Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Pentaqondan Azərbaycanla bağlı çağırış – Trampın o qərarı…

Noyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib – Bakının gözləntisi

ABŞ Müharibə Nazirliyinin (Pentaqon) “Stars and Stripes” nəşri Konqresi Azərbaycan əleyhinə olan “907-ci düzəliş”i ləğv etməyə və TRIPP (Zəngəzur dəhlizi) layihəsinin uğurunu möhkəmləndirməyə çağırıb. Bildirilir ki, “Azadlığı Müdafiə Aktı”na edilən bu bədnam əlavə Bakı ilə İrəvan arasında münaqişə zamanı erməni diasporunun təsiri altında qəbul olunub və keçmişin qalığına çevrilib.

Qeyd edək ki, “907-ci düzəliş” Donald Trampın Ağ Evə qayıdışı ilə daha bir il müddətinə dondurulub. Ancaq onun tam qüvvədən salınması Konqresdən və onun iki palatasından asılıdır.

2rLEV1gr63.jpg (87 KB)

Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması tarixi hadisədir. Bu düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır. Hazırda donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də Prezident Tramp tərəfindən Azərbaycan üçün siyasi jestdir.

Yada salaq ki, 1992-ci ilin oktyabrında Ermənistanın lobbi qruplarının təsiri altında olan konqresmenlə təşəbbüsü ilə qəbul olunan bu ədalətsiz qərar ölkəmizi ABŞ-nin birbaşa dəstəyindən məhrum etdi və respublikamız sanksiyalara məruz qalmışdı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim etdiyi üçün sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılırdı. 2023-cü ildə Bayden administrasiyasının həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etməsi mənfi münasibətin və yanaşmanın kulminasiyası idi.

“907-ci düzəliş” Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edirdi. Məhz bu sənədlə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşmışdı. Ermənistan və Gürcüstan ABŞ-dən milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum olunmuşdu. 907-ci düzəlişin tam ləğvi, yalnız siyasi jest deyil, həm də konkret faydalar deməkdir.

Əgər ABŞ Prezidenti Pentaqonun təklifini dəstəkləyib parlamentə belə bir müraciət ünvanlasa, düzəliş aradan qalxa bilərmi?
İkinci yandan, Pentaqon nədən düzəlişin tam ləğvini istəyir? Niyə məhz indi və niyə Dövlət Departamenti yox, məhz Müdafiə Nazirliyi Konqresə çağırış edir? Məsələdə yəhudi lobbisi nə dərəcədə Azərbaycana yardımçı ola bilər?

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Pentaqonun nəşrinin müraciəti səbəbsiz deyil. Onun sözlərinə görə, “907-ci düzəliş” ABŞ-nin Azərbaycana hərbi yardımlarını qadağan edir: “Ölkənin Müharibə Nazirliyinin media orqanı da hərbi yardımı yasaqlayan qanunun ləğvi üçün çağırış edib. O demək deyil ki, Konqresin müsbət mövqeyi olacaqsa, ABŞ Azərbaycana hərbi dəstək verəcək. Hazırda buna zərurət də yoxdur. Sadəcə, ədalətin gec də olsa yerini tapması vacibdir. Pentaqonla yanaşı Ağ Ev liderinin də Konqresə müraciəti yaxşı olardı. O ki qaldı Dövlət Departamentinin müraciət etmək zərurətinə, əlbəttə, bu qurum da müraciət edə bilər, sadəcə, hərbi yardımlarla bağlı sanksiya olduğuna görə Pentaqon müvafiq orqan olaraq təşəbbüs qaldırıb”.

