Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

MTK sahibi olan BDU müəllimindən ŞİKAYƏT: “DÖVLƏTİN ADINDAN BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – (FOTO)

Noyabr 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

23 noyabr səhər saatlarından başlayaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C. Axundzadə küçəsində baş verənlər yerli sakinlərin ciddi narazılığına səbəb olub. Sözügedən ərazidə yaşayan bir qrup sakin “AzPolitika”-ya müraciətində “Darvaz MMC” adlı MTK-nın sahibi Namazov Faiq Mirzəli oğlunun qanunsuz olduğunu iddia etdikləri əməllərindən şikayətləniblər.

Sakinlərin bildirdiyinə görə, həmin MTK-nın qarşısındakı ərazidə anidən, onlara xəbərdarlıq edilmədən, məlumat lövhəsi qoyulmadan tikinti işlərinə başlanılıb. Səhər saatlarında əraziyə gələn işçilər bir neçə nöqtəni işarələyib, ölçü aparıblar. Qonşular yaxınlaşıb soruşduqda isə onlara “buranı tikirik” cavabı verilib. Həmin ərazidə yaşayan Məmmədov Arzuman Fəxrəddin oğlu bildirib ki, bu ərazi onların illərdir istifadələrində olan, hətta dədə-baba torpağı hesab etdikləri məkandır. Onun sözlərinə görə, tikinti ilə bağlı əraziyə nə lövhə qoyulub, nə məlumat verilib, nə də qonşularla hər hansı danışıq və ya razılaşma aparılıb: “Heç bir bildiriş olmadı. Buranı özümüz abadlaşdırmışıq – asfaltını yeniləmişik, kanalizasiya və drenaj xətlərini çəkmişik, zibil sahəsini səliqəyə salmışıq. İndi isə heç bir sənəd göstərmədən gəlib ərazini zəbt edirlər”.

Yerli sakinlərdən Məmmədov Kamran Kamil oğlu isə qeyd edir ki, ətrafda uşaqların oynaya biləcəyi, xeyir-şər mərasimlərinin təşkil olunduğu yeganə ərazi buradır və buranı da kimlərsə öz mənafeyi hesabına zəbt etməyə çalışır: “Mən öz övladlarımı bu ərazidə böyütmüşəm. Burada həm qonşular bir-biri ilə ünsiyyət qurub, həm də müxtəlif mərasimlər üçün palatka qurulub. Ona görə də bu ərazi bizim üçün sıradan bir yer deyil. İndi kimlərsə öz şəxsi maraqları naminə bura sahib çıxmağa çalışır. Bu ərazidə yaşayan bu qədər insanın hüquqlarının pozulması deməkdir”.

Sakinlərin sözlərinə görə, adı MTK sahibi kimi çəkilən Namazov Faiq Mirzəli oğlu Bakı Dövlət Universitetinin müəllim heyətində təmsil olunur, hətta professor olduğu deyilir. Lakin sakinlər bu statusun onun davranışları ilə uyğun gəlmədiyini qeyd edirlər: “Professor dediyin insan cəmiyyətin rifahını düşünməlidir. Bu isə əksinə, dövlətin adından istifadə edib, bizə hədə-qorx gəlir. Deyir ki, burada nə istəsəm, tikəcəm. Biz sual edirik – BDU-nun müəllimi necə olur ki, belə imtiyazlarla həm binanı tikir, həm də əhalinin ərazisini zəbt edir?”

Bakıxanov sakinləri baş verənləri qanunsuzluq hesab edir və məsələ ilə bağlı dövlət qurumlarının müdaxiləsini, obyektiv araşdırma aparılmasını və tikintinin dayandırılmasını tələb edir.

Qeyd olunanlarla bağlı qarşı tərəfin, eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışırıq.

“AzPolitika.info”

 



 

 


 

Əvvəlki Yazı

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılır

Növbəti Yazı

Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin Novxanı yolundan qazandıqları və 650 minlik avtomobili – FOTOLAR

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.