Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Regionlardakı işsizliyin səbəbi nədir – Bu rayonlarda 3 ayda yeni iş yeri açılmayıb + SİYAHI

Noyabr 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Bu ilin üçüncü rübü (iyul-sentyabr) ərzində Azərbaycanda ümumilikdə 28 min 836 yeni iş yeri açılıb. Rəsmi məlumatlara əsaslanan hesabata görə, ən çox yeni iş yeri Bakı şəhərinin payına düşüb — ümumi göstəricinin 78%-i və ya 22 min 434 iş yeri paytaxtda yaradılıb. Bakı rayonları arasında lider Nərimanov rayonu olub.

Bu rayonda 3 ay ərzində 4 min 19, Nəsimi rayonunda isə 3 min 988, Yasamalda 2 min 990, Xətaidə 2 min 791, Səbaildə 2 min 609, Binəqədidə 2 min 194 yeni iş yeri açılıb. Digər paytaxt rayonlarında isə göstəricilər belədir: Sabunçu -1 446, Nizami – 1103, Suraxanı – 453, Xəzər – 561, Pirallahı – 7 yeni iş yeri.

Regional göstəricilərə baxdıqda isə vəziyyət olduqca fərqlidir. Belə ki, Bakının ardınca ən çox yeni iş yeri Sumqayıtda (838), Abşeronda (717), Şirvanda (572), Zaqatalada (487) və Qubada (483) açılıb.

Qeyd edək ki, ölkənin 6 rayonunda – Babək, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Xızı – üçüncü rübdə heç bir yeni iş yeri yaradılmayıb.

Naxçıvan Muxtar Respublikasında vəziyyət bir qədər fərqlidir. Muxtariyyətin şəhər və rayonları arasında yalnız Naxçıvan şəhərində 89, Ordubadda 2 və Şərurda 2 yeni iş yeri qeydə alınıb.

Ümumi vəziyyətə baxdıqda da görmək olur ki, rəqəmlər 2025-ci ilin üçüncü rübü ilə əksərən eynidir və ölkə üzrə ən çox iş yeri paytaxt Bakıda yaradılıb. Belə ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 48,9 min yeni iş yeri açılıb. Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 92,1%-i qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 74,7%-i Bakı şəhərinin, 1,1%-i Naxçıvan Muxtar Respublikasının, 24,2%-i digər regionların payına düşüb. Regionlar arasında ən çox yeni iş yeri Abşeron-Xızı (8,3%), Quba-Xaçmaz (2,6%), Şəki-Zaqatala (2,5%), Gəncə-Daşkəsən (2,3%), Qarabağ (2,1%) və digər bölgələrə aiddir.

Yeni iş yerlərinin 10,8%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,6%-i mövcud müəssisə və təşkilatlarda, 0,5%-i isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb.

İqtisadçı Xalid Kərimli qeyd edir ki, regionlarda iş yerlərinin az açılmasının əsas səbəbi ölkədə qeyri-neft sektorunun zəif inkişafıdır. Onun sözlərinə görə, qeyri-neft iqtisadiyyatı inkişaf etmədiyi üçün sahibkarlar regionlarda yeni iş yeri açmaqda maraqlı deyillər.

X. Kərimli hesab edir ki, sahibkarlar yalnız bir halda yeni iş yeri açmağa maraqlı olurlar: orada pul qazanmaq imkanı olduğu halda. Lakin regionlarda bazar kiçik, satış imkanları məhdud olduğu üçün biznes təşəbbüsləri zəif qalır.

İqtisadçı vurğulayır ki, dövlətin açdığı iş yerləri çox vaxt səmərəsiz və artıqdır: “Dövlət o qədər mənasız və qeyri-səmərəli iş yerləri açıb saxlayıb ki, bu artıq problemə çevrilib. İnkişaf etmiş bazar iqtisadiyyatlarında dövlətin yaratdığı məşğulluq ümumi məşğulluğun 20–30%-dən artıq olmur. Azərbaycanda isə dövlət və özəl sektor arasında 50/50 nisbəti var ki, bu da normal bazar iqtisadiyyatı modelinə uyğun deyil.”

