Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Öcalanın İmralı “iqamətgahı” – tutulanda titrəyən adam indi özünü ötkəm aparır

Noyabr 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

PKK-nın qurucusu, 25 ildir İmralı adasında saxlanılan ömürlük məhbus Abdullah Öcalan Ankaranın Suriyadakı kürd qüvvələrinə tərk-silah çağırışı etmək tələbini yerinə yetirməkdən imtina edib.

40 ildir Türkiyə dövlətinə qarşı partizan-terror müharibəsi aparan radikal solçu qrupun lideri ilə Türkiyə dövlətinin rəsmi şəxsləri arasında son danışıqlar bu yaxınlarda baş tutub. Türkiyə qanunvericilərindən ibarət partiyalararası qrup həbsxanada Öcalanı ziyarət edib. Məlum olub ki, PKK lideri Ankaranın tələblərinə asanlıqla tabe olmaq istəmir, özünü naza qoyur, necə deyərlər, yuxarıdan gedir.

Bu, o adamdır ki, 1999-cu ilin fevralında Türkiyənin xüsusi xidmət orqanları tərəfindən Keniyanın paytaxtı Nayrobidə paketlənərək Türkiyəyə gətirələndə elə təyyarədəcə can qorxusundan əməkdaşlığa hazır olduğunu bildirmişdi.

1998-1999-cu illərdə Türkiyə bu şəxsə dünyanın dar etmişdi. O, Suriyadan qaçıb Yunanıstana, oradan keçib Rusiyaya gedir, Rusiyanı tərk edib yunan Kiprinə yollanır, oradan İtaliyaya uçurdu. Yaxalanmazdan günlər öncə Avropanın bütün aeroportları onun uçduğu özəl təyyarəni qəbul etməkdən imtina etmişdi. O zaman İsrail, Rusiya, ABŞ kimi ölkələr bu terrorçunun, nəhayət, Türkiyəyə təslim edilməsi üçün həmrəylik nümayiş etdirirdilər.

Sonda o tutuldu, Türkiyəyə gətirildi, həbsxanaya salındı, mühakimə olundu, minlərlə cinayətdə əli, imzası olmasına baxmayaraq, güllələnmədi (Türkiyədə artıq edam hökmünə moratorium qoyulmuşdu). Əksinə, həbsxanada ona xüsusi, yaxşı şərait yaradıldı, hazırda da öz nökər-naibləri ilə birlikdə, bir zamanlar Kolumbiya narkokartelinin lideri Pablo Eskobarın özü üçün tikdirdiyi həbsxanada komfortda yaşadığı kimi lüks həbs həyatı yaşayır.

Görünən odur ki, Türkiyə hakimiyyəti ona qarşı yumşaldıqca Öcalanın mövqeyi sərtləşir, özünü daha ötkəm, situasiyanın ağasıymış kimi aparır. İndi o, lazım gələndə ictimaiyyətə teleradio müraciəti edir, yanına vəkillər briqadası gəlir, hüzuruna deputatlardan ibarət nümayəndələr qrupu təşrif buyurur. Beləcə, İmralı adası Türkiyə, İraq, Suriya kürdlərinin paytaxtına dönüb. Onlar hər gün İmralıdan yeni xəbər və təlimatlar gözləyirlər.

Artıq Türkiyədə hər kəs Aponun azadlığa buraxılamasını gün, ay məsələsi sayır. Son razılaşmalar, anlaşmalar gedir. Bundan əvvəl o, PKK-nın ləğv olunması barədə razılığa gəldiyini bəyan etmiş, amma əlavə güzəştlərə getməkdən imtina etdiyini bildirmişdi. Nəticədə PKK-nın bir hissəsi İraqın şimalına, Suriyanın şərqinə köç edib.

Ankara anlayır ki, PKK-nın Türkiyədə silahlı fəaliyyətini dayandırması və minimuma endirməsi, qılaf dəyişdirib mülki və siyasi həyata transfer etməsi hələ PKK-nın yox olması demək deyil. Bu təşkilat öz mövcudluğunu Suriyanın şərqində və İraqın şimalında qoruyub saxlayacaqsa, bir gün yenə də Türkiyənin ərazisinə sıza, təmərküzləşə və yenidən silahlı mübarizəyə başlaya bilər.

