Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Rusiyada miqrantlara qarşı yeni qanun layihəsi: Azərbaycanlıları nə gözləyir?

Noyabr 28, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Rusiyada miqrantlara qarşı yeni qanun layihəsi hazırlanır. Layihə Rusiya Liberal-Demokrat Partiyası (LDPR) tərəfindən səsləndirilib. Partiya miqrantların qeyri-qanuni fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə pnevmatik silahların, elektroşokların, qaz və digər spreylərin satışının qadağan edilməsi təklifi ilə çıxış edib. Sözügedən qanun lahiyəsi yaxın günlərdə Dövlət Dumasına təqdim olunacaq. Bu təklif qüvvəyə minərsə, azərbaycanlı miqrantları hansı çətinliklər gözləyir və onlar vəziyyətdən necə çıxa bilər?

Milli Məclisin deputatı Azər Allahverənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, burada əsas hədəf qanunsuz miqrasiyanın qarşısının alınmasıdır: “Bu kimi qadağaları təklif edən siyasi mərkəzlər, yaxud da partiyalar müəyyən vəziyyəti dəyərləndirib və onların əsasında müvafiq qaydada əsaslanma etməklə bu və digər formada qadağaların tətbiq olunması təklifi ilə çıxış edirlər. Ola bilər ki, Rusiya Liberal-Demokrat Partiyasının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumat var. Bu məlumata görə, məhz qeyri-qanuni miqrat olan şəxslərin təklif olunan vasitələrdən istifadə etməsi hansısa formada ictimai asayişin pozulmasına gətirib çıxarır. Bu bir, yaxud da iki fakt deyil. Adətən bu məsələlər statistik nöqteyi-nəzərdən müəyyən həddə çatdıqda aktuallığı ilə üzə çıxır. Yəqin ki, partiya bunu dəyərləndirib və qeyd olunan vasitələrin satışının dayandırılması təklifi ilə çıxış edib”.
Deputat hesab edir ki, miqrant real olaraq qanunsuzdursa, qeyri-qanuni əsaslarla ölkə ərazisində yaşayırsa, həmin vasitələri əldə edə bilməz: “Bununla da miqrantın statusunun leqallaşdırılması tələb olunur. Miqrant həqiqətən də hansısa səbəblərdən, ya şəxsi təhlükəsizlik və ya digər səbəblərdən həmin vasitələri əldə etmək niyyətindədirsə, onda bu bir başa gəlib çıxır qanunsuz miqrantın statusunun leqallaşdırıması məsələsinə. İstəlinən halda ölkədə qanunsuz miqrasiya ilə mübarizədə genişmiqyaslı işlər həyata keçirilməkdədir. Miqrantın qanunsuz qalmasının mümkünsüz olması ilə yanaşı, həm də onu məhz ya ölkə ərazisini tərk etməsinə və ya statusunun leqallaşdırımasına vadaretmə elementləri daha çox qabarıq şəkildə biruzə verir. Məsələn, ölkə ərazisində miqrant hətta qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olursa, ailə üzvlərini yanına aparmaq üçün həm də ailə üzvlərinin əmək fəaliyyəti ilə məşğul olması tələb olunur. Söhbət əmək qabiliyyətli olan şəxlsərdən gedir. Həmin şəxsə ölkə ərazisində qalması üçün icazə verilir. Bütün bu məsələlər onu göstərir ki, istəlinən halda müxtəlif siyasi dairələr sanki bir yarışa çıxırlar. Kim daha çox bu məsələdə təkliflə çıxış edəcək və s. Bu, həmin siyasi partiyaların proqramlarında təsdiq olunmuş bir məsələdir”.
Azər Allahverənov əlavə edib ki, Rusiya üçün bu gün qanunsuz miqrasiya ilə mübarizə sahəsi olduqca aktualdır: “Ölkə ərazisində kifayət qədər çoxsaylı qanunsuz miqrantın yaşadığı bildirilir. Düzdür, son bir il ərzində həyata keçirilən tədbirlər nəticəsində ciddi azalma müşahidə olunur. Amma yenə də Rusiyanın, xüsusi ilə də Şərq hissəsində kifayət qədər miqrantın olduğu bildirilir. Həm də bu məsələ müstəqil ekspertlər tərəfindən dilə gətirilir. Bu o deməkdir ki, biz zaman-zaman qanunsuz miqrasiya ilə mübarizə sahəsində yeni-yeni qadağaların tətbiq ediləcəyini və ən azından təklif şəkilində irəli sürüləcəyini və sonrakı mərhələdə tətbiq ediləcəyinin şahidi olacağıq”.
Bu qadağaların azərbaycanlı miqrantlara təsirinə gəlincə, deputat bildirib ki, məsələnin bilavasitə bizimlə miqrantlarla bağlı olduğunu düşünmür: “Qanunsuz miqrasiyaya qarşı yönələn təklifdir. Və əgər azərbaycanlılar qanunsuz miqrant qismində Rusiya ərazisində yaşayırsa, bunu özü üçün bir cıxılmaz vəziyyət kimi görürsə, yaxşı olar ki, onlar istəlinən halda müəyyən olunan qaydalara uyğun davransınlar. Nəticə etibarı ilə öz statusunu leqallaşdırmağa çalışmalı, ya da ölkə ərazisini tərk etməlidir. Belə olanda şəxsin başqa çarəsi qalmır”.
Deputat qanunsuz miqrantlarla bağlı leqallaşdırma üçün imkanların o qədər də geniş olmadığını vurğulayıb: “Çünki inzibati tənbeh və s. həmin şəxslə bağlı tətbiq oluna bilər. Ona görə də ən optimal variant ölkə ərazisinin tərk edilməsidir. Əgər onun girişinə məhdudiyyətlər qoymurlarsa, ölkə ərazisinə daxil olub öz statusunu bir növ sıfırlamaqla yenidən leqal şəkildə ölkə ərazisində qalmağa çalışa bilər. Bu təklifin qanun layihəsi şəkilində müzakirəyə çıxarılıb qəbul edilməsi düşünmürəm ki, azərbaycanlı miqrantların mövcud vəziyyətinə təsir edə biləcək təklifdir. Hesab edirəm ki, Rusiyada yaşayan qanunsuz miqrantlar arasında azərbaycanlılar heç ilk beşliyə də daxil deyil”.

Əvvəlki Yazı

Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

Növbəti Yazı

Çinlilər sabiq Baş nazirin köməkçisinin evindən 357 min manat oğurlayıbmış – TƏFƏRRÜAT

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.