Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Sosial

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

Noyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

Yeni miqrasiya qanunları vətəndaşların bu ölkəyə səfərlərini azaldıb; Moskva “güllə”ni niyə öz ayağına sıxır?

Azərbaycan vətəndaşlarının Rusiyaya səfərləri azalıb. Bu ilin 3 rübündə qonşu ölkəyə cəmi 99 min nəfər yollanıb. Müqayisə üçün bildirək ki, ötən ilin eyni zaman kəsimində həmin statistika 144 min nəfər olub. Ümumən 2025-ci ildə Rusiyaya beynəlxalq səfərlərin sayı təxminən 1 milyon azalıb.

“Rusiyada miqrasiya sahəsində baş verən son proseslər, miqrantlara qarşı münasibət və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ondan xəbər verir ki, bu ölkədə qanunsuz miqrasiya ilə mübarizə şüarı altında çox sərt siyasət yürüdülür. Bu da istər-istəməz, xüsusən MDB ölkələrindən Rusiyaya səfər edən insanlar üçün ciddi çətinliklər yaradır”.

Bu sözləri “Yeni Sabah”a Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov deyib. 

Onun sözlərinə görə, hazırda Rusiyaya istənilən formada səyahət sərt prosedurlarla müşayiət olunur: “İyunun 30-dan etibarən qüvvəyə minən yeni qaydaya əsasən, Rusiya ərazisinə səfər etmək istəyən şəxslər mütləq QR kodu almalı, bunun üçün səfərə 72 saat qalmış aidiyyəti strukturlara müraciət etməlidir. Ancaq bu o demək deyil ki, həmin şəxs mütləq ölkə ərazisinə buraxılacaq. Çünki Rusiya sərhədçiləri ona giriş izni versə belə, Federal Miqrasiya Xidmətinin əməkdaşları “stop” qoya bilər”.

Parlament üzvü vurğulayıb ki, yeni qaydalar xarici ölkə vətəndaşlarında Rusiyaya səfər etməklə bağlı tərəddüdlər yaradır: “Bu, çox sərt qaydalardır və nəticə etibarı ilə insanlar yenə də qeyri-müəyyən vəziyyətə düşmüş olurlar. Əvvəlki illərdə nisbətən daha sərbəst səfərlər və əmək fəaliyyəti ilə məşğul olmaq mümkün idi. İndi demək olar ki, qeyri-mümkündür. Üstəlik, miqrant ailələrindən olan uşaqların məktəbə götürülməsində də məhdudiyyətlər tətbiq olunur.  Şəxs rus dilini bilmirsə, məktəbə yolu bağlıdır. Bu kimi şərtlər istər-istəməz miqrantlar üçün Rusiyanı cəlbedici ölkələr siyahısından çıxarır”.

Bu statistika – yəni azərbaycanlıların Rusiyaya axınının azalmasının ölkəmizin iqtisadi həyatına müsbət və mənfi təsirləri nədən ibarət ola bilər? Rusiyaya gedənlərin azalması yeni iş yerlərinin açılmasını qaçılmaz edirmi? Hazırkı reallıq əhalinin sosial həyatına necə təsir edəcək? Rusiya özü niyə miqrant axını ilə bağlı məhdudiyyətlərdə bu qədər maraqlıdır?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, son illər ərzində Rusiya hökumətinin miqrantlarla bağlı sərgilədiyi siyasət demoqrafik durumu yetərincə acınacaqlı halda olan bir dövlət üçün ən ağılsız və heç bir məntiqlə izah edilə bilməyən addımdır: “Rusiyada keçən ildə 1 milyon 400 min uşaq doğulub və 1 milyon 660 min insan ölüb. Göründüyü kimi, doğumla ölüm sayı arasında fərq bir il üçün 260 min nəfər təşkil edir. Yəni Rusiyada əhalinin sayı hər il 260 min nəfər azalır. Əgər bu sıraya artıq 4 ilə yaxındır Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin ölkənin demoqrafik durumuna vurduğu zərbəni də əlavə etsək, o halda vəziyyətin nə qədər acınacaqlı olduğunu daha aydın görmək mümkündür. Gəlin bu müharibənin Rusiyanın demoqrafik durumuna vurduğu zərbələri əks etdirən rəqəmlərə nəzər salaq. Dörd ilə yaxın davam edən müharibədə Rusiya 1 milyon 200 minə yaxın hərbçi itirib, bu müharibədə 3 milyondan çox insan  müxtəlif dərəcəli əlil olub. Bundan başqa, müharibə səbəbindən ölkəni 2,5 milyona yaxın insan tərk edib ki, bunun da böyük əksəriyyəti 25-50 yaşında olan kişilərdir”.

Fikrət Yusifov dedi ki, Rusiyada hər il əhalinin sayının təbii olaraq 260 min nəfər azalması və müharibə səbəbindən ölkənin demoqrafik durumunda yaranmış acınacaqlı durum müəyyən qədər gələn miqrantların hesabına kompensasiya edilirdi: “Belə bir vəziyyətdə miqrantlara qarşı “tələbləri” sərtləşdirən Rusiya hökumətinin ölkənin demoqrafik durumu ilə bağlı hansı hədəfləri reallaşdırmaq istədiyi aydın deyil. Onsuz da müharibə səbəbindən Rusiyada yaranmış ağır iqtisadi vəziyyətə görə bir çox miqrantlar ölkəni öz təşəbbüsləri ilə tərk edib gedirlər. Bu sırada miqrantların inzibati qaydaları sərtləşdirməklə ölkədən yola salınması isə heç anlaşılan deyil”.

Ekspertin sözlərinə görə, ötən illə müqayisədə Azərbaycandan Rusiyaya gedənlərin sayının azalması da bu dediyimiz səbəblərdən baş verir: “Bu gün Rusiyada çalışan miqrant müharibədən öncəki səviyyədə qazanc əldə edə bilmir. Təbii ki, Rusiyada müharibənin yaratdığı acınacaqlı iqtisadi durumda orada çalışan miqrantların Azərbaycanda yaşayan ailələrinə və yaxınlarına göndərdikləri pul vəsaitlərinin də həcmi kəskin şəkildə azalıb. Ancaq nə etmək olar, burada Azərbaycan tərəfdən asılı ola biləcək heç nə yoxdur. Azərbaycan hökuməti Rusiyaya miqrant kimi gedib orada iş yeri tapmış, lakin bəlli səbəblərdən geri qayıtmış insanlarımızın işlə təmin edilməsi üzərində düşünməlidir. Nəzərə almaq lazımdır ki, bu insanların sayı yüzlərlə deyil, minlərlə ölçülür”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Əvvəlki Yazı

Parisdən Azərbaycana böyük pislik – 40 təşkilatın “artsax” həyasızlığı

Növbəti Yazı

Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: BÜTÜN DETALLAR

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.