“Kürd acılımı” illərində elə olmuşdu. Türkiyə dövləti PKK militanlarına amnistiya vermiş, onlar üstü açıq yük maşınları ilə dağlardan enmiş, kürdlərin kompakt yaşadığı şəhərlərdə yeraltı bunkerlər, silah depoları hazırlayaraq silahlı mübarizənin yeni mərhələsinə hazırlaşmışdılar.

Ankara həmin səhvi yenidən buraxmaq istəmir. Ona görə də məqsəd PKK-nın Suriyadakı hərbi qanadını silahsızlaşdırmaq, Suriyanın şərqində fəaliyyət göstərən kürd qüvvələrinin Dəməşqə inteqrasiyasına nail olmaqdır.

PKK lideri isə Suriyadakı qüvvələri öz əlindəki ən güclü kart sayır və onu əlindən verməyə tələsmir.

Türkiyə parlamentinin üzvlərindən ibarət qarışıq heyətin 76 yaşlı PKK lideri ilə 5 saatlıq görüşündə də əsas mövzu Suriyadakı kürd qüvvələrinin gələcəyi olub.

Türkiyə Suriyanın daxilində faktiki muxtar bölgə kimi fəaliyyət göstərən Suriya Demokratik Qüvvələrini (SDQ) PKK-nın bir qolu hesab edir. Çünki SDQ-nin idarəetmə modeli, strategiyası və təsis prinsipləri Öcalanın qoyduğu təməl üzərində bərqərardır. Üstəlik, qurumun hərbi qanadının lideri Məzlum Abdi PKK-nın qurucusunun “tələbə”sidir.

Öz növbəsində, Suriya kürdlərinin hərbi rəhbərliyi Türkiyə ilə PKK arasındakı sülh prosesinin onları narahat etmədiyini bildirir. “Qonşumuz Türkiyədən hərbi, inzibati və təhlükəsizlik strukturlarımızı təhdid kimi görməməsini xahiş edirik, çünki onlar sülh və təhlükəsizlik institutlarıdır”, – deyə Abdi bu yaxınlarda İraq Kürdüstanında keçirilən təhlükəsizlik forumunda çıxış edərkən deyib.

Bu yaxınlarda Türkiyə Böyük Millət Məclisinə PKK ilə əlaqədə ittiham olunaraq məhkum edilmiş yüzlərlə məhbusun əfvinə yol açacağı gözlənilən qanunlar paketi təqdim olunacaq. Bu qanun layihəsinin sonda Öcalanın da əfvinə səbəb olacağına ümid bəslənilir. Görünür, Öcalan əfv olunacağına tam əmindir deyə, daha əvvəlki kimi hökumətlə konstruktiv əməkdaşlıq etmək, Suriyadakı qüvvələrin tərk-silahı üçün müraciət etmək istəmir.

Bu da başqa bir məsələdir ki, Öcalanın olası müraciətindən sonra kürd qüvvələri Dəməşqə tabe olacaqlar, ya olmayacaqlar, silahı yerə qoyacaqlar, ya qoymayacaqlar. Ehtimal ki, yerli kürd militanları etnik zorakılıq dalğasına məruz qalacaqları bəhanəsiylə Suriya hökumətinə tabe olmaqdan boyun qaçıracaqlar.

Araz Altaylı, Musavat.com

Əvvəlki Yazı

“Bravo” buna görə cərimələnə bilər – SƏBƏB

Növbəti Yazı

Onlar da pensiyaya daha tez çıxacaq? – çoxuşaqlı ailələr diqqətdə

EKSKLUZİV

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

17 Fevral 2026 / 15:16
2
VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

17 Fevral 2026 / 11:53
5
“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

17 Fevral 2026 / 11:35
1
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 2026 / 7:23
18

XƏBƏR LENTİ

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

İŞSİZ VƏ AZTƏMİNATLI ƏHALİNİN HESABINA KOMFORT… – Və ya sosial qurumlar ixtisara düşənlərlə niyə maraqlanmır?

BU ƏRAZİLƏRDƏKİ BİNALAR DA SÖKÜLƏCƏK – 2700 manat kompensasiya təklif edilir

Ən çox maaş alan futbolçular – Siyahı

Rəsmi İrəvan ermənilərin qarşısında net seçim qoydu: ya sülh, ya…

Yer yeni fəlakətlərin astanasında — HƏYƏCAN TƏBİLİ

Azərbaycanın avtomobil bazarında kəskin dönüş

Böyük qarşıdurmanın anonsu verildi

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.