Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

2026-cı ilin büdcəsi İLK OXUNUŞDA təsdiqləndi

Noyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Modern.az–ın məlumatına görə, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.

Dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 296,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və yaxud 10,6 faiz çoxdur.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat və ya ÜDM-in 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.

2026-cı il dövlət büdcəsinin gəlirləri

2026-cı il dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da ÜDM-in 28,8 faizi həcmində olmaqla, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 7929,4 milyon manat və ya 25,8 faiz artıb.

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert çıxılmaqla dövlət büdcəsinin gəlirləri 25774,0 milyon manat nəzərdə tutulur ki, bu da 2025- ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1899,0 milyon manat və ya 8,0 faiz, 2024-cü ilin icrası ilə müqayisədə 1393,2 milyon manat və ya 5,7 faiz çoxdur. Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin məbləği 2025-ci ilin səviyyəsindən 1646,0 milyon manat və ya 11,4 faiz az proqnozlaşdırılır.

2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 42,6 faizi və ya 16435,0 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22174,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. 2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfert daxil olmaqla) 1876,0 milyon manat və ya 10,2 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2129,0 milyon manat və ya 10,6 faiz çox olacaq. 2024-cü ilin icrası ilə müqayisədə neft-qaz sektorunun gəlirləri 1126,6 milyon manat və ya 6,4 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2573,8 milyon manat və ya 13,1 faiz çox proqnozlaşdırılır.

2026-cı il üçün dövlət büdcəsinin xərcləri

2026-cı il dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296,0 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və ya 10,6 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz təşkil edəcək. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin xərcləri 9639,0 milyon manat və ya 30,1 faiz artıb.

Növbəti ilin dövlət büdcəsi xərclərinin strukturunda cari xərclər 60,3 faiz və ya 25161,2 milyon manat (2025-ci illə müqayisədə 407,3 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrasına nisbətən 3817,2 milyon manat və ya 17,9 faiz çox), əsaslı xərclər 33,8 faiz və ya 14084,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,9 faiz və ya 2457,6 milyon manat (2025-ci illə müqayisədə 58,0 milyon manat və ya 2,4 faiz, 2024-cü ilin icrasına nisbətən 1162,0 milyon manat və ya 89,7 faiz çox) təşkil edəcək. 2026-cı ilin dövlət büdcəsinin cari xərclərinin 88,1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq ki, bu da 2025-ci illə müqayisədə 7,1 faiz-bənd çoxdur.

2026-cı il dövlət büdcəsində əməyin ödənişi xərclərinə 10247,6 milyon manat (2025-ci illə müqayisədə 524,7 milyon manat və ya 5,4 faiz çox) və ya xərclərin 24,6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 7038,5 milyon manat (2025-ci illə müqayisədə 1529,1 milyon manat və ya 27,8 faiz çox) və ya xərclərin 16,9 faizi həcmində, faizlər üzrə ödənişlərə 1380,6 milyon manat (2025-ci illə müqayisədə 80,6 milyon manat və ya 6,2 faiz çox) və ya xərclərin 3,3 faizi həcmində, subsidiyaların ödənilməsinə 1071,4 milyon manat və ya xərclərin 2,6 faizi həcmində, qrantlar və digər ödənişlərə 3308,1 milyon manat və ya xərclərin 7,9 faizi həcmində, sosial ödənişlərə 3433,6 milyon manat (2025-ci illə müqayisədə 68,9 milyon manat və ya 2,0 faiz çox) və ya xərclərin 8,2 faizi həcmində, dövlət icbari şəxsi sığorta xərclərinə 62,1 milyon manat (2025-ci illə müqayisədə 11,1 milyon manat və ya 21,6 faiz çox) və ya xərclərin 0,1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 13901,8 milyon manat və ya xərclərin 33,3 faizi həcmində, maliyyə aktivləri üzrə əməliyyatlara 183,0 milyon manat və ya xərclərin 0,4 faizi həcmində, öhdəliklər üzrə əməliyyatlara 1077,0 milyon manat və ya xərclərin 2,7 faizi həcmində vəsait nəzərdə tutulub. Xərclərin ünvanlılığının daha da artırılması və aidiyyəti xərc maddələrində proqnozlaşdırılması hesabına “Sair xərclər” maddəsi üzrə 2025-ci illə müqayisədə 2026-cı ilin dövlət büdcəsində 225,2 milyon manat və ya 17,6 faiz az vəsait proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi və onun maliyyələşdirilməsi

2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla cari ilin səviyyəsindədir.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və 2026- cı il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Əvvəlki Yazı

Azərbaycanda avtomobil nömrələrində defis işarəsi ləğv edildi

Növbəti Yazı

Bakı rayonlarının icra başçıları: Kimlər tərcümeyi-halını gizlədir…

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.