Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Bank Respublika”da təhlükəli tendensiya: “RÜSTƏMOVUN BANKI”nda NƏ BAŞ VERİR?

Noyabr 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

Mərkəzi Bankın sabiq sədri “Elman Rüstəmovun bankı” kimi təqdim olunan “Bank Respublika”nın 2025-ci ilin ilk doqquz ayı üzrə maliyyə hesabatı açıqlanıb.

“AzPolitika” xəbər verir ki, hesabatdan və göstəricilərin ötənilki dövrlə müqayisəsindən bankın ciddi problemlərinin olduğu qənaəti yaranır.

Belə ki, hesabata görə, bankın vaxtı keçmiş problemli kreditləri ötən ilin müvafiq dövrü ilə müqayisədə birdən-birə iki dəfə artıb. 2025-ci ilin 9 ayına görə vaxtı keçmiş kreditlərin həcmi 19 milyon 667,26 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Qeyd edək ki, adətən banklar hər zaman problemli kreditlərin həcmini rəsmi hesabatlarında real göstəricidən xeyli aşağı göstərməyə çalışırlar. Çünki məhz problemli kreditlərin çoxluğu istənilən bankın tənəzzülünün, böhranının ilkin, əsas əlaməti sayılır. Əgər belədirsə, sözügedən bankda hətta rəsmi hesabata görə belə problemli kreditlərin kəskin şəkildə, sürətlə artması təhlükəli tendensiya kimi görünür. Bu, həmçinin bankın kredit siyasətinin qüsurlu olduğu və özünü doğrultmadığı qənaəti yaradır.

Görünür, bu siyasətin nəticəsidir ki, bankın faiz xərcləri də sürətlə artır. Belə ki, 2025-ci ilin 3 rübündə bank 90 milyon 839 min manat faiz ödənişi həyata keçirib. Bu, ötən illə müqayisədə 43,76% çoxdur. Xüsusilə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 3 dəfə artaraq 46 milyon 214 min manata çatıb. Bu, bankın maliyyə yükünün və borclarının kəskin artdığını göstərir. Özü də maraqlıdır ki, bütün bunlar bankdan ciddi əmanət axını fonunda baş verir. Belə ki, ilk 9 ayda fiziki şəxslərin bankdakı əmanətləri kəskin azalıb, bankdan xeyli vəsait çıxarılıb.

 

2024-cü ilin müvafiq dövründə fiziki şəxslərin yerləşdirdiyi depozitlərin həcmi 649 milyon 867 min manat olduğu halda, 2025-ci ilin eyni dövründə bu göstərici 50 milyon manata yaxın – 47.4 milon manat azalaraq, 602 milyon 476,18 min manat təşkil edib. Bu, 7,3% azalma deməkdir.

Yəni, bir yandan banka cəlb edilən əmanətlərin məbləği azalır, digər yandan əmanət faizlərinə görə ödənilən məbləğ artır. Bu isə əlbəttə ki, ürəkaçan mənzərə sayıla bilməz. Özü də əmanətlərin azalması təkcə fiziki şəxslərlə bağlı deyil. Bankın nağd pul vəsaitləri də əhəmiyyətli şəkildə azalıb. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 175 milyon 432,19 min manat və ya 32,2% azalaraq 368 milyon 841,63 min manat təşkil edib. Əvəzində, bankın ümumi öhdəlikləri – borcları ötən ilin sonu ilə müqayisədə 25,74% artaraq 2 milyard 487 milyon manata çatıb. Bu artım əsasən kredit təşkilatları və digər maliyyə institutları qarşısında yaranan borclar hesabına baş verib. Belə ki, bu öhdəliklər 2024-cü ildə 520 milyon 649,73 min manat olduğu halda, 2025-ci ildə 864 milyon manata çatıb. Bu da 343 milyon manat və ya təxminən 66% artım deməkdir. Bu da bankın maliyyə vəziyyəti və öhdəlikləri barədə müəyyən nəticələr çıxarmağa əsas verir…

Xatırladaq ki, bu bankla bağlı Elman Rüstəmovun adı hallandırılsa da, rəsmən “Bank Respublika”nın əsas səhmdarları iş adamı Natiq Quliyev və onun ailə üzvləridir.

Əvvəlki Yazı

Ermənistandan nümayəndə heyəti Bakıya gəlib

Növbəti Yazı

Deputatla spiker arasında maraqlı dialoq – “Siz nə danışırsınız? Dünyada qəbul edilmiş təcrübə var…”

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.