Q.Hüseynli bildirib ki, “907-ci düzəliş”in dayandırılması ABŞ liderinin qətiyyətli mövqeyi sayəsində mümkün olub: “Ancaq qanunun ləğvi üçün Konqres qərar verməlidir. Bu da çətin, amma mümkündür. Çünki Birləşmiş Ştatlarda qanunu dəyişmək elə də asan proses deyil. Düzdür, onun qeyri-müəyyən müddətə dayandırılması mümkündür, ləğvi isə Konqresin qərarından asılıdır. Hazırda respublikaçıların Konqresdə sayca üstün olduğunu nəzərə alsaq, bunun üçün fürsət olduğunu görürəm. Demokratlar isə müqavimət göstərməyə çalışacaq. Xüsusən də erməni lobbisi təzyiqi və təsiri artıracaq. Amma biz də boş oturmalı deyilik və Pentaqonun nəşrinin müraciətini əldə əsas tutaraq məsələnin üzərinə getməliyik. İlk növbədə rəsmi Bakı diplomatik həmlələrini artırmalı, Pentaqon kimi nəhəng strukturun çağırışına istinad edərək Konqresdə məsələnin gündəmə gətirilməsi üçün çalışmalıdır. İkincisi, ABŞ-də olan lobbi və diasporumuz fəal çalışmalıdır, ermənilərə fürsət verməməlidir. Habelə, Dövlət Departamenti ilə əlaqələri gücləndirməliyik ki, məsələ Konqresdə qaldırılsın. Qanunverici orqanda respublikaçı dostlarımızın da təşəbbüskar olması lazımdır”.

Q.Hüseynli “907-ci düzəliş”i ən ədalətsiz qərarlardan biri sayır və regionda yaranmış yeni reallıqda isə bu aktı əhəmiyyətsiz hesab edir: “Bu qadağaya baxmayaraq, Azərbaycan yeni silahlar aldı, ordusu gücləndi və işğala son qoydu. Bu gün də yeni və müasir silahlar alırıq, insansız qoşun növü yaratmışıq, F-16 qırıcılarının Bakı səmasında uçuşu siyasi cəhətdən böyük anlam daşıyır, yəni “907-ci düzəliş” artıq mənasızdır, Ermənistanın da işinə yaramır. Onsuz da bölgədə sülh proses gedir və bu cür bədnam qərarlar işləmir”.

Hərbi ekspert Ramil Məmmədli də Pentaqonun nəşrinin çağırışına müsbət reaksiya gözləyir. Onun sözlərinə görə, noyabrın 8-də keçirilən hərbi paradda Azərbaycan Ordusunun qüdrəti bir daha nümayiş etdirildi və düşmənlərə gözdağı verildi:

“Bu səbəbdən, “907-ci düzəliş”in nə qədər yararsız olduğu növbəti dəfə sübut olundu. Azərbaycan hərbi potensialını ilbəil artırır, hərbi sənaye-kompleksini inkişaf etdirir, İsrail, Türkiyə, Rusiya, Serbiya, Belarus və digər ölkələrdən müasir silahlar alır, ona görə də “907-ci düzəliş” işləmir, ləğvi də çox gecikib. Bu ədalətsiz qərar veriləndə torpaqlar işğal olunurdu. Dünyada analoqu olmayan hadisədir ki, işğala məruz qalan dövlətə hərbi yardımları qadağan edən sanksiya tətbiq olunur. Biz həm də belə ədalətsiz qərarlarla mübarizə apararaq düşməni torpağımızdan qovmağa nail olmuşuq, həqiqət yerini tapıb. Bu baxımdan, Pentaqondan olan müraciəti Konqres praqmatik və rasional yanaşaraq geri çevirməməlidir. Xüsusən də respublikaçı konqresmenlərin təşəbbüs qaldırmasını gözləyirik”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Oğlu Fəzail Ağamalını məhkəməyə verəcək

Növbəti Yazı

İlham Əliyevdən məmurlara sərt xəbərdarlıq

EKSKLUZİV

Nazir Qazaxlıları təbrik etdi

Nazir qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:55
1
Nazir Qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:41
1
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

16 Yanvar 2026 / 17:32
4
Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

16 Yanvar 2026 / 16:24
6

XƏBƏR LENTİ

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.