Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İcbari tibbi sığortadakı yenilik məşğulluğa necə təsir göstərəcək?

Noyabr 29, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Ekspertə görə, imtiyazlı şərtlərlə xırda torpaq payçılarının sığortasını dövlət subsidiyalaşdırmalıdır

Azərbaycanda əmək qabiliyyətli olub işləməyən şəxslərin icbari tibbi sığortadan kənarda qalması gözlənilir. Hökumətin qəbul etdiyi qərara əsasən, 2026-cı ildən etibarən belə şəxslər ayda 16 manat ödəməsələr, pulsuz tibbi xidmətdən yararlana bilməyəcəklər.

Bu yenilik ölkədə ciddi müzakirələrə səbəb olub. Bir qisim işsiz şəxslərin ayda 16 manatı ödəmək imkanında olmayacaqlarını bildirirlər. Bir qisim isə bildirir ki, işsiz sayılan şəxslərin çoxu faktiki olaraq rəsmiləşdirilmədən işləyir.

Rəsmi izahata əsasən bu addımın əsas məqsədi insanları əmək müqaviləsi ilə işləməyə sövq etməkdir: Pulsuz tibbi xidmət almaq istəyən şəxslər qeyri-rəsmi işlədikləri yerlərdə əmək münasibətlərinin rəsmiləşdirilməsində maraqlı olacaqlar. Lakin ekspertlərə görə, bu addım əmək müqavilələrinin ağardılması baxımından ciddi effekt verməyəcək. İqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, yeni model ən azı 4 milyon nəfərə yaxın insanı icbari tibbi sığorta mexanizmindən kənarda qoyacaq: “Bura əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilələrlə işləməyən, sahibkar kimi qeydiyyatda olmayan əmək qabiliyyətli yaşda (15-65 yaş) əhali, başqa yerdə rəsmi ödənişli olmayan, adına pay torpağı olan, lakin bələdiyyələrdə ailə kəndli təsərrüfatı kimi uçota alınmayan əmək qabiliyyətli yaşda əmək qabiliyyətli yaşda əhali. Bu əhali kateqoriyasının sayı 3 milyon nəfərə yaxındır.

Daha bir qrup müxtəlif səbəblərə işçi qüvvəsinə daxil olmayan əmək qabiliyyətli yaşda sağlam əhalidir. Bura ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən evdar qadınlar, iş tapmağa ümidini itirdiiy üçün rəsmi kanallarla iş axtarmağı dayandıran və işsiz kimi qeydiyyatdan keçməyən insanlar daxildir. Bu əhali qruplarına isə 1 milyon nəfərə yaxın insan daxildir”. 

Ekspertə görə, iş yerlərinin məhdudluğu şəraitində işçinin işəgötürəndən rəsmi əmək müqaviləsi tələb etməsi mümkün deyil: “Azərbaycanda yüksək ixtisaslı əmək tələb edən iş yerləri çox az yaranır. Əsasən ixtisassız əməyin, xüsusi peşə bacarıqları tələb etməyən iş yerləri yaranır, real işsizlik səviyyəsi çox yüksəkdir və sahibkarlar belə vəziyyətdə istədikləri şərtləri diqtə edə bilirlər. Qeyri-formal məşğulluq əsasən azxtisaslı və ixtisassız əmək üçün xarakterik olan iqtisadi fenomendir”.

R.Ağayev qonşu ölkələrin təcrübəsini misal kimi təqdim edir: “Gürüstanda universal modeldir. Yəni məşğulluq statusundan və sığorta ödəmələrindən asılı olmayaraq bütün vətəndaşlar tibbi sığorta alır.

Türkiyədə də bizdəki kimi qeyri-formal məşğul olanlar üçün özlərini sığorta etdirmələri tələbi var. Yəni rəsmi gəliri olmayan və tibbi sığorta ödəməyən şəxslər özlərini sığortalatmalıdırlar. Amma burda çox vacib bir detal var: gəlirlərin yoxlanması sistemi adambaşına gəlir səviyyəsinə əsasən ailələr yoxsul kateqoriyasına aid edilirsə, bu şəxslərin tibbi sığortasını dövlət subsidiyalaşdırır. Ən son məlumata görə əhalinin təxminən 15 faizinin bu imtiyazdan yararlandığı deyilir. 

Türkiyədə qeyri-formal sektorun payı da Azərbaycandan az qala 2 dəfə aşağıdır. Ona görə də həm özlərinin, həm də dövlət hesabına sığortalanan əhali ümumi əhalinin 85 faizinə yaxındır. Yəni Türkiyədə universal model olmasa da, sistem daha inklüzivdir”.

Ekspert hesab edir ki, Azərbaycanda da çox şəffaf gəlir və məşğulluq ölçülməsi sistemi yaradıla, gerçək aztəminatlı ailələr müəyyən oluna  bilər. Daha sonra belə ailələrin üzvləri sığorta təminatını dövlətdən alarlar.

Yeni tibbi sığorta modeli sayı1,5 milyon nəfərə yaxın olan kənd təsərrüfatı torpaqlarının payçılarına da problem yaradacaq: “Bu kateqoriyadan olan 100 minlərlə insanın əsas və yeganə iş yeri elə pay torpaqlarıdır. Onlar ölkənin ərzaq (həm də milli) təhlükəsizliyinin sütunudur.  Belə bir strateji sahənin ağırlığını daşıyan nəhəng işçi ordusu icbari tıbbı sığorta mexanizmindən kənarda qalır. Çünki qanunvericiliyə görə, pay torpaqlarının yerləşdiyi ərazinin bələdiyyəsində ailə kəndli təsərrüfatı kimi uçota alınmayan fermerlər avtomatik olaraq qeyri-formal məşğul əhali kateqoriyasına düşür.

Tibbi sığorta haqqında qanunda ayrıca olaraq torpaq payçıları sığorta ödəyici kimi nəzərdə tutulmayıb. Halbuki pensiya sığortasında bu yanaşma var və torpaq mülkiyyətçiləri torpağın keyfiyyət kateqoriyasından asılı olaraq minimum əmək haqqına nisbətlə pensiya sığortası ödəyirlər”. 

Ekspertə görə, imtiyazlı şərtlərlə xırda torpaq payçılarının sığortasını dövlət subsidiyalaşdırmalıdır: “Elə bu yaxınlarda ölkənin kənd təsərrüfatı naziri dedi ki, Azərbaycanda bir təsərrüfata orta hesabla 1,7 hektar torpaq düşür və bu ailənin dolanması üçün qətiyyən kifayət deyil. O daha uzağa gedərək əlavə etmişdi ki, fermer ailəsinin dolanışığı üçün azı 9 hektar torpağa sahib olmalıdır.

İndi özünü dolandıra bilməyən bu qədər böyük sayda insanın sağlamlığını qorumaq məsuliyyətini onların boynuna atmaq olarmı? Sağlamlıq məsələsi də ərzaq təminatı kimi strateji və milli təhlükəsizlik məsələsidir…

Yeri gəlmişkən, bir çox ölkələrdə dövlət bütün səhiyyə xidmətlərinə münasibətdə universal sığorta modeli tətbiq etməsə də, minimum xidmətlər paketi təqdim edir, istisnasız olaraq bütün vətəndaşlar həmin paketi ala bilir.  Azərbaycanda da belə paket təqdim olunacaqmı?”

Yazını hazırladı: Dünya SAKİT

Əvvəlki Yazı

Rusiya kəşfiyyatının şefi Türkiyədə – kimlərlə görüşüb?

Növbəti Yazı

Ağsuda torpaq saxtakarlığı

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.