Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Parisdən Azərbaycana böyük pislik – 40 təşkilatın “artsax” həyasızlığı

Noyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

Paşinyan ermənilərin Qarabağa qayıdışını təhlükə saydığı halda, Fransadakı separatçı dairələr niyə yaxasını cırır? – Bakıdan kəskin etirazlar

Noyabrın 18-də 40 fransız-erməni təşkilatı Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarının 2-ci ildönümü münasibətilə “artsax xalqının geri qaytarılması və digər fundamental hüquqlarını” dəstəkləyən birgə bəyanat yayıb. Orada iddia olunur ki, 2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi “məcburi köçkün artsax ermənilərinin Azərbaycana təhlükəsiz və maneəsiz qayıtmasını təmin etməyi tapşırıb”.

Bəyanatda həmçinin deyilir ki, guya “cinayətkar blokada və hərbi hücum nəticəsində öz torpaqlarından qoparılan son 120 000 Artsax ermənisi evlərindən və mülklərindən məhrum şəkildə yaşamağa davam edir: “Həmçinin beynəlxalq strukturların sükutu fonunda onların kilsələri murdarlanır (?! – red.), qəbiristanlıqları dağıdılır (?! – red.), 2 minillik (?! – red.) varlığının izləri ardıcıl olaraq silinir. Bu qırğın siyasəti bütöv bir xalqın tarixi yaddaşını inkar etmək məqsədi daşıyır”, – deyə reallıqları baş-ayaq təqdim edən revanşistlər həyasızcasına bildirir, Azərbaycana böhtan atırlar.

Bəyanatda habelə absurdcasına ermənilərin qayıdışı və təzminat ilkin şərt-tələb olaraq irəli sürülür. Halbuki Azərbaycanla Ermənistan sülh prosesini inkişaf etdirir, Paşinyan ermənilərin Qarabağa qayıdışının əleyhinədir, hətta təhlükə sayır, üstəgəl, onların əksəriyyəti Ermənistan vətəndaşlığını qəbul edib.

Bəs niyə bu 40 fransız-erməni təşkilatı yaxasını cırır? Makron hakimiyyətinin bu bəyanatda rolu ola bilərmi? Hərçənd hazırda Bakı-Paris əlaqələri normallaşmış kimi görünür. Üstəlik, ermənilərin Qarabağa köçürülməsinin maksimum 200 “yaşı” olar, nə vaxtdan onlar bu bölgədə iki min il yaşamış oldular?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, bu təşkilatların çoxu ermənilər tərəfindən idarə olunur. Onun sözlərinə görə, həmin QHT-lər erməni lobbisinin və müxtəlif anti-Azərbaycan dairələrin maliyyəsi ilə fəaliyyət göstərir. Ç.Qənizadə qeyd etdi ki, onların sifarişi Azərbaycanı şərləmək, beynəlxalq ictimaiyyətin diqqətini Qarabağdan könüllü gedən ermənilərin məsələsinə cəlb etməkdir: “Onlar dünyada bu rəyi yaratmaq istəyirlər ki, guya Azərbaycan dinc əhalini bölgədən zorla çıxarıb. Halbuki uzaq tarix deyil və onların gedişini təsdiqləyən videofaktlar qalır. Onlar çox yaxşı bilirlər ki, heç bir mülki erməni antiterror əməliyyatı zamanı zərər görməyib. Bundan sonra da gülə-gülə avtobuslara oturub gediblər. Sadəcə, indi bu məsələni gündəmdə saxlamaqla Azərbaycan barəsində mənfi rəy yaratmaq istəyirlər. Dünya yaxşı bilir ki, biz bu məsələdə kifayət qədər ədalətli, beynəlxalq konvensiyalara uyğun hərəkət etmişik. Eyni zamanda, Ermənistanla sülh dövrünə qədəm qoymuşuq və ermənilərin qayıdışı gündəmdə deyil. 8 avqust zirvəsini bütün dünya, eləcə də Fransa lideri Makron alqışladı. Bundan sonra hansısa təşkilatların birləşib bəyanat yayması ilə bizə təsir edə bilməzlər”.

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycan QHT-ləri də bu məsələdə fəal olmalıdırlar. “Fransada erməni diaspor və lobbisi güclüdür. Onların birgə bəyanat yayması təəccüb doğurmadı. Bununla Azərbaycanı aqressor kimi qələmə vermək istəyirlər. Bu təşkilatlar Avropada təəssürat yaradır ki, ermənilər Qarabağdan qovulublar. Hərçənd onlara vətəndaşlıq təklif olunub, reinteqrasiya proqramı hazırlanıb, nümayəndələri ilə görüş keçirilib. Amma getməyə qərar verdilər. Biz kimisə məcbur edə bilməzdik. Onların əksəriyyəti də Ermənistan və Rusiya pasportuna sahib idi. Çünki o zaman mövcud olmuş qondarma rejimin əski parçası olan hansısa sənədi ilə xaricə çıxmaq mümkün deyil. Ona görə bu məsələdə də bir saxtakarlığa yol verilir. Yəni onlar Qarabağda yaşasalar da, Ermənistan və Rusiya vətəndaşları olublar”.

Professor Qabil Hüseynli bildirdi ki, Azərbaycanın siyasi təşkilatları, QHT-lər aktiv işləməli, beynəlxalq müstəvidə daha çox iş görməlidir: “Biz özümüz deyib, özümüz eşitməli deyilik. Unutmayaq ki, ermənilər çirkin təbliğat aparmaqda məharətlidirlər. Onların uzun illər “missiyası” Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq, bizi dünyada vəhşi, özlərini məzlum göstərmək cəhdi olub. 44 günlük müharibə, ardınca antiterror əməliyyatı isə sübut etdi ki, Azərbaycan Ordusu düşmənlə necə mübarizə aparır. Biz ermənilərdən fərqli olaraq, dinc əhaliyə əl qaldırmadıq. Onlar isə işğal dövründə mülki əhalimizi qətlə yetiriblər. Fransada yerləşən o “təşkilatlar” Xocalı genosidindən danışsınlar. Azərbaycanlılar mülki ermənilərə heç zaman atəş açmayıb. Əgər bircə belə fakt olsaydı, həmin vaxt separatçılar və rus sülhməramlı adlanan qüvvələr həşir qoparmışdı, Makron yaxasını cırmışdı. Hətta ondan sonra BMT-nin faktaraşdırıcı missiyası Qarabağa gəldi və heç bir etniktəmizləmə faktı aşkarlamadı”.

Q.Hüseynli qeyd etdi ki, Azərbaycan və Ermənistan yekun sülh müqaviləsi imzalamağa hazırlaşır, belə bəyanatlar isə bu prosesə kölgə salmaq, zərbə vurmaq kimi məkrli niyyət güdür: “Biz Fransadakı anti-Azərbaycan dairələrin cavabını verməliyik və bu bəyanatı pisləməliyik. Onlar həyasızcasına Azərbaycanı ittiham ediblər. Heç Ermənistanda daşnakçılar bu qədər absurd fikirlər səsləndirmirlər. Qarabağa ermənilərin nə vaxt köçürüldüyü bəllidir. Onların heç də tarixi torpaqları deyil və Qriboyedovun məktubları hər şeyi təsdiqləyir. İkincisi, onların heç bir hüququ pozulmayıb. Hüququ 30 il pozulan azərbaycanlılar olub. Sadəcə, qərəz, nifrət və kin dolu bir bəyanatdır”.

Əvvəlki Yazı

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvü olan sahibkarın külli miqdarda vergi borcu var

Növbəti Yazı

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.