Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Paşinyan məscidləri kimin üçün tikir?

Noyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə barışıq gündəliyini irəli aparmaq üçün səylərini davam etdirir. Buna o, nə dərəcədə nail olacaq, yaxın aylarda və əlbəttə ki, qarşıdakı kritik parlament seçkilərinin nəticələrindən biləcəyik.

Bu arada “Haber7″ məlumat yayıb ki, Nikol Paşinyan ölkə boyu 10 yeni məscidin tikintisi üçün təşəbbüs göstərib. Məscidlərdən 5-nin Ermənistan-Türkiyə sərhədinə yaxın ərazilərdə, qalan 5-nin isə digər böyük şəhərlərdə tikiləcəyi bildirilir.

Ermənistan hökumətindəki mənbələrə görə, təşəbbüsü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dəstəkləyib. O, layihəni iki ölkə arasında mədəni və dini əlaqələri gücləndirmək üçün fürsət hesab edib.

Məlumat doğrudursa, təqdirəlayiq addımdır. Hərçənd həmin məscidlərə gedəcək müsəlman-türk əhali ilə bağlı suallar açıq qalır. Orada kim ibadət edəcək? Yəni yalnız məscid inşa eləməklə sülh olmur. Daha vacibi İrəvanın Bakı ilə sülh müqaviləsinə mane olan sonuncu əngəli də götürməsidir. Söhbət Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaların, gerbdən Ağrı dağının (“Ararat”) təsvirinin çıxarılmasıdır.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü  Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan baş nazirinin ölkə ərazisində məscidlər inşa etdirməyə başladığı barədə xəbərlər bir neçə gündür yayılmaqdadır: “Bu barədə Ermənistan mətbuatında çoxlu fikirlər səsləndi və qeyd olundu ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə olunmuş razılıqdır. Son illər Ermənistan siyasətçiləri arasında nəhayət bir ağıllı insan çıxaraq anladı ki, Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır, münasibətləri normal qonşuluq münasibətləri kimi qurmaq faydalıdır. Nikol Paşinyan bunu anladığı üçün ölkəsində məscidlər tikdirmək istəyir. Çünki bununla Azərbaycan və Türkiyə ilə münasibətlərinə ciddi töhfə vermiş olar. 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərindəki məscidləri, dini-tarixi abidələri yerlə-yeksan edən, məscidlərdə donuz saxlayan Ermənistan dövlətinin rəhbəri bu hərəkətlərin vandallıq olduğu və düşmənçiliyi daha da dərinləşdirdiyini anlayırsa, məscid tikdirirsə, müsbət addımdır, ciddi dəyişiklikdir və bizim tərəfimizdən müsbət qarşılanacaq, dövlətlər arasında proseslərə çox ciddi töhfə verəcək”.

Deputatın sözlərinə görə, Nikol Paşinyan Ermənistan-Türkiyə müasibətlərinin gələcəkdə inkişaf edəcəyini anlayır: “Ona görə də indidən müxtəlif istiqamətlərdə buna uyğun addımlar atmaq istəyir. Paşinyan əlaqələr qurulandan sonra türklərin Ermənistana gələcəyini, çoxsaylı səfərlərin olacağını və Ermənistandakı məscidlərdə namaz qılacaqlarını anlayır. Bundan başqa, Ermənistan son dönəmlər digər bir sıra müsəlman ölkələri ilə də əlaqələrin qurulması, gücləndirilməsi siyasətini yürüdür. Bu proses də Ermənistana gələcəkdə müsəlmanların gediş-gəlişini artıracaq. Paşinyan məscidlər tikməklə müsəlman ölkələrinin rəğbətini qazanmaq, Ermənistanın İslam dəyərlərinə hörmət edən dövlət imicini yaratmaq istəyir. Məqsədlərdən biri də bu yolla müsəlman ölkələrindən Ermənistana turistlərin gəlməsinə şərait yaratmaqdır”.

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

Əvvəlki Yazı

Gələn ildən vətəndaşlara daha çox ƏDV ödəniləcək

Növbəti Yazı

Müəllimlik – insanlıq missiyası

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.