Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

Noyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov barədə mətbuatda və digər internet resurslarında gedən məlumatları araşdırdıq. Qarşımıza çıxan mənzərə heç də ürək açan deyil. Eyni ilə rəhbəri olduğu qurumun şikayətçilər tərəfindən sosial şəbəkələrdə, telekanallarda və mətbuatda vətəndaşlar tərəfindən şiddətli tənqidə məruz qalması kimi… Milyonluq tender müqavilələri, ucu-bucağı görünməz xərclər və su kimi axan pullar…

Diqqətçəkən tenderlər

2024-cü ilin oktyabrında Zaur Mikayılovla Milli Məclisin deputatı Xanlar Fətiyev arasında 746 min manatlıq sövdələşmə baş verib. “SEDAM” MMC ADSEA-nın Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti üçün tender keçirərək “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən aqreqat alıb. Araşdırmalar göstərir ki, bu zavodun faktiki sahibi Xanlar Fətiyevdir.

ADSEA-nın tabeliyindəki digər satınalmalar da diqqət çəkir:

  • 2025-ci ilin iyulunda Regional Su Meliorasiya Xidməti Gülməmmədova Vüsalə ilə 109 477,44 manatlıq ofis icarəsi müqaviləsi bağlayıb. Vüsalə Gülməmmədova Abşeronun keçmiş icra başçısı İradə Gülməmmədovanın qızıdır.
  • Avqust ayında ADSEA “Embawood” şirkəti ilə 219 935,48 manatlıq mebel və inventar alışı üzrə müqavilə bağlayıb. Şirkətin pay sahiblərindən biri deputat Məşhur Məmmədovdur.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (əvvəlki “Azərsu”) cari ilin 8 ayında 41 tender keçirib. Bu tenderlərin bir çoxunda qalib şirkətlər barədə açıq məlumat yoxdur və bu, tenderlərin şəffaflığına şübhə doğurur. Məsələn:

  • “İnterkabel” Firması 467 048,72 manatlıq elektrik kabelləri satınalması üzrə tenderin qalibi olub. Şirkətin fəaliyyəti barədə məhdud məlumat var.
  • “Az-Tex-İmport” MMC 540 000 manatlıq kabel sınaq və diaqnostika avadanlıqları alışı üzrə qalib seçilib.
  • “B2B” MMC isə 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərir, qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur və şirkətin keçmiş məmurlara aid olduğu iddia edilib.

Bu nümunələr ADSEA-nın tender proseslərində ciddi şəffaflıq problemlərinin olduğunu göstərir.

Kadr siyasəti və qudalıq əlaqələri

Zaur Mikayılovun rəhbərliyi altında ADSEA və tabeliyindəki qurumlarda kütləvi ixtisarlar aparılıb. 2024-cü ilin iyulunda yayılan məlumatlara görə, təxminən 400 işçi işdən çıxarılıb. İşçilər işə bərpa tələbi ilə məhkəməyə müraciət ediblər.

Zaur Mikayılov həm də əsl dost, qayğıkeş quda və “qohumbaz” ailə başçısıdır.

Dostcanlı…

Vəzifəyə təyin edildikdən sonra Türkiyənin Boğaziçi Universitetində birlikdə oxuduğu dostu Əsəd Şirinovu müşavir vəzifəsinə gətirib. Sonradan bu dostluq iş yoldaşlığına, sonra isə “qudalıq zümrəsi”nə ucalırlar. Əlbəttə, onun bu dostcanlı əməli bizə sovet gənclərinin kumiri olan məşhur hind kino aktyoru Mitxun Çakrobortinin “Disko rəqqası” filmində canlandırdığı Cimmi obrazını xatırlatdı. Necə ki, rəqsləri ilə məşhurlaşıb varlanan Cimmi köhnə məhəlləsinə qayıdarkən dostları ilə rastlaşır, onlara pul paylayırdı… Eyni ilə onun kimi.

Qohumbazlıq…

Əlbəttə, bir qudanı vəzifəyə təyin edib digərini vəzifəsiz qoymaq olmaz. Təbii ki, qohumluq əlaqəsindən digər qudası Fuad Quliyev də yararlanıb. Eyni vaxtlarda Fuad Quliyev qurumda Aparat rəhbəri təyin edilib.

ADSEA-da yüksək vəzifələrə quda və yaxın qohumların təyinatı, həmçinin ixtisar siyasəti cəmiyyətdə narazılıq doğurub.

İctimai iştirakçılıq və qanun pozuntusu

2014-cü ildə qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanuna görə, mərkəzi icra hakimiyyəti orqanlarının yanında İctimai Şuralar yaradılmalıdır. Lakin ADSEA yanında belə bir qurum mövcud deyil. Bu, vətəndaş iştirakçılığı və qurumun fəaliyyətinə ictimai nəzarətin təmin edilməməsi kimi qiymətləndirilir.

Su problemi və vətəndaş narazılığı

2025-ci ilin yayında Bakının bir sıra ərazilərində, xüsusən Yeni Günəşli, Qaraçuxur və Bakıxanovda su təchizatında ciddi fasilələr müşahidə edilib. Sosial şəbəkələrdə və mediada bununla bağlı çoxsaylı şikayətlər yayımlanıb. ADSEA rəhbərliyi isə vəziyyətlə bağlı açıqlama vermir.

Nəticə

ADSEA-da aparılan tenderlər, kadr siyasəti və qanunvericiliyin pozulması barədə məlumatlar qurumda şəffaflıq və hesabatlılığın ciddi problemlərlə üzləşdiyini göstərir. Vətəndaşların maraqlarının qorunması və ictimai nəzarətin təmin olunması üçün əlavə tədbirlər zəruridir. (32gun.az)

Əvvəlki Yazı

Zal Yusifovun oğlu yenidən həbs edildi

Növbəti Yazı

Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: “Qızınız Kama xanım mənə…”

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.