Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Elm və Təhsil Nazirliyi bir ildə məmur oğlundan 18 milyonluq internet xidməti alıb

Noyabr 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Azərbaycan Elm və Təhsil Nazirliyi (ETN) daha bir milyonluq tenderə imza atıb. Tribunainfo.az xəbər verir ki, nazirliyin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil müəssisələrinin internet şəbəkəsi ilə təmin edilməsi xidmətlərini satın alacaq. Məlumatda bildirilir ki, tenderin qalibi “TEXNO LYUKS M” MMC olub. Tərəflər arasında işlərin görülməsi üçün 2 milyon 894 min 491 manatlıq müqavilə imzalanıb.

Tribunainfo.az açıq mənbələr üzərindən araşdırma apararaq, bu şirkətlə bağlı bəzi maraqlı məlumatlar əldə edib. Məlum olub ki, “TEXNO LYUKS M” MMC Elm və Təhsil Nazirliyinə yad olan şirkət deyil. Belə ki, bundan əvvəl də tərəflər bir neçə teder məsələsində ortaq olublar. Araşdırma zamanı bəlli olub ki, sözügedən MMC yalnız Elm və Təhsizl Nazirliyinin tenderlərini udub. Onu da bildirək ki, “TEXNO LYUKS M” MMC 2024-2025-ci ildə 5 tenderə qatılıb. Həmin tenderlərin hamısı ETN-ə məxsus olub. Məsələn, bu ilin 15 iyulunda ETN təhsil müəssisələrinin yüksəksürətli intranet şəbəkəsinə qoşulması, müəssisə daxili şəbəkənin genişləndirilməsi, həmçinin şəbəkənin genişləndirilməsi zamanı dayanıqlığın təmin olunması tenderini “TEXNO LYUKS M” MMC-yə verib və bunun müqabilində 4 milyon 271 min 495 manat ödəyib. Bundan 5 gün əvvəl isə eyni şirkət nazirliyin Ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulmasını həyata keçirib. Buna görə isə 2 milyon 498 min 534 manat ödəniş alıb.

Belə tenderlərdən daha ikisi ötən ilin sentyabrında baş tutub. Tribunainfo.az xəbər verir ki, müəssisələrin yüksəksürətli internet şəbəkəsinə qoşulması, müəssisə daxili şəbəkənin genişləndirilməsi həmçinin şəbəkənin genişləndirilməsi zamanı dayanıqlığın təmin olunması ilə əlaqədar müxtəlif proqram təminatlarının, avadanlıqların satın alınması üzrə müsabiqənin qalibi sözügedən şirkət olub və tərəflər 4 milyon 857 min 121 manata razılaşıblar. Eyni məzmunlu ikinci tenderin isə dəyəri 3 milyon 987 min 898 manat təşkil edib.

Onu da bildirək ki, “TEXNO LYUKS M” MMC 2022-2023-cü illərdə də yalnız ETN-in tenderlərinin qalibi olub. Bu barədə açıq mənbələrdə xeyli sayda məlumatlar var. Bu gedişatdan belə başa düşüələn iki məqam var. Birincisi, ETN son bir ildə təkcə internetə 18 milyon 419 min 540 manat xərcləyib. İkincisi isə “TEXNO LYUKS M” MMC ilə hansısa gizli anlaşmanın olmasıdır. Çünki yalnız bir qurumun tenderlərini udan şirkət haqqında başqa təsəvvürün yaranması inandırıcı deyil.

Bildirək ki, nizamnamə kapitalı 50 manat olan “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 24, m. 12 ünvanında yerləşir. Şirkət 2018-ci ildə yaradılıb. MMC-nin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur. Qeyd edək ki, Emin Əliyev haqqında açıq mənbələrdə hər hansı geniş məlumat yoxdur. Tribunainfo.az-ın bu yöndə apardığı araşdırma zamanı belə bir ehtimal meydana çıxıb ki, “TEXNO LYUKS M” MMC-nin sahibinin atası dövlət vəzifəsində çalışır. Belə ki, Emin Əliyevlə Arif Əliyevin üst-üstə düşən məqamları var. Onlardan biri eyni ərazidə yaşamalarıdır.

Arif Əliyevin isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətəndaşların qəbulu şöbəsinin müdiri işlədiyi açıq mənbələrdə mövcuddur. O, 2020-ci ildə dövlət başçısı tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif də edilib.

Tərəfləri dinləməyə hazırıq.

Əvvəlki Yazı

Ərəblərin Azərbaycandan “ayağı kəsildi” – Səbəb

Növbəti Yazı

“Türmələr idarəsi”ndə təftiş – Rəisin “poqonu” niyə söküldü?

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.