Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Oliqarx deputat Anar Məmmədovun qaranlıq dosyesi -Qulam Ələkbərovun kürəkəninin şirkətləri, mülkləri, avtomobilləri və…

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Qanunla deputatların bizneslə məşğul olmasının qadağan edilməsinə baxmayaraq, hələ də bəziləri iş fəaliyyətini davam etdirir. Hətta onların bir qismi ölkədə qurduqları biznes imperiyasını xaricdə də genişləndirməklə məşğuldurlar. Belə deputatlardan biri də Anar Məmmədovdur.
96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinin deputatı Anar Məmmədovun Parlamentdə təmsil olunması müəmmalar doğurur.Əvvəla, ölkənin ictimai -siyasi həyatında heç bir rola malik olmayan Məmmədovun qanunverici hakimiyyətin üzvü olması əsaslı şübhələrə gətirib çıxarır.
İlk öncə şübhələr ondan ibarətdir ki, ixtisasca nəqliyyatçı olan deputat niyə Milli Məclisi seçib?. Normalda o, aidiyyəti üzrə vəzifələrə də yiyələnə bilərdi.
İkinci müəmmalı məqam isə ondan ibarətdir ki, Anar Məmmədov deputat olmamışdan əvvəl seçildiyi dairənin seçiciləri ilə bağlı heç bir ictimai fəaliyyəti olmayıb. Çünki Anar Məmmədovun sosial şəbəkə hesablarında fəaliyyəti, ictimai əhəmiyyət kəsb edən paylaşımları məhz deputatlığ mandatı əldə etdikdən sonra edilib.
Azərbaycan Respublikasının Sabiq nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı kimi tanınan Anar Məmmədov adı müxtəlif cinayətlərdə hallanan kriminal oliqarx Qulam Ələkbərovun kürəkəni olduğu üzə çıxıb. Paytaxt.org bildirir ki, vaxtı ilə bu barədə Axar.az portalı məlumat yayıb.
Qeyd edək ki, Anar Məmmədov 1984-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsili haqqında məlumatları qeyri-müəyyən olan Məmmədovun Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində ali təhsil aldığı müəyyən olunub. O, Z.Məmmədovun nəqliyyat naziri olduğu illərdə (2006-2009) Bakı şəhər Nəqliyyat Departamentində bölmə rəisi işləyib.
Anar Məmmədovun qayınatası Qulam Ələkbərov hamının bəlkə də az-çox eşitdiyi “AQ İnşaatçı Servis” MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil qalmaqallarına görə dəfələrlə mətbuatda çəkilib. O, vaxtilə paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonçular məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Z.Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra eks-nazir tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib və bununla da onlar arasındakı dostluq əlaqələri güclənib.
Eyni zamanda Qulam Ələkbərovun bir neçə icra hakimiyyəti başçıları ilə dostluq münasibətlərində olması barədə yerli mediada məlumatlara rast gəlirik. Həmin icra başçılarından biri də yüksək məbləğdə pul mənimsəyən və məhz bu səbəbdən vəzifəsindən azad edilərək həbs edilən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev olub.
Bunlarla yanaşı gənc deputat Anar Məmmədovun Ukrayna Respublikasında geniş biznes şəbəkəsi olduğu da üzə çıxıb. Bir müddət əvvəl jurnalist Cavanşir Həsənli bu barədə məlumat yaymışdı. Onun sözlərinə görə, deputat qayınatası Qulam Ələkbərovla açdığı şərikli biznes tikinti sektorunda fəaliyyət göstərir:
“Ukraynanın Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də “Bakı” adında möhtəşəm görünüşlü bina tikilib. Yaşayış kompleksi 21 mərtəbədən, 301 mənzildən ibarətdir.
Kompleksin tikintisi K.A.S. LTD tərəfindən həyata keçirilib. K.A.S. LTD Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan və Monakoda inşaat sektorunda fəaliyyət göstərir. Ukraynanın şirkət və müəssisələrin vahid reyestr xidmətinin məlumatına görə şirkətin nizamnaməyə kapitalının 30 faizi Milli Məclisin gənc deputatlarından olan MƏMMƏDOV ANAR İLYAZ oğluna məxsusdur. 2005-ci ildə qeydiyyatdan keçmiş şirkətdə Anar Məmmədovun benefisiar olaraq yatırım payı 6 milyon qrivnadır, qalan 70 faiz deputatın qayınatası Qulam Ələkbərovun yaxın adamına məxsusdur. Ukraynada Anar Məmmədovun ailə üzvlərinin adına daha bir neçə şirkət fəaliyyət göstərir.
Jurnalist Səbuhi Abbasov deputat Anar Məmmədov haqqında vaxtı ilə belə yazmışdı: “Bu deputatı, yəqin ki, tanıyırsınız, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən 2020-ci ildə seçilib. Necə seçilib, onu goranboylular, naftalanlılar çox gözəl bilirlər. Sözüm o deyil, Parlamentin “P”sından xəbəri olmayan bu şəxs surətlə tikinti maqnatına çevrilməkdədir. Və bunları dövlət büdcəsinə qənim kəsilməklə edir. Adamın şəxsən rəhbərlik etdiyi “Amazon” şikəti Qarabağdakı tenderlərə özünü soxuşdura bilib. Ayrı-ayrı şəxslərin texnikalarını işlədir, dövlətdən pulunu alır, sonra texnika sahiblərinə qırıq-salxaq texnikaları təhvil verir, qara qəpik vermədən. Çox yaxın insandan kran sifariş verib, rəsmi müqavilə bağlanıb, aylıq icarə müəyyəb edilib, 4 ay sonra kranı gətirib tullayıblar həyətlərinə, özünə də bir qəpik verməyiblər. Anar Məmmədov özü də qaynatası Qulam kişi ilə “Amazon” şirkətinin ofisində oturur. Bu özbaşınalıqlar birbaşa YAP-dakı islahatları puç edir, yeni kadrlara olan inamı sıfıra endirir. Ən əsası, Ali Baş Komandanın xalq arasındakı nüfuzunu xərcləyir, həm də Qarabağ adı ilə…”
Dünyadaka baş verən geosiyasi proseslərə baxın, bizim yeni kadrlarımıza baxın. Qarabağ adı ilə millətin qanını soran kim olursa olsun, xəyanətkardır. Deputat Anar Məmmədovun qanunsuz fəaliyyətindən əldə edilən mülklər, avtomobillər və hektarlarla torpaq sahələri var bunların hesabın verəcək zamanı gözləyir. Sabiq nazir Ziya Məmmdovun kadrı olan Anar Məmmədov görünür Mehdiyevçilər şəbəkəsinə yaxındır. Çünki, dövlətə xəyanət etməkdən çəkinməyən Ramiz Mehdiyevin bu gün də yanında yer alan Z.Məmmədovla bağlı da qanuni ölçü götürüləcəyi ölkə mediasında iddia olunur.(paytaxt.org)

Əvvəlki Yazı

Tramp iki ölkə başçısını ölümlə hədələdi

Növbəti Yazı

Müharibələr, terror hücumları və iqtisadi döyüşlər ili -ANALİZ

EKSKLUZİV

Nazir Qazaxlıları təbrik etdi

Nazir qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:55
1
Nazir Qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:41
1
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

16 Yanvar 2026 / 17:32
4
Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

16 Yanvar 2026 / 16:24
6

XƏBƏR LENTİ

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.