcə revanşistlərin mövqeyi zəifləyir və qarşılıqlı etimad gözlənilir. Bu baxımdan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri ancaq fayda gətirəcək

1992-ci ildə biz Ermənistan yazıçıları ilə Qazaxda görüşmüşdük. Onda da bildirmişdik ki, bu müharibə heç bir xalqa xeyir gətirməyəcək”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Xankəndidə hərbçilərin Zəfər yürüşü keçirilir

Növbəti Yazı

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.