Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

 Gəzlənilməyən qətlin izi ilə…

Noyabr 15, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

Qatilin anlaqsızlığı üçün ekspertiza rəyi…

II YAZI

(Əvvəli burada: https://www.mustaqil.az/bir-cinayetin-izi-ile-jurnalist-arasdirmasi-v%c9%99-prokurorlugun-apardigi-istintaq-davam-edir/)

“Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”-ın sahibi, iş adamı, sevgilisi, yaxın dostu, işçisi İradə Muradovanı qətlə yetirməkdə şübhəli bilinən, haqqında həbs qəti imkan tədbiri seçilən Emil Ağacanovun istintaq işi ilə bağlı bəzi detallar üzə çıxıb.

Müstəqil.az olaraq son dərəcə amansızlıqla törədilən qətl hadisəsi haqda oxuculara məlumat vermişdik. Yazıda qətlə yetirilən xanımın bacısıl, zərərçəkmiş kimi tanınan qanuni nümayəndə  Rəna xanımın dediklərinə əsalanaraq istintaq işinin qeyri-obyektiv aparılmasını qeyd etmişdik. Jurnalist araşdırmamız davam edir.  Bəzi nüanslara diqqət ayırsaq  zərərçəkənin yanılmadığından qənaətinə gəlmək olar. Son dərəcə vəhşiliklə qətlə yetirilmiş İradə Muradovanın istintaq işi üzrə  vəkili Rəşad Cəbrayılovun dediklərinə görə Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsindən ikinci dəfə tələb olunan ekspertiza rəyində dəı qatilin qətli törətdiyi zamaqn anlqasız olması göstərilib.

İstintaq işinin zərərçəkmişlər tərəfindən şübhə altına alınmasında da  Yasamal rayon məhkəmə-tibbi ekspertizasının qatil Emil Ağacanovun isralı şəkildə psixoıoji cəhətdən xəstə olmasını göstərməsidir.

Mərhunun bacısı Rəna xanım bizimlə etdiyi söhbətdə bu məsələyə dönə-dönə toxunulurdu: “Biz, mərhumun yaxınları  Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müdiri,doktor Cavidlə şəxsən görüşdük, lakin o, bizə hadisəni törədənin psixoloji durumu haqda doğru dürüst,  aydın şəkildə heç nə demədi”.

Prokuror: –  Vəkil tutmayın, mətbuata çıxmayın

Bacısının qətlinin istintaq işinin doğru, qərəzsiz və tərəfsiz aparılması üçün Rəna xanım müraciət etdiyi inistansiyalar haqda da danışdı:

“Mən dəfələrlə müxtəlif instansiyalara müraciət etmişəm: Yasamal rayon prokuroru Elman Süleymanova, Bakı şəhər Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini, baş ədliyyə müşaviri Ramazan Xadiyevə, Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini, ədliyyə müşaviri Rəşid Bayramova, Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Toğrul Muxtarova, həmçinin mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamallıya müraciət etmişəm. Müraciətlərimdə qeyd etmişəm ki, istintaq Emil Ağacanovu məsuliyyətdən azad etmək məqsədilə müxtəlif yollara əl atır. İstintaq onu anlaqsız hesab edən psixiatrik ekspertiza rəyi ilə əsaslandırmağa çalışır. Lakin adları çəkilən səlahiyyət sahiblərinin heç biri müraciətlərimə lazımi reaksiya göstərilmədi. Hətta ilk görüşümüzdə prakuror Elman Süleymanov bizə vəkil tutmamağı, mətbuatdan uzaq olmağı, lazım gələrsə sizing vəkiliniz özüm olacam desə də, sonrakı görüşdə bizi qınaq obyektinə çevirdi, oturun istintaqın gedişini gözləyin, dedi.”

Müammalı ekspertiza rəyi…

İstintaqın əvvəldən müəmmalı aparılmasına şübhə edən zərərçəkmişlər bunu əsaslandırmaq üçün kifayət qədər faktlara, səs yazılarına, şahid ifadələrinə malikdirlər.

Biz, Müstəqil.Az olaraq şübhə etmirik ki, adi bir vətəndaşın bilgisi daxilində olan bu informasiyalar Yasamal Rayon Prokurorluğunun iş üzrə müstəntiqi Səyyad Abbasovun bilgisindən kənar olsun. Əgər o bilirsə, demək yuxarıda adları çəkilənlər də həqiqətin harada və necə gizlənildilməyinə olunan və hardasa nail olunan cəhdlərdən xəbərdar olmalıdır. Hər halda istintaq davam edir və istintaq sirri ola biləcək nəsnələr müəyyən müddətə qədər gizlin qala bilər, fikrindən də yan keçməyək. Lakin qətl hadisəsini tərədən tərəfin arxayınçılığı, mərhumun yaxınlarına başsağlığı belə verməmələri, onların ölüm hadisəsində az qala öldürüləni günahkar saymaq cəhdləri, müraciət etdikləri instansiyaların laqeyidliyi zərərçəkmişləri istintaqın birtərəfli aparılması qənaətinə gətirir.

