Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Erməni canilərin azad edilməsi və sanksiyalar tələb edilir – Bakıya qarşı ŞOK GEDİŞ

Noyabr 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

ABŞ Senatında 27 senator — Ed Marki və Şeldon Uaythausın rəhbərliyi, həmçinin Senatın demokrat lideri Çak Şumerin dəstəyi ilə — ABŞ-nin dövlət katibi Marko Rubioya məktub ünvanlayaraq Azərbaycana qarşı sərt tələblər irəli sürüblər.

Senate Dems' campaign arm backs Ed Markey over Joe Kennedy - POLITICO

Ed Marki

Musavat.com xəbər verir ki, senatorlar Rubiodan “Bakıda saxlanılan bütün erməni hərbi əsirlərin” və separatçı siyasi liderlərin “dərhal və qeyd-şərtsiz azad edilməsinə” nail olmağı tələb edirlər.

ABŞ Senatında çoxluğun lideri İsraildə yeni seçkilərə çağırdı

Çak Şumer

Məktubda həmçinin Azərbaycanın məhkəmə proseslərinə beynəlxalq müşahidəçilərin buraxılması və Azərbaycan rəsmilərinə qarşı “Qlobal Maqnitski Aktı” çərçivəsində sanksiyaların tətbiqi çağırışı yer alıb.

Senatorlar məktubda iddia edirlər ki, guya Azərbaycanda saxlanılan separatçı qrupların üzvləri “amansız və alçaldıcı rəftara məruz qalıb”, Bakıda keçirilən cinayət məhkəmələrində “qeyri-şəffaflıq və prosessual pozuntular” mövcuddur. Onlar həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin müəyyən dövrlərdə regiondan çıxarılmasını “erməni məhbusların təhlükəsizliyini riskə atan faktor” kimi təqdim etməyə çalışıblar.

Məktubda senatorlar iddia edirlər ki, son iki ildə “120 min erməninin Qarabağ bölgəsindən zorla çıxarıldığı” və bunun “etnik təmizləmə” kimi qiymətləndirildiyi bildirilir. Bu arqumenti əsas gətirən senatorlar ABŞ administrasiyasını “səssizlikdə günahlandırır” və Vaşinqtonun “regionda ədaləti təmin etmək üçün qəti mövqe nümayiş etdirməli olduğunu” qeyd edirlər.

Rubio pressed on Trump's foreign policy goals at confirmation hearing - ABC  News

Marko Rubio

Senatorların Marko Rubiodan tələb etdiyi addımlar üç əsas istiqamətdə toplanır:

– bütün erməni hərbi əsirlərin və separatçı liderlərin azad olunması;
– Bakıdakı məhkəmə proseslərinə beynəlxalq müşahidəçilərin buraxılması;
– Azərbaycan rəsmilərinə qarşı “Qlobal Maqnitski Aktı” üzrə sanksiyaların tətbiqi.

Məktubun məzmunu göstərir ki, ABŞ Senatındakı müəyyən qruplar prosesə Ermənistan hökumətindən daha sərt mövqedən yanaşır, hətta rəsmi İrəvanın belə gündəmdən çıxardığı məsələləri yenidən gündəmə gətirməyə cəhd edirlər. Bu isə ABŞ siyasətində erməni lobbisinin təsirinin hələ də güclü olduğunu göstərir.

ABŞ senatorları Trampı Rusiyanın dondurulmuş aktivlərini Kiyevə verməyə  çağırıb

Musavat.com-un şərhi: Görünən budur ki, bəzi ABŞ senatorları “ermənidən çox ermənilik” edərək Ermənistanın artıq aktuallaşdırmadığı mövzuları onun adından qabartmağa cəhd edirlər. Bakıda mühakimə olunan erməni liderlər separatçılıq, terrorçuluq, qanunsuz silahlı dəstələrin idarə olunması və Azərbaycan vətəndaşlarına qarşı konkret cinayət əməli törətmək kimi maddələrlə ittiham olunurlar. Müqəssirlər beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə, tam şəffaf prosedurlarla mühakimə olunub. Bu şəxslərin “siyasi məhbus” kimi təqdim edilməsi əsassız, qərəzli və Azərbaycana qarşı ədalətsiz yanaşmadır.

ABŞ Qafqazın yenidən dizayn edilməsində israrlıdır: Ağ Ev Rusiyanın Türk  İttifaqı ilə əvəzlənməsini dəstəkləyir

Bundan başqa, senatorların tələb etdiyi sanksiyalar həm beynəlxalq hüquqa ziddir, həm də ABŞ-nin Cənubi Qafqazdakı maraqlarını ciddi şəkildə zədələyə bilər. Azərbaycan–ABŞ münasibətlərinin son bir ildə ən yüksək səviyyədə normallaşdığı bir dövrdə belə addımlar Vaşinqtonun regiondakı nüfuzuna da xələl gətirir. Bu səbəbdən senatorların mövqeyi daha çox siyasi təxribat xarakteri daşıyır və ABŞ-nin strateji maraqları ilə uzlaşmır.

Nəticə etibarilə, senatorların çağırışları regionda sülh prosesinə xidmət etmir, əksinə, gərginliyi artırır və Azərbaycan-Amerika münasibətlərinə zərər vurur. Buna görə də bu təşəbbüs qəti şəkildə pislənməlidir.

Musavat.com

Əvvəlki Yazı

“Söyüş blogerləri”nin sponsoru Adnan imiş – Sensasion iddia

Növbəti Yazı

Sənətçilərdən nazirliyinin əməkdaşı barədə açıq müraciət: “Məsuliyyət onun üzərindədir…”

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.