İqtisadçının fikrincə, özəl sektorun böyüməməsinin bir neçə səbəbi var: coğrafi mövqenin əlverişsizliyi (okeana çıxışın olmaması), qonşu ölkələrdəki geosiyasi gərginlik, sanksiyalar və yüksək logistik xərclər bunlardan bəziləridir. Azərbaycandan mal ixrac etmək baha başa gəlir, halbuki, Türkiyə və Gürcüstanın tranzit üstünlüyü var, Azərbaycanda isə bu daha çətin və xərclidir.

X. Kərimli hökumətin qeyri-neft sektorunda uğursuzluqlarını vurğulayaraq, bu sahənin inkişafına effektiv şəkildə yanaşılmadığını bildirir. O, ixracyönlü iqtisadiyyatın stimullaşdırılmasının və turizm potensialının reallaşdırılmasının vacib olduğunu qeyd edir.

İqtisadçı həmçinin quru sərhədlərinin bağlı olmasının ölkə iqtisadiyyatı üçün ciddi məhdudiyyət yaratdığını bildirir: “Quru sərhədləri bağlıdır, gediş-gəliş çətindir, nəticədə ölkə qapalı vəziyyətə düşüb. Gürcüstana getmək 1000–1500 manata başa gəlir. Belə şəraitdə iqtisadi aktivlik necə artsın?”

X. Kərimli qeyd edir ki, iqtisadiyyatın əsasən Bakıda formalaşması regionların inkişafına mane olur: “Sahibkarlar da satış bazarına yaxın olmaq üçün bizneslərini Bakıda qururlar. Niyə sahibkar Ağdaşda biznes açsın? Alıcı, bazar, resurslar Bakıdadır.”

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının ciddi məhdudiyyətlərə məruz qaldığını bildirir: “Naxçıvanda biznes açmaq çətindir. Məhsulun daşınması və göndərilməsi böyük problemdir. Naxçıvanın blokadadan çıxması iqtisadi canlanma üçün vacibdir.”

X. Kərimli, Naxçıvan üçün tətbiq edilən vergi güzəştlərinin faydalı olacağına, amma ən əsas amilin Zəngəzur dəhlizinin açılması olduğuna inanır.

Rəsmi məlumata görə, 2025-ci ilin noyabrın 1-i vəziyyətinə görə, Azərbaycanda işsizlərin sayı 278,9 min nəfər olub. İşsizlik səviyyəsi 5,2% təşkil edir. İqtisadi fəal əhalinin sayı isə 5 milyon 381,5 min nəfər olub, onlardan 5 milyon 102,6 min nəfəri məşğul əhali təşkil edib.

Ölkənin müxtəlif şəhər və rayonlarında yeni açılmış iş yerləri aşağıdakı kimidir:

Gəncə – 214

Qəbələ – 209

Bərdə – 199

Tovuz – 111

İmişli – 124

Xankəndi – 131

Mingəçevir – 52

Göygöl – 51

İsmayıllı – 45

Lənkəran – 44

Ağdam – 41

Göyçay – 40

Samux – 37

Cəlilabad – 36

Neftçala – 34

Zəngilan – 32

Siyəzən – 33

Qax – 30

Ağcabədi – 30

Şuşa – 29

Sabirabad – 27

Cəbrayıl – 27

Salyan – 26

Qazax – 21

Kürdəmir – 20

Zərdab – 18

Yevlax – 18

Saatlı – 17

Gədəbəy – 16

Ağdərə – 14

Xocavənd – 14

Ağdaş – 13

Ağstafa – 13

Oğuz – 12

Yardımlı – 12

Kəlbəcər– 12

Qobustan – 11

Masallı – 9

Xocalı – 7

Ağsu – 5

Qubadlı – 5

Hacıqabul – 5

Daşkəsən – 4

Şabran – 4

Ucar – 3

Naftalan – 2

E. Bəyməmmədli,

“AzPolitika.info”

Əvvəlki Yazı

DÇ-2026-nın 42 iştirakçısı müəyyənləşdi – SİYAHI

Növbəti Yazı

Masallıda “Ara qarışdıran” kimdir? — Həbs olunmağın bir addımlığında

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.