Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Kontakt Home”un sahibi ilə iş adamı arasında qalmaqal – (FOTO

Dekabr 3, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16
Bir neçə gün əvvəl Bakıda tuninq xidməti göstərən məşhur “Azart” şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulması haqqında xəbər vermişdik.
Xəbər yayımlandıqdan bir müddət sonra Arif Zeynalov “Qaynarinfo” ilə əlaqə saxlayaraq, bəzi yeni məlumatlar verdi. Onun sözlərinə görə, maşınlara həbs qoyulması hansısa banka kredit borcunun olması deyil. Səbəb onunla “Kontakt Home”un təsisçisi olan “ABC-Telekom” şirkətinin sahibi Fariz İstafilov arasında olan qalmaqaldır.
Qalmaqalın əsası isə hələ 2023-cü ildən qoyulub. Belə ki, o vaxt, Fariz İsrafilov “Azart” şirkətinə “Mercedes -Sprinter” markalı mikro avtobusun yığılıb tuning edilməsi üçün müraciət edir. Tərəflər müzakirələrdən sonra büdcəni (təxminən 60 000 ABŞ dolları) təsdiqləyirlər. Amma məbləğ böyük olduğu üçün, Arif Zeynalov materialların xaricdən gətirilməsi üçün avans istəyib.
“Fariz İsraifilov dedi ki, mən sənə bu avansı ancaq borc müqaviləsi ilə verə bilərəm. Mən dedim ki, niyə borc müqaviləsi, mən avans istəyirəm. O dedi ki, bu formal bir şeydir, bütün şirkətlərlə belə işləyirlər, sən əgər hər şeyi altı ay müddətində təhvil verəcəksənsə, problem olmayacaq. Düşündüm ki, bu boyda şirkət rəhbəri bizi aldatmaz və heç bir oyun qurmaz. Sonra öz maliyyə direktoru Bayramlı Müşfiq Elçin oğlunu yanına çağıraraq, ona tapşırdı ki, notariusa yollanın, Ariflə 6 aylıq borc müqaviləsi bağlayın, o pulu da verin, ehtiyyat hissələri alınsın.  Biz də getdik, pulu götürüb, sifarişləri verdik, ehtiyat hissələri 2 ay ərzində gəldi Azərbaycana. İş başladı. 6 ayın tamamında mən ölkədə deyildim, birdən mənə mesaj gəldi ki, Müşfiq Bayramlı məni borca görə məhkəməyə verib. Düşündüm ki, nə borc? Birdən yadıma həmin müqavilə düşdü. Zəng etdim, Fariz İsrafilov götürmədi, yığdım Müşfiq Bayramlıya, o da götürmədi…”- deyə A.Zeynalov baş verənlərin hardan, necə başladığını izah edir.
 
“Azart” sahibinin dediklərindən bəlli olur ki,  qarşı tərəf ona 76 500 manat ödəyib. Müqaviləyə görə, avtomobil 6 ay ərzində təhvil verilməliymiş. Amma materialların xaricdən tapılıb gətirilməsi isə təxminən 2 ay vaxt apardığı üçün, nəticədə avtomobilin təhvil verilməsi prosesi də bir neçə ay yubanmalı olur. Amma 6 ay vədini və ortadakı borc müqaviləsinin müddətini əsas götürən qarşı tərəf Arif Zeynalovu məhkəməyə verir və verilən bütün avansı geri tələb edirlər. Məhkəmə 3825 manat cərimə borcu və 342,45 manat dövlət rüsumu borcunu da ümumi məbləğə əlavə edərək, A.Zeynalovun qarşı tərəfə 80 000 manat ödəməli olması haqqında qərar çıxarır. A.Zeynalov bu məbləği ödəyə bilmədiyi üçün  Səbail rayon İcra Şöbəsi iş adamının bahalı avtomobillərinə – “Li L8 Pro Plug-in”, “Chrysler” və BMW markalı nəqliyyat vasitələrinə həbs qoyur.
Maraqlıdır ki, A.Zeynalov “Mercedes” markalı avtomobilin yığılmasına 100 min manatdan çox xərc çəkildiyini, avtomobilin müəyyən gecikmə ilə olsa da təhvil verildiyini bildirir. O hesab edir ki, əvvəla, ortada heç bir borcdan söhbət gedə bilməz: “Bizə “Mercedes” markalı avtomobilin tuninq edilməsi üçün avans ödənilib, texniki səbəblərdən müəyyən gecikmə olsa da, avtomobil yüksək səviyyədə yığılaraq, təhvil verilib. Qarşı tərəf yerdə qalan ödənişi etməmək üçün belə bir addım atır. Təəssüf ki, məhkəmə gətirdiyimiz dəlilləri diqqətə almadan, şahidləri dinləmədən belə bir qərar qəbul etdi”.
Qərardan narazı qalan Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri borc müqaviləsindəki məbləğdən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş edib.
Məhkəmə “Li L8 Pro” markalı nəqliyyat vasitəsi üzərində həbs qərarını qüvvədə saxlasa da, digər iki avtomobili həbsdən azad edib.
Mövzu ilə bağlı mövqe bildirmək üçün “ABC Telecom”la əlaqə saxlasaq da, açıqlama vermək istəmədilər. Onlar məhkəmə qərarına heç nə əlavə etmək istəmədiklərini bildirdilər.
12 noyabr, saat 14:14
Bakıda tuninq xidməti göstərən məşhur “Azart” şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulub.
Qaynarinfo-nun məlumatına görə, iş adamının həbs qoyulan avtomobilləri “Li L8 Pro Plug-in”, “Chrysler” və BMW markalı nəqliyyat vasitələridir.
Arif Zeynalovun banklardan birinə 2023-cü il tarixli kredit müqaviləsi üzrə 76500 manat əsas, 3825 manat cərimə borcu və ödənilmiş 342,45 manat dövlət rüsumu borcu var. Həmin ildən kredit borcunu ödəməyən iş adamının avtomobillərinə Səbail rayon İcra Şöbəsi tərəfindən həbs qoyulub.
Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri kredit müqaviləsi üzrə ondan tutulmalı olan pul məbləğindən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş edib. Bildirib ki, 80.000 manata yaxın borcu var, borcun hissə-hissə ödəməklə bağlı icra məmuru ilə danışacaq. Həmçinin qeyd edib ki, “Li L8 Pro Plug-in” markalı avtomobil kreditdədir, qiyməti 100.000 manatdan çoxdur, ödənilməyən isə 50.000 manat bank borcu var. BMW-ni atası, “Chrysler” markalı maşını isə özü idarə edir. Ona görə də yalnız “Chrysler” markalı markalı avtomobilin üzərinə həbs qoyulmasını istəyib. Yerdə qalan borcunu da hissə-hissə ödəmək niyyətində olduğunu bildirib.
Məhkəmə “Li L8 Pro Plug-in” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulan həbsi saxlayıb. İş adamının təqdimatının qalan hissəsi təmin edilməyib.
Qeyd edək ki, “AZART Group”un təsisçisi və baş direktoru Arif Zeynalovdur.
Məsələ ilə bağlı iş adamının özü ilə də əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.
7news/az
Əvvəlki Yazı

“Putin ABŞ-ın sülh planını rədd etməyib”-Peskov danışıqlardan sonra geniş açıqlama verdi

Növbəti Yazı

Paşinyan: “Azərbaycanla aramızda sülh artıq təsis olunub”

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.