Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Sabiq deputat Abutalıb Səmədovun qardaşı oğlu insanları aldadır? – Pul qalmaqalı

Noyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Bakı şəhər sakini Elman Nəsirov kursa getdiyi şirkətin rəhbərliyi tərəfindən aldadıldığını iddia edir.

Bununla bağlı Musavat.com-a müraciət edən E. Nəsirov bildirib ki, elektron ticarət sistemini öyrənmək məqsədi ilə bir neçə il öncə “Amazon Edu” şirkətində kursa yazılıb və buna görə şirkətin hesabına 5 min manat ödəyib.

O, burada şirkətin rəhbəri Rəşad Səmədovla tanış olub. Şikayətçinin sözlərinə görə, şirkət rəhbəri ona ortaqlıq təklif edib:

“Amazon Edu” şirkəti ilə “İnstagram” üzərindən əlaqə yaratmışdım. Onlayn ticarət üzrə peşəkarlaşmaq üçün kurs almaq istəyirdim. Çindən ABŞ bazarına onlayn yolla məhsul gətirmək və ticarətlə məşğul olmağı planlaşdırırdım. Rəşad Səmədovla da elə orada tanış oldum. Onun “Bakuexport” adlı tranzit şirkəti var.

Kursa gedən zaman Rəşad bildirdi ki, onun hazır onlayn dükanları var, pulu həmin dükanlardan birinin hesabına yatırım və dövriyyədən qazanılan pullar mənim yeni yaradılacaq dükanımın hesabına yerləşdirilsin.

Bu yolla mən oraya 63 min manat yatırım etdim. Həmçinin kursa əlavə olaraq 5 min manat pul ödədim. O pulu yatırım edəndən sonra mənə 2 ay ərzində 15 minə yaxın ödəniş etdilər, lakin 2 aydan sonra gəlirlər dayandırıldı. Bildirildi ki, pulu ölkədən qanunsuz şəkildə çıxardıqları üçün ABŞ banklarında bloka düşüb və hesab bağlanıb. Beləliklə, nə kursu təhvil verdilər, nə də pulumu qaytardılar.
Daha sonrakı mərhələdə isə o hesabı blokdan çıxarmaq adı ilə Rəşad məndən hissə-hissə 30 min manat pul aldı. Hətta hədə-qorxu gələrək adıma telefon götürdü. Deyirdi ki, adıma telefon götürüb verməsəm, işimi batıracaq. Bu günə qədər mən ödədiyim pulu geri ala bilmirəm. Mənə deyir ki, “əli uzundur”, hara istəyirəmsə, şikayət edim, o, hər zaman qurtulacaq.

Nərimanov Rayon Polis İdarəsinə müraciət etdim və şikayətimi bildirdim. Onu idarəyə çağırdılar və bir saat sonra Rəşad mənə zəng edib dedi: “şikayət etdin nə oldu ki? Mənə heç kim heç nə edə bilməz”.

İndi isə ölkədə olub- olmadığını bilmirəm. Bir məqamı da qeyd edim ki, Rəşad sabiq deputat Abutalıb Səmədovun qardaşı oğludur.

Mən Bakı şəhər Nərimanov rayon prokurorluğunda da oldum, prokuror dedi ki, ağlın var idisə, pulu verməzdin. Rəşadın bacanağı Qaxda prokurordur, özü isə bir zamanlar MTN-də işləyib. Hər yerdə tanışı var. Onun barəsində cinayət işi açılsa da, iş yubadılır. Yeri gəlmişkən, qeyd edim ki, “Ramtur” şirkəti də ona məxsusdur”.

Musavat.com iddialarla bağlı Rəşad Səmədovla əlaqə yaratmağa çalışsa da, onun nömrələrinə zəng çatmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şahanə Rəhimli
Musavat.com

Əvvəlki Yazı

Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur?

Növbəti Yazı

İcra başçıları nə qədər maaş alır? – ƏN YÜKSƏK MƏBLƏĞ ELDAR ƏZİZOVDADIR

EKSKLUZİV

Nazir Qazaxlıları təbrik etdi

Nazir qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:55
1
Nazir Qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:41
1
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

16 Yanvar 2026 / 17:32
4
Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

16 Yanvar 2026 / 16:24
6

XƏBƏR LENTİ

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.