Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

Dekabr 11, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbi azərbaycanlıların və Qarabağdan könüllü gedən ermənilərin bölgəyə qayıdışı üçün “yol xəritəsi” hazırlamağı təklif edib. “Bir tərəfdən Azərbaycanda “Qərbi Azərbaycan”dan danışırlar, digər tərəfdən isə “Qarabağ erməniləri”nə istinad edirlər. Mən qayıtma məsələsinin çox təhlükəli olduğunu demişəm və indi açıq və açıq şəkildə Azərbaycana təklif vermək istəyirəm… Bu məsələləri eyni vaxtda həll etmək üçün birgə yol xəritəsi qəbul etməyi təklif edirəm. Artıq demişəm ki, (Qarabağ ermənilərinin bölgəyə qayıtması – red.) real deyil”, – Paşinyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistanda Qarabağ ermənilərinin respublikada qalmasını təmin etmək üçün böyük layihələr həyata keçirilir. “Qayıdış gündəliyini davam etdirsək, bu, Qarabağ hərəkatını yenidən başlatmaq demək olacaq”. “Qarabağ hərəkatı bitdi… Azərbaycan daim “Qərbi Azərbaycan” terminindən istifadə edir… Səbəb və nəticəni anlamalıyıq. Gəlin bu məsələlərin həlli və hər hansı uzunmüddətli strateji münaqişənin aradan qaldırılması üçün yol xəritəsi hazırlayaq”, – deyə Paşinyan qeyd edib.
İlk baxışdan bəyanat olduqca konstruktivdir. Ermənistanın baş naziri “Qarabağ ermənilərinin qayıdışı” barədə spekulyasiya etməkdən çəkinməyə çağırır. Amma yalnız ilk baxışdan.
Əvvəla, İrəvan bu gün “Qarabağ ermənilərinin qayıdışı”ndan danışmağın qeyri-real olduğunu çox yaxşı başa düşür. Paşinyan “konstruktiv mövqe” nümayiş etdirməyə məcburdur. Onun sadəcə olaraq başqa seçimi, manevr etmək üçün yeri yoxdur. Lakin Qərbi azərbaycanlıların Ermənistandan qovulması ilə Qarabağ ermənilərinin könüllü gedişini eyniləşdirmək apriori səhvdir. Ermənilər etnik təmizləməyə məruz qalmayıblar, azərbaycanlılardan fərqli olaraq.

Bundan əlavə, Azərbaycan ermənilərə təhlükəsizlik zəmanəti, vətəndaşlıq, tam mülki və siyasi hüquqlar təklif edib. Paşinyan isə indi “yol xəritəsi” yaratmasını təklif edirsə, bu, qəbuledilməzdir.
Tarixi vətənlərindən qovulmuş etnik azərbaycanlıların qayıtmaq haqqı beynəlxalq humanitar hüququn bir hissəsidir. Əgər Ermənistan hakimiyyəti buna qarşı çıxaraq “ermənilərin Qarabağa qayıtması” mövzusundan təzyiq və şantaj vasitəsi kimi istifadə etməyə işarə edirsə, bu, sülh gündəliyinə və Bakı ilə münasibətləri yaxşılaşdırmaq istəyinə uyğun gəlmir.

Professor Qabil Hüseynli Musavat.com-a deyib ki, deportasiya olunmuş azərbaycanlılarla Qarabağdan könüllü getmiş ermənilər arasında bərabərlik işarəsi qoymaq düzgün deyil: “İndiki Ermənistanın ərazisi bütünlüklə İrəvan xanlığının ərazisi olub. Ermənilərin İrəvan xanlığı ərazisinə köçməsi ilk olaraq Eçməidzinə – İrəvan xanlığındakı Üç Müəzzin ərazisinə köçü 1800-cü ilə təsadüf edib. 1828-ci ildə Rusiya İrəvan xanlığı üzərində qələbə çalandan sonra orada yaşayan 200 mindən artıq azərbaycanlıları ruslarla birgə ermənilər deportasiya ediblər. Boşalmış evlərə ermənilərin köçü həyata keçirilib. Azərbaycanlıların bir hissəsi Türkiyə ərazisinə – İğdıra, Qarsa, böyük bir hissəsi isə Azərbaycan ərazisinə deportasiya olunublar. Yəni Paşinyanın son bəyanatı ilk baxışdan konstruktivlik və praqmatizm təsiri bağışlasa da, əslində, bu çıxışın alt qatında çox ciddi ziddiyyətlər və manipulyativ yanaşma gizlənir”.
Onun fikrincə, Paşinyan bir tərəfdən “Qarabağ ermənilərinin qayıdışının real olmadığını” etiraf edir, digər tərəfdən isə Azərbaycanla Qərbi Azərbaycan – Qarabağ erməniləri məsələlərini paralel şəkildə götürüb “yol xəritəsi” hazırlamağı təklif edir: “Bu, mahiyyət etibarilə köhnə tezislərin yeni terminologiya ilə paketlənməsidir. Paşinyanın ən böyük səhvi Qərbi Azərbaycandan etnik təmizləmə yolu ilə qovulmuş yüz minlərlə azərbaycanlını könüllü şəkildə Qarabağı tərk etmiş ermənilərlə eyniləşdirmək cəhdidir. Burada fundamental fərq var və bu fərqi İrəvan çox yaxşı bilir. Qərbi Azərbaycanlılar zorla, sistemli etnik təmizləmə ilə qovulublar. Qarabağ ermənilərinin çıxışı isə Azərbaycan tərəfindən yaradılan humanitar dəhliz və təhlükəsizlik təminatı şəraitində, könüllü şəkildə baş verib. Bunun üstündə Azərbaycan dövləti hələ 2020-ci ildən başlayaraq Qarabağda yaşayan ermənilərə vətəndaşlıq, təhlükəsizlik və tam bərabər hüquqlar təklif edib. Ermənistan isə azərbaycanlıların öz tarixi yurdlarına qayıtmaq hüququnu bir an belə qəbul etmir. İrəvandan deportasiya olunan 200 min azərbaycanlı ilə Qarabağdan könüllü şəkildə getmiş 60-70 min ermənini bərabərləşdirmək düzgün deyil”.

Onun sözlərinə görə, nə xarici müdaxilə ssenariləri, nə də revanşist dairələrdən gələn təzyiq nəticə verməyəcək: “Bu baxımdan, onun konstruktiv danışması siyasi reallığın diktəsidir, sülh iradəsinin ifadəsi deyil. Paşinyan “qayıdış gündəliyini davam etdirsək, Qarabağ hərəkatı yenidən başlayar” deyərək bu dəfə məsuliyyəti guya emosiyalara bağlamağa çalışır. Əslində isə Ermənistan cəmiyyəti və siyasi elitası hələ də etnik təmizləmənin nəticələrinin aradan qaldırılmasını qəbul etməyə hazır deyil. Əgər Paşinyan doğrudan da sülh istəyirsə, birinci addım olaraq azərbaycanlıların Ermənistana qayıtmaq hüququnu tanımalı, bu istiqamətdə real mexanizmlər üzərində işləməlidir. Yoxsa, “gəlin hər iki məsələni eyni vaxtda danışaq” təklifi sadəcə siyasi oyun elementidir”.

Əvvəlki Yazı

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Növbəti Yazı

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

EKSKLUZİV

Nazir Qazaxlıları təbrik etdi

Nazir qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:55
1
Nazir Qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:41
1
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

16 Yanvar 2026 / 17:32
4
Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

16 Yanvar 2026 / 16:24
6

XƏBƏR LENTİ

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.