Elnur Həbibovun Ekspertiza haqda dedikləri doğrudurmu?

Zərərçəkmişin qanuni nümayəndəsi Rəna xanımın ölkənin birinci xanımı, vitse president Mehriban xanım Əliyevaya və redaksiyamıza ünvanladığı məktubda yazır:

“Qeyd etmək istəyirəm ki, bacımın qatili olmuş və hazırda himayədarları tərəfindən məsuliyyətdən uzaqlaşdırılması üçün müxtəlif yollaradan istifadə edilən Emil Ağacanov barəsində kompleks stasionar məhkəmə-psixiatrik ekspertiza təyin edilmiş və o, ekspertiza mərkəzinə köçürülmüşdür”.

Rəna xanım onu da qeyd edir ki, bacısının qətlə yetirilməsində təqsirləndirilən Emil Ağacanovun yaxın qohumu Elnur Həbibov açıq şəkildə bəyan edib ki, artıq ekspertlərlə razılığa gəliblər və onun hadisəni törətdiyi zaman anlaqsız olması rəyi alınacaq . Zərəçəkmişin qanuni nümayəndəsi onu da xüsusi ilə vurğulayır ki, Elnur  açıq şəkildə bizə dedi ki,  hər şeyi  həll edəcəyik.

Ötən yazımızda da Elnur Həbibov haqda bəzi sualların ortaya çıxmasından bəhs etmişdik. Onu da vurğulamışdıq ki, bu sualların cavabı və ətrafında baş verənlər Yasamal rayon Prokurorluğunun iş üzrə müstəntiqi Səyyad Abbasovun diqqətindən kənarda qalmaz. Amma diqqətdən kənərda qalmamaq, heç də o demək deyil ki, bütün bunlar iş üzrə istintaq matreallarının arasında yer alsın.
Xanım Rəna Muradovanın bizimlə etdiyi söhbətdə o da vurğulanır ki,  bu məqamlar da güman ki, istintaqın obyektiv aparılmasında müstəsna rol oynayacaq.

Rəna Muradova şikayət məktubunda yazır:

“Hadisə yerinə ilk gələnlər Elnur Həbibov və onun dostu olmuşdur. Elnur Həbibov baş vermiş ölüm hadisəsi ilə bağlı  bizə bildirmişdir ki, İradə Muradova  guya vanna otağında yıxılaraq ölüb və paltarında, həmçinin hadisə yerində qan izləri olmayıb. Lakin mən Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müdiri ilə görüşəndə o mənə dedi ki, mərhumun paltarında qan ləkələri var idi (bu barədə səs yazımız mövcuddur) və paltar islanmış vəziyyətdə olub (bu faktı Yasamal rayon prokurorluğunun müstəntiqi Sayad Abbasov da bizim vəkilə bildirmişdir). Biz hesab edirik ki, Elnur Həbibov cinayətin bəzi detalları və bəlkə də sübutların gizlədilməsində iştirak edib. Bu hallar törədilmiş cinayətin kvalifikasiyası üçün mühüm əhəmiyyət kəsb edir, lakin istintaq bu məsələlərlə maraqlanmır.”

Yasamal rayon  prokuroluğuna və əməkdaşlarına qarşı şübhə

Masraqlıdır, istintaq bu məsələrlə niyə maraqlanmasın? Doğurdanmı bu dəhşətli qətl hadisəsini törədən adamın məsuliyyətdən kənar saxlanılması üçün çabalar var?

Yəni, saxta ekspertiza rəyləri, mütəxəssis yanaşmaları ilə qatı bir cinaytkarın əməllərinə anlaqsız halda olub deyə don geyindiriləcək?

Rəna xanımın təkidlə dediyi: “Elnur Həbibovun ekspertiza ilə razılığa gəlmişik”  deməsi müstəntiq tərəfindən nəzərə alınacaqmı?

Cavabsız suallar çoxdur. Araşdırmamız davam edir. İnanırıq ki, amansız qətlin bütün detalları aşkar olunacaq və günahkar cəzasını alacaq.

Hər halda bu sualların cavabı tapılmalıdır. Həm də hazırda istintaqı apara Yasamal prokuroluğu və onların əməkdaşları tərəfindən deyil, mərhumun qanuni nümayəndəsi kimi tanınan Rəna Muradovanın tələbi ilə, digər inistansiyalar tərəfindən. Bizi izləyin.

P.S. Müstəqil.Az olaraq Adları çəkilən kəslərin fikirlərinə yer ayırmağa hazırıq.
Müstəqil.Az

Əvvəlki Yazı

Kino Bülbüloğlunun tabeçiliyində olmayıb – Açıqlama

Növbəti Yazı

Şanlı Apreldən Qarabağa gedən Zəfər yolu 

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.