Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Türkiyə Ermənistanla sərhədi açmağa HAZIRLAŞIR

Dekabr 3, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

Türkiyə Ermənistanla qurudan sərhədi yaxın altı ay ərzində açmağı nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu addım Avropada Soyuq Müharibə dövründən qalan son bağlı sərhəd xəttinin aradan qaldırılması demək olacaq və Cənubi Qafqazda ticarət və kommunikasiya xəritəsini dəyişə bilər.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Ankara yalnız bir şərtlə sərhədi açmağa razıdır. Belə ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə sərhədlər açılacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da noyabrda bu barədə danışıb. “Sülh sazişi olmadan normallaşma mümkün deyil. Əgər indi Ermənistanla münasibətləri bərpa etsək, İrəvanın sülh müqaviləsini imzalamaq üçün əsas səbəbi ortadan qaldırmış olarıq”, – o qeyd edib.

“Bloomberg” yazır ki, Paşinyan iyunda keçiriləcək seçkilərə gedərkən sərhəd açıqlaması onun siyasi reytinqinə əlavə üstünlük verə bilər. Mənbələrə görə, əgər Paşinyan hakimiyyətdə qalsa, İlham Əliyevlə sülhü rəsmiləşdirmək şansı yüksələcək. Bundan sonra Türkiyə də Ermənistana səfir təyin edərək diplomatik münasibətləri bərpa edə bilər.

Türkiyə və Ermənistan nümayəndə heyətləri ötən həftə Akyaka–Axurik sərhəd məntəqəsində birgə baxış keçiriblər. Məqsəd Qars–Gümrü dəmir yolunun bərpasıdır. Yeni relslərin çəkilməsi təxminən 5 ay çəkə bilər.

Türkiyənin bölgə rəsmiləri sərhəd mühafizəsi üçün yeni yolların tikildiyini də təsdiqləyiblər.

“Bloomberg”in məlumatına görə, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış üçtərəfli razılaşmanın bir hissəsi olaraq, ABŞ regionda strateji əhəmiyyətə malik TRIPP layihəsini (Zəngəzur dəhlizi – red.) inkişaf etdirmə hüququ əldə edib.

Bu xətt Azərbaycanı Ermənistan üzərindən Türkiyə ilə birləşdirəcək və Pekindən Londona uzanan yeni Şərq–Qərb yolunun əsas hissəsinə çevriləcək. Layihə Zəngəzur dəhlizinin yeni formatı kimi təqdim edilir və Türkiyənin regional tranzit qovşağı rolunu gücləndirəcək.

Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, bu yolun tikintisi 2026-cı ilin ikinci yarısında başlayacaq və keçmiş sovet marşrutu ilə gedəcək, çünki alternativ xətt çəkmək real deyil.

Yerevanlı analitik Riçard Giragosyan hesab edir ki, sərhədin açılması 2026-cı ilin əvvəlində baş tuta bilər. Lakin o həm də xəbərdarlıq edir ki, Paşinyan seçki ərəfəsində Ərdoğan hökumətinə çox yaxın görünməmək üçün ehtiyatlı olmalıdır.

Əvvəlki Yazı

Alqış Musayevdən Bəxtiyar Sadıqova sərt İTTİHAM

Növbəti Yazı

Əsgərliyə yararsız olan şəxslərin nəzərinə! – QAYDALAR DƏYİŞDİ

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.