Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Rusiyanın savaş itkiləri ilə bağlı dəhşətli faktlar: Kreml Ukraynada qeyri-rusları qırğına verir

Dekabr 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Kreml üçün Ukrayna müharibəsi, ərazilərinin işğalından qaynaqlanan mübahisə deyil, bu, ABŞ-ın liderlik etdiyi beynəlxalq sistemlə daha genişmiqyaslı qarşıdurmanın yalnız tərkib hissəsidir… Yəni, hazırda baş verənlər əslində, geostrateji təsir zonaları, qlobal təhlükəsizlik zəmanətləri və “soyuq müharibə”dən sonrakı geopolitik güc nizamına nəzarət uğrunda mübarizədir…

Rusiya siyasi dairələri Ukrayna savaşının dayandırılmasına yönəlik mövqeyini dəqiqləşdirərək, rəsmən elan edib. Kremlin savaş məntiqi sabit qalmaqla yanaşı, Rusiya Ukrayna ilə atəşkəs barədə danışıqlara hazır olmadığını birmənalı şəkildə vurğulayıb. Əsas önəmli məqam ondan ibarətdir ki, Kreml Ukraynanın savaşdan ciddi şəkildə yorulduğunu nəzərə alır və ona görə də, yalnız “kapitulyasiya aktı” məzmununda “sülh sazişi” imzalamaqda israr edir. Halbuki, Kreml Rusiyanın da bu savaşdan ciddi şəkildə yorulduğunu və maliyyə-iqtisadi kataklizmlər dövrünə yaxınlaşdığını gizlətməkdə çətinlik çəkir.

Onu da qeyd etmək lazımdır ki, Kremlin Yeni il ərəfəsində atəşkəs təşəbbüsünü rədd etməsi yalnız taktiki inadkarlıq deyil. Bu, Rusiyanın Ukrayna müharibəsini hansı məntiq əsasında apardığını açıq şəkildə ortaya qoyur. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kreml rəsmi Kiyevə “nəfəs almaq” və yeni hərbi mərhələyə hazırlaşmaq imkanı verəcək bir fasilədə qətiyyən maraqlı deyil. Onun dediyinə görə, Rusiya üçün genişmiqyaslı siyasi razılaşma olmadan elan ediləcək atəşkəs sülhə aparan yol deyil, əksinə, strateji riskdir.

00074fab1be46f43277c079f9cfd6d1f1.jpg (84 KB)

Təbii ki, Dmitri Peskovun bu açıqlaması Kremlin dəyişməz olan mövqeni növbəti dəfə təsdiqləyir. Rusiya siyasi dairələri müharibəni yalnız simvolik və ya humanitar səbəblərlə dayandırmaq niyyətində olmadıqlarını biruzə verirlər. Kremldə hesab edirlər ki, istənilən qısa fasilə ilk növbədə Ukraynaya və onun Qərbdəki müttəfiqlərinə hərbi resursları yenidən toparlamaq, silahlanma prosesini genişləndirmək imkanı yaradacaq. Və bu baxımdan, Kreml mövcud atəşkəs təşəbbüslərini sülhə yönəlik cəhd yox, məhz Qərbin Ukrayna savaşını idarə etmə aləti kimi qiymətləndirir.

Ancaq Rusiya atəşkəs təşəbbüsündən birbaşa “razılaşma mərhələsi”nə keçid edilməsində israrlı davranarkən, əslində, strateji mesaj da vermiş olur. Çünki burada əsas diqqətçəkən məqam Dmitri Peskovun məsələyə ABŞ prezidenti Donald Trampın istifadə etdiyi terminlərlə, xüsusilə də, “razılaşma” kontekstində yanaşmasıdır. Bu, qətiyyən təsadüfi deyil. Rusiya getdikcə daha açıq şəkildə göstərir ki, münaqişədə əsas qarşı tərəf olaraq, rəsmi Kiyevi yox, məhz ABŞ-ı görür. Yəni, Kreml mesaj verir ki, Ukrayna yalnız savaş meydanının iştirakçısıdır, ancaq ABŞ əsas strateji qərarvericidir.

Maraqlıdır ki, Rusiyanın mövqeyinə görə, yalnız daha geniş təhlükəsizlik arxitekturasını – NATO-nun genişlənməsi, Şərqi Avropadakı Qərb hərbi mövcudluğu və Ukraynanın geopolitik orientasiyası ilə bağlı mövzuları əhatə edən ümumi razılaşma müharibənin bitməsini əsaslandıra bilər. Rusiyanın maraqlarına bağlı bu məsələlər həll edilmədiyi halda, Kreml qısamüddətli atəşkəs təşəbbüslərini yalnız diqqəti əsas mövzulardan yayındıran taktiki addımlar hesab edir. Və Kremlin bu həm inadkar, həm də maksimalist mövqeyi hazırda Ukrayna savaşının hər iki iştirakçısına olduqca baha başa gəlir.

