Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

Noyabr 29, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

Türkiyənin verdiyi sənəd 2013–2023-cü illər ərzində etibarlı olub və üzərində Əlizadənin fotoşəkli yer alıb. Poliqon xəbər verir ki, bu barədə məlumatı Britaniyanın Trinity Bugle (trinitybugle.com) portalı oktyabr ayında yayıb. Portal yazır ki, Anar Əlizadə haqqında aparılan araşdırma yeni və diqqətçəkən bir detalla daha da dərinləşib və Union Grand Energy PTE Ltd şirkətinin təsisçisi və rəhbərinə aid olan saxta Türkiyə pasportu ortaya çıxıb. Sənəd 2013–2023-cü illər ərzində etibarlı olub və üzərində Əlizadənin fotoşəkli yer alır.Amma sənəddə Anar Əlizadənin adı və soy adı Arda Akın kimi göstərilir. Maraqlıdır ki, saxta kimlikdə Arda Akın-Anar Əlizadənin doğum yeri Naxçıvan, Azərbaycan göstərilir.

Portal qeyd edir ki, Anar Əlizadəyə aid saxta türk şəxsiyyət vəsizqəsinin ortaya çıxması, həm Azərbaycan hüquq-mühafizə orqanlarının, həm də Avropa İttifaqının sanksiya nəzarət qurumlarının diqqətini cəlb edib. Amma nə Türkiyə, nə də Azərbaycan portalın saxta kimlik barədə sorğularını cavablandırmayıb.

Poliqonun apardığı araşdırma isə göstərib ki, Anar Əlizadənin saxta türk pasportu ilə bağlı məlumatı ilk dəfə Azərbaycan və Türkiyə iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov SOCAR-la yaşadığı qarşıdurma fonunda Türkiyədə həbs olunduğu zaman ortaya çıxarıb.

Qeyd edək ki, azərbaycanlı iş adamı, neft maqnatı, “Union Grand Energy” şirkətlər qrupunun sahibi və baş icraçı direktoru, “Baku Business Factory”nin təsisçisi, “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadənin hazırda Dubayda yaşadığı bildirilir. Onun adı davamlı olaraq bir çox biznes qalmaqallarında hallanır, çirkli pulalrın yuyulmasında, neft qaçaqmalçılığında hallanıb. SOCAR-ın keçmiş yüksək vəzifəli əməkdaşı Adnan Əhmədzadə ilə uzunmüddətli iş əlaqələrinə görə Anar Əlizadə yenidən dünya mediasının diqqət mərkəzindədir.

Ötən ay yerli mətbuat Anar Əlizadənin Bakıya gələrək Adnan Əhmədzadənin cinayət işi ilə bağlı istintaqa ifadə verdikdən sonra Azərbaycanı tərk etdiyini yazıb. Lakin sonradan bu məlumat bəzi iri resurslardan silinib. Maraqlıdır ki, bu hadisəyə Reuters, Blomberg, Repost kimi beynəlxalq nəşrlər də maraq göstəriblər. Misal üçün Reuters Agentliyi “Neftin çirkləndirilməsi işi genişlənir və biznesmen Anar Əlizadəyə aparan izlər güclənir” adlı məqalənin sonunda neftin çirklənməsi ilə və digər ittihamlarla bağlı iş adamı Anar Əlizadənin nə zaman həbs olunacağı sualını qoyur.

Trinity Bugle portalı yazır ki, bu cür saxta sənədlər xüsusilə İran, Rusiya və Venesuela kimi sanksiyaya məruz qalmış ölkələrin nefti ilə işləyən operatorlar arasında geniş yayılıb. Belə sənədlər treyderlərə uçuş biletləri bron etmək, tankerlər icarəyə götürmək və Dubay, Sinqapur və ya Kipr kimi “neytral mərkəzlərdə” diqqət çəkmədən tərəfdaşlarla görüşmək imkanı verir.

“Maliyyə araşdırıcılarının fikrincə, saxta pasport həm də qanunsuz neft gəlirlərinin yuyulması üçün yaradılan ofşor şirkətlərin təsisində mühüm rol oynamış ola bilər. Azerbaycan hüquq-mühafizə qurumları hələlik saxta pasportun yeni ittihamlara səbəb olub-olmayacağını açıqlamayıb. Bununla belə, mövcud sübutlar Anar Əlizadənin biznes fəaliyyətlərinin qəsdən aldatmaya əsaslandığı barədə şübhələri daha da gücləndirir. İstintaq davam edir və sənədin 10 il boyunca necə və hansı miqyasda istifadə olunduğu barədə əlavə detalların yaxın həftələrdə üzə çıxacağı gözlənilir”, deyə portal qeyd edir.

Məsələ ilə bağlı Poliqon-a açıqlama verən və müəyyən səbələrdən adının açıqlanmasını istəməyən hüquqşünas bildirib ki, həmin saxta pasport çoxsaylı beynəlxalq səfərlərdə və müəyyən biznes əməliyyatlarında istifadə edilə bilər ki, bu da şəxsiyyətin gizlədilməsi və yoxlamaların asan keçilməsi ehtimalını gündəmə gətirir.

Hüquqşünas bildirib ki, saxta pasport iddiası təsdiqini tapsa, Anar Əlizadənin həmin sənədlə getdiyi ölkələrdə iş adamı haqqında çinayət işləri açıla bilər və bu Anar Əlizadə üçün ağır nəticələr doğurar. Bunlara sənəd saxtakarlığı, sərhəd keçmə qaydalarının pozulması, pulların yuyulması və digər əlaqəli maddələr üzrə məsuliyyət riski mövcuddur.

Eyni zamanda, saxta pasportun bank hesablarının açılması, şirkət qeydiyyatı və ya ticarət əməliyyatları üçün istifadə olunubsa, bu da ayrıca cinayət məsuliyyəti yaradar. Belə hallar təsdiqlənərsə, kommersiya saxtakarlığı və maliyyə fırıldağı kimi əlavə hüquqi risklər də gündəmə gələ bilər.

Xatırladaq ki, Anar Əlizadənin saxta sənəddən istifadə etməsi ilə bağlı 16 aprel 2023-cü ildə musavat.com saytı da məlumat yayıb. Məlumatda bildirilir ki, Serbiyada jurnalist araşdırmalarına əsasən, 2022–2025-ci illər arasında ən azı 204 rusiyalıya Serbiya vətəndaşlığı verilib. Onların əksəriyyəti nə ölkədə yaşamış, nə də rəsmi prosedurları keçmiş şəxslərdir. Hökumət bu addımı “milli maraq”la əsaslandırıb. Bu “xüsusi siyahı”da yer alanlardan biri də azərbaycanlı iş adamı Anar Əlizadədir. SOCAR-ın əvvəlki rəhbərliyinin (Rövnəq Abdullayev) yaxın tərəfdaşı kimi tanınan Əlizadə 2024-cü ilin 28 noyabrında Serbiya vətəndaşlığı alıb. Sənədi imzalayan şəxs – hazırkı baş nazir Miloş Vuçeviçdir.

Tarixə diqqət edərsək, görərik ki, Anar Əlzadə Serbiya pasportunu məhz Türkiyə pasportunun vaxtı bitəndən sonra əldə edib.

Poliqon.info

Əvvəlki Yazı

Kənd Təsərrüfatı nazirinin “sığorta əməliyyatı”

Növbəti Yazı

Tramp Maduro ilə gizli danışıq aparıb – Nələr müzakirə edilib?

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.