Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Moskvanın 10 noyabr “dərdi” – Bakı və İrəvanın qərar anı

Noyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

Rusiyanın hər dəfə üçtərəfli sənədi xatırlatması onun saman çöpüyündən yapışmasına bənzəyir – reaksiya

Rusiya Xarici İşlər Nazirliyi ötən həftə 10 noyabr razılaşmasının 5 illiyi ərəfəsində yaydığı bəyanatda vurğulayıb ki, sənəd hələ də aktuallığını qoruyur və regionda dinc həyatın bərpasına yönəlmiş tədbirlər kompleksini işə salıb. Nazirliyin açıqlamasına görə, Rusiya sülhməramlı kontingenti bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına əvəzsiz töhfə verib.

Bildirilib ki, bu ilkin sənəddən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında daha üç protokol imzalanıb, onların əsas məqsədi kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin regionda normallaşmanın təmin edilməsidir.

Rusiya XİN qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış və ondan sonrakı üç bəyanat – 11 yanvar 2021-ci, 26 noyabr 2021-ci və 31 oktyabr 2022-ci il – hələ də qüvvədədir və Azərbaycanla Ermənistan arasında sülh prosesinin yol xəritəsini təşkil edir.

Halbuki bir neçə ay əvvəl erməni baş nazir Paşinyan “9 noyabr 9 noyabrda qaldı” deyərək üçtərəfli sənədin qüvvədən düşdüyünü açıqlayıb. Üstəlik, 8 avqust sənədi var. Yəni Rusiyanın “mən də varam” tərzində son bəyanatı heç nəyi dəyişmir. Sadəcə, bölgədə mövcudluğunu gözə soxmağa hesablanmış bir naftalin iyi verən bəyanatdır.

Rusiyanın bu gün 5 ili tamam olan üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) 10 noyabr sənədinin hüquqi-siyasi baxımdan qüvvədə olduğunu və regionda sülhün əsas qarantı hesab etməsinin xüsusi sirri yoxdur. Bunu həm də indi demirlər, 5 ildir hər fürsətdə 10 noyabr sənədinə istinadlar edirlər. Bu israr Rusiya Prezidenti Vladimir Putinin imzası olan sənədə sayğıdan irəli gəlmir. Məqsəd aydındır: Kreml bundan sonrakı sülh prosesində də Qərbin deyil, əsas skripkanın özü olduğunu bəyan edir.

Rusiya 10 noyabr razılaşmasında sülhü gətirən tərəf olduğunu qabartmaqla Ukrayna müharibəsindəki antisülh mövqeyini dəyişdirmək üçün fürsət bilir. Rusiyanın dünyadakı aqressor, sülhə qarşı olan “imicini” 10 noyabr sənədi ilə ört-basdır etmək niyyəti görünür…

Rusiya son vaxtlar onu da bəyan edir ki, sülh müqaviləsinin imzalanması və nəqliyyat-iqtisadi kommunikasiyaların bərpası üçün hələ çox iş görməlidir. Bunun ardınca da yenə də öz vasitəçiliyini təklif edir. Rusiyanın situasiyanı doğru qiymətləndirə bilmədiyi göz önündədir. Çünki indi Əliyevlə Paşinyanı görüşdürmək, bir masa arxasında oturmaları üçün vasitəçiyə ehtiyacları yoxdur.

Lakin burada həllini gözləyən bir məsələ var – madam ki, Ağ Evdə sülh mətni paraflanıb, o zaman Bakı və İrəvan 10 noyabr sənədinin qüvvədən düşdüyünü rəsmi şəkildə elan etməli, de-yure bunu reallaşdırmalıdır. Çünki de-fakto üçtərəfli saziş işləmir, qüvvədən düşüb, bunu de-yure gerçəkləşdirmək lazımdır. Bunun üçün Azərbaycan və Ermənistan birgə bəyanatla çıxış edə bilərmi?

Politoloq Züriyə Qarayeva Rusiya XİN-in bəyanatını “mən də varam” kimi qiymətləndirir. Onun fikrincə, üçtərəfli bəyannamə aktuallığını itirib və rəsmi Moskva həqiqətləri təhrif edib. Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan yekun sülh müqaviləsini imzalamağı gözləyir deyə 10 noyabr sənədindən çıxmaq haqda yekdil mövqedən çıxış etmir: “Bakı və İrəvan bu məsələdə tələsmirlər. Bu qərarı indi verməklə Moskvanın yatmış hüceyrələrini oyatmaq istəmirlər. Hər şeyin öz zamanı var. Tərəflər ən əlverişli şəraitdə 10 noyabr razılaşmasının qüvvədən düşdüyünü elan edəcəklər. Rusiya da vəziyyəti dərk edir. Amma burada müəyyən gözləntilər var. Misal üçün, Azərbaycan “Tramp yolu”nun açılması prosesini izləyir. Bakı bu layihə reallaşmadan 10 noyabr sazişi haqda danışmaq istəmir. Çünki bölgədə situasiya hər an dəyişə bilər. Üçtərəfli anlaşmanın 9-cu bəndində də Zəngəzur razılaşması var. Bir sözlə, Ermənistan hər iki sənəddə bu öhdəliyi götürüb və yerinə yetirməlidir. Hazırda Rusiyanın olduğu sənəddən imtina edir və dəhlizə nəzarəti FTX-ya vermir, ABŞ ilə bağlanan müqavilədə isə yol 99 illik müddətə icarəyə verilir. Azərbaycana lazım olan isə Naxçıvana quru keçidin maneəsiz təmin olunmasıdır. Bax, buna görə də rəsmi Bakı prosesi diqqətdə saxlayır və 10 noyabr sənədi ilə bağlı vaxtı gələndə mövqe bildirəcək”.

Z.Qarayevanın bildirdiyinə görə, Rusiya və Ermənistan sənədin heç bir müddəasını icra etməyib: “Azərbaycan özü o bəndləri yerinə yetirib. Biri qanunsuz silahlı dəstələrin çıxarılmasıdır. Dəhlizin açılması yönündə Moskva İrəvana 5 ildə bir dəfə təzyiq etməyib. Ona görə də indi Rusiyanın bu sənədin aktuallığını qoruyub saxladığını bəyan etməsi absurddur. Sadəcə, Moskva Cənubi Qafqazda varlığını nümayiş etdirmək istəyir və öz rolunu piar edir. Halbuki Rusiya Ukrayna cəbhəsində qan itirir və bizim bölgədə təsiri xeyli dərəcədə azalıb. Əgər Cənubi Qafqazda qalmaq istəyi varsa, bunu iqtisadi əməkdaşlığı inkişaf etdirməklə mümkündür. Zənnimcə, rəsmi Moskvanın yaydığı həmin bəyanatın üzərinə tez-tez qayıtmağa ehtiyac yoxdur. Rusiya şəstlə danışıb özünü bölgəyə sülh gətirən tərəf kimi qələmə verir”.

Onun fikrincə, Moskva və Soçi danışıqlarının hər hansı nəticəsi yoxdur: “Paşinyan Praqada sənədə qol çəkərək Qarabağın Azərbaycana aid olduğunu təsdiq edib, sonra nə irəliləyiş əldə olunubsa, ikitərəfli danışıqlar modelinin nəticəsidir. Bakı və İrəvan üçüncü tərəfin iştirakı olmadan sülh mətnini razılaşdırdı, sonda Ağ Evdə paraflandı. Bu nöqteyi-nəzərdən Rusiyanın 10 noyabr sənədini hər dəfə xatırlatması onun saman çöpündən yapışmasına bənzəyir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

Növbəti Yazı

Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır – 3 ay sonra…

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.