Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Bakıda daha bir bina “saatlı bomba”ya çevrilib – Hər an yana bilər – FOTO

Noyabr 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Yasamal rayonu, A.M. Şərifzadə 196 ünvanında yerləşən 5 bloklu yaşayış binası növbəti dəfə ciddi yanğın təhlükəsi ilə gündəmə gəlib. Binanın sakini, ARB24 televiziyasının baş redaktor müavini Aynur Nəsirova sosial mediada paylaşım edərək vəziyyəti “kritik” adlandırıb və həyəcan təbili çalıb. Onun sözlərinə görə, binanın birinci mərtəbəsində fəaliyyət göstərən kafenin tüstü bacaları, açıq kondisioner sistemi və elektrik kabelləri birbaşa ikinci mərtəbənin divarına dirənib. Bu isə həm yanğın riskini artırır, həm də binanın konstruksiyasına təhlükə yaradır.

Aynur Nəsirova qeyd edib ki, binanın həyətindən çıxış yalnız bir nöqtədədir:

“Beş bloklu həyətə bir çıxış var. Bloklarda təxliyə qapıları olsa da, təcili tibbi yardım və ya yanğınsöndürən maşının yaxınlaşması mümkün deyil. Həyət tamamilə maşın dayanacağına çevrilib. Burada yaşayan insanlar sözün əsl mənasında Allaha pənah yaşayır”.

Binada yaxın qohumunun yaşadığını deyən Rahidə Bağırova isə problemlərin saymaqla bitmədiyini bildirib:

“Həyətə giriş-çıxış bərbad haldadır. Lift 5-ci blokda təhlükəli vəziyyətdədir. Minən hər kəs dua edir ki, nəsə olmasın. Bir dəfə kondisionerlərə görə yanğın da olmuşdu. Bina təmir edilməli olduğu halda hər tərəfi təhlükə saçır”.

589555035_10236965503991019_632668648282182336_n.jpg (177 KB)

Sakinlərin narahatlığı təsadüfi deyil. Xatırladaq ki, Yasamal rayonunun Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ötən həftə baş verən dəhşətli yanğın ölkədə şok effekti yaratmışdı. Faciə nəticəsində binanın komendantı, 1983-cü il təvəllüdlü Samir Məmmədov, 7 yaşlı Arzu Qənbərli və Bakı Milli Geyim Evinin rəhbəri, 48 yaşlı Könül Vəlibəyli həyatını itirdi. Könül xanımın qızı Ləman isə ağır vəziyyətdədir. Ümumilikdə 27 nəfər tüstüdən zəhərləndi. Xəstəxanaya yerləşdirilənlərdən bəziləri öz istəkləri ilə özəl tibb müəssisələrinə köçürüldü.

Hadisədən sonra Musavat.com-un əməkdaşının görüşdüyü sakinlər bildiriblər ki, yanğına səbəb olan “LOFT” restoranı uzun müddətdir binanın zirzəmisində manqal yandırır, kabab çəkir, elektrik xəttini həddindən artıq yükləyirmiş. “Hibrid maşınları zaryadkaya qoşurdular, naqillər tab gətirmədi”, – deyə bir sakin bildirib.

Onların sözlərinə görə, restoranın qanunsuz müdaxiləsi nəticəsində binada tez-tez işıq, su, qaz kəsintiləri baş verir, şikayət edən sakinlər isə hədələnirmiş.

Hazırda həmin binaya nə qaz, nə elektrik, nə də su verilir. Sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar.

Musavat.com-un əldə etdiyi məlumata görə, yanğına görə ittiham olunan “Loft” restoranının cavabdeh şəxsi hələ ötən il qayda pozuntularına görə məsuliyyətə cəlb olunubmuş. Bununla bağlı bina sakini Arif Arifli hələ ötən il Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik reaksiya idarəsinə müraciət edibmiş. Müraciət Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılıb.

Araşdırma zamanı müraciətdə qeyd edilən Yasamal rayonu, M.Seyidov küçəsi bina 19A ünvanında yerləşən “Loft” adlı kafenin havalandırma sisteminin norma və qaydaların tələblərinə uyğun quraşdırılmadığı aşkar olunub. Kafenin cavabdeh şəxsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilib.

Qeyd edək ki, mövcud normativlərə görə, yaşayış binalarının altında iaşə obyektlərinin fəaliyyəti qadağan deyil. Lakin qanun bir çox məcburi şərt tələb edir: ayrıca giriş–çıxış qapısı olmalı, tüstü bacası və havalandırma sistemi xüsusi filtrasiya ilə təchiz edilməli, sakinlərin yaşadığı hissələrlə birbaşa təmas yaratmamalıdır. Arxitektura normaları isə zirzəmidə və qeyri-yaşayış sahələrində sonradan özbaşına dəyişiklik edilməsini qadağan edir. FHN dəfələrlə belə obyektlərə xəbərdarlıq edib: əlavə çıxışlar, yanğınsöndürmə avadanlıqları, siqnalizasiya və müntəzəm təmizlənən bacalar mütləqdir. Bu tələblərə əməl olunmadıqda obyekt bağlanmalıdır.

Mütəxəssislər bildirirlər ki, normativlər olsa da, onların tətbiqi zəifdir və çoxmərtəbəli binalarda yerləşən iaşə obyektləri ilə bağlı ayrıca, daha sərt tənzimləmələrə ehtiyac var. Sakinlərin təhlükəsizliyi təmin olunmadıqca, hər bina potensial faciə mənbəyinə çevriləcək.

589642467_10236965504671036_7443240992048875653_n.jpg (157 KB)

Şahanə RƏHİMLİ
Musavat.com

Əvvəlki Yazı

Hava nə vaxtadək belə mülayim keçəcək? – AÇIQLAMA

Növbəti Yazı

“AFEN Plaza”da partlayış nəyə görə olub? – RƏSMİ AÇIQLAMA

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.