Məsələ ondadır ki, Böyük Britaniya hərbi kəşfiyyatının yaydığı hesabata görə, yalnız 2024-2025-ci illərdə Ukraynada 400 min nəfərdən çox Rusiya hərbçisi həlak olub və ya yaralanıb. Bu rəqəmlər savaşın Avropa qitəsində İkinci Dünya Müharibəsindən sonra görünməmiş miqyasda yüksək intensivlikli fəlakət qaynağına çevrildiyini göstərir. Və hazırda hər iki savaş iştirakçısı üçün maliyyə-iqtisadi, infrastruktur kimi önəmli sahələri mdə əhatə edən müharibə itkilərini sonradan bərpa edilməsi o qədər də asan olmayacaq.

rusiya1651148058.jpg (77 KB)

Bütün bunlara baxmayaraq, Kreml bu itkiləri eynilə qəbul etməyə də hazır görünür. Böyük Britaniya kəşfiyyatının məlumatına əsasən, Rusiya hakimiyyəti hərbi səfərbərliyi əsasən sosial-iqtisadi cəhətdən zəif inkişaf etmiş, siyasi aktivliyi aşağı olan və etnik azlıqların üstünlük təşkil etdiyi regionlarda daha da gücləndirib. Çünki məhz belə regionlarda maliyyə xarakterli stimullaşdırma cəhdləri daha effektiv olur, canlı qüvvə itkilərinin siyasi rezonansı isə daha zəif hiss edilir. Buna paralel olaraq, Kreml siyasi mobilizasiya potensialı yüksək olan Rusiyanın böyük şəhərlərini müharibənin sosial nəticələrindən kənarda saxlayaraq, müəyyən mənada, qorumağa çalışır.

Belə anlaşılır ki, Kreml üçün ictimai dəstək və siyasi-iqtisadi elita daxilində konsensus qorunduğu, itkilər isə yeni hərbi səfərbərliklə kompensasiya olunduğu müddətcə, Rusiya rəhbərliyinin bu müharibəni yüksək insan itkisi bahasına da olsa, davam etdirməyə hazır olduğu görünür. Kreml üçün əsas “qırmızı xətt” cəbhədəki itkilər yox, ölkə daxilində siyasi-ictimai sabitliyin pozulmasıdır. Və bu baxımdan, Rusiyanın hakim siyasi dairələrinin əsas diqqəti məhz ölkədə sabitlik faktorunun dəyişməz qalmasına yönəltmiş kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının əhatə etdiyi neqativ miqyas ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloqun səsləndirdiyi fikirlərdə açıq ifadə olunub. O, bildirib ki, Rusiya və Ukrayna ümumilikdə iki milyondan çox insan itirib. Bu rəqəmlərin Vyetnam və keçmiş SSRİ-nin Əfqanıstan müharibəsində verdiyi itkilərlə müqayisəsi isə əslində, Qərb siyasi-ictimai auditoriyası üçün açıq mesajdır. Yəni, Ağ Ev dolayısı ilə anlatmağa çalışır ki, Ukrayna müharibəsi artıq nə məhdud regional qarşıdurma, nə də “idarəolunan” münaqişə deyil.

ABŞ siyasi dairələrinin bu önəmli narrativi Ağ Evdə və Avropanın bəzi paytaxtlarında müharibə yorğunluğunun təqdimatını daha da gücləndirir. Son vaxtlar daha çox vurğulanan əsas fikir ondan ibarətdir ki, Ukrayna savaşının uzanması Qərbin maliyyə-iqtisadi, hətta hərbi resurslarını tükəndirir, ancaq buna baxmayaraq, həlledici nəticə də vermir. Və bu səbəbdən də, Ukraynaya açıq hərbi dəstəkdən, mərhələli şəkildə münaqişənin dayandırılmasına yönəlik siyasi xəttə keçid çağırışları artmağa başlayıb.

19f9e06691d582ab66def5b1c4502df9.jpg (333 KB)

Halbuki, indiki situasiyada “məqbul razılaşma” anlayışı münaqişə tərəfləri üçün tamamilə fərqli mənalar daşıyır. Belə ki, rəsmi Kiyev üçün müvəqqəti də olsa, atəşkəsin əldə edilməsi Ukraynba dövlətçiliyinin qorunmasında önəmli vasitə rolunu oynaya bilər. Kreml isə hələlik yalnız Rusiyanın strateji qazanclarını möhkəmləndirə və regional güc balansını dəyişə biləcək “sülh razılaşması”na üstünlük verir.

Bütün bunlar onu göstərir ki, münaqişəyə onun iştirakçılarının geostrateji yanaşmasındakı bu fərqli məntiq yaxın perspektivdə qarşılıqlı kompromis ehtimalını açıq-aşkar çətinləşdirir. Belə ki, Kreml üçün Ukrayna müharibəsi həm də ABŞ-ın liderlik etdiyi beynəlxalq sistemlə daha geniş qarşıdurmanın yalnız tərkib hissəsidir. Bu, sadəcə, Ukrayna ərazilərinin işğalından qaynaqlanan mübahisə deyil. Yəni, hazırda baş verənlər əslində, geostrateji təsir zonaları, qlobal təhlükəsizlik zəmanətləri və “soyuq müharibə”dən sonrakı güc nizamına nəzarət uğrunda mübarizədir.

Ona görə də, bu çərçivədə müvəqqəti atəşkəslər və ya etimad quruculuğu addımları yalnız güc balansında real dəyişiklik baş verdikdə əhəmiyyət kəsb edə bilər. Artan itkilərə baxmayaraq, Kreml hələ də zamanın, resursların və strateji imkanların Rusiyanın xeyrinə olduğuna inanır. Bu hesablamalar dəyişmədiyi müddətcə, Rusiyanın atəşkəs çağırışlarına cavabı dəyişməz qalır. Ona görə də, Kreml hesab edir ki, razılaşmasız atəşkəs yoxdur, geopolitik güzəştlərsiz isə sülh sazişi mümkün deyil və geopolitik balans dəyişməyincə müharibə davam edəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Əvvəlki Yazı

Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? – Vəkil

Növbəti Yazı

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.