Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Dekabr 31, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

2025-ci il Vəhdət Partiyası üçün məsuliyyətli və yadda qalan bir il olub. Bu dövrdə Vəhdət Partiyası fəaliyyətini ölkənin milli maraqları, ictimai həmrəylik və konstruktiv siyasi dialoq prinsipləri üzərində qurub. Siyasi dialoqun tərəfdarı kimi çıxış edən Vəhdət Partiyası cəmiyyətdə sağlam siyasi mühitin formalaşması itiqamətində fəaliyyətini davam etdirib.

Vəhdət Partiyasının mətbuat xidmətindən bildiriblər ki, ilin ən mühüm hadisələrindən biri –növbədənkənar VI Qurultayın keçirilməsi olub. Qurultayda Adəm İsmayıl Bakuvi partiyanın yeni sədri seçilib və partiyanın yenilənmiş strateji hədəfləri ictimaiyyətə təqdim olunub. Qurultay həm təşkilati islahatlar, həm də partiyanın fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsi baxımından önəmli olub.

*Yeni proqram, yeni siyasi baxış*

2025-ci ilin ikinci yarısında artıq Vəhdət Partiyası yeni siyasi proqramla ictimaiyyət qarşısında çıxış etməyə başlayıb. Bu proqram bəşəri və universal dəyərlərin müdafiəsini, dövlətçilik ənənələrinin möhkəmləndirilməsini və milli maraqlara xidmət edən siyasi yanaşmanı özündə ehtiva edir. Partiya siyasi cameədə fəaliyyət göstərən digər qüvvələrə düşmənçilik mövqeyindən deyil, sağlam rəqabət və qarşılıqlı hörmət prinsipləri əsasında, sadəcə siyasi rəqib kimi yanaşır.

Vəhdət Partiyasının mövqeyinə görə, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların ortaq ideoloji xətti Azərbaycan dövlətçiliyinin qorunması, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin davamlı inkişafına xidmət etməlidir. Bu baxımdan partiyanın fəaliyyətində maarifçi yanaşma, elmi əsaslara söykənən siyasi düşüncə və rasional qərarvermə prinsipləri üstünlük təşkil edib.

Bundan əlavə, Vəhdət Partiyası ölkədəki digər partiyalarla davamlı dialoqun tərəfdarı kimi çıxış edib və bu xətti davam etdirib. Partiya ümumilli mövzularla əlaqədar bəyanatlara da imzasını atıb.

Üzvlərin sayı artıb

İl ərzində Azərbaycan cəmiyyətində partiyaya qarşı ictimai etimarın yüksəlməsini göstərən əsas gösərici – üzvlərin sayının artması ilə bağlıdır. Belə ki, hesabat dövründə partiya üzvlərinin sayında təxminən 40 faiz artım baş verib.

Son aylarda yerli və regional konfranslar keçiriib, nəticədə Şirvan, Hacıqabul, İmişli rayonlarında, Bakının Nəsimi, Xətai, Nizami rayonlarında Vəhdət Partiyasının yerli təşkilatlarının fəaliyyəti bərpa olunub. Regionlarda partiya strukturlarında tam yenilənmə aparılıb, fəaliyyət müasir idarəetmə tələblərinə uyğunlaşdırılıb. Bundan əlavə, partiyanın nümayəndələri qəsəbə və kəndlərdə Vəhdətin özəklərinin yaradılması istiqamətində aktiv fəaliyyət göstərirlər.

Vəhdət Partiyası bu müddət ərzində vətəndaşlarla sıx əlaqə yaradaraq onların müraciət və təkliflərinə operativ yanaşır. Partiya sosial problemlərin həllində fəal dəstək göstərilməsini prioritet istiqamət kimi müəyyənləşdirir.

Eyni zamanda, partiya strukturlarında yenilənmə aparılıb, partiyanın sosial və intellektual bazasının genişləndirilməsinə xidmət edən qurumlar yaranıb – Qadınlar və Gənclər təşkilatları; Qazilərlə iş şöbəsi; Alimlər Klubu; Gənc İdmançılar Klubu, Siyasi Dialoq Klubu.

Bu müddət ərzində Vəhdət Partiyasının media ilə əlaqələri daha da gücləndirilib və partiyanın fəaliyyəti ictimaiyyətə açıq şəkildə təqdim olunub. Mətbuatda Azərbaycanın taleyüklü məsələləri, ümummilli mövzularda operativ münasibət bildirilib.

Qadınlar və gənclərə xüsusi diqqət

Partiyanın mətbuata açıqlamasında qeyd olunur ki, Vəhdət Partiyasının siyasətində gənclər və qadın siyasəti xüsusi prioritet yer tutur. Partiyanın nəzdində fəaliyyət göstərən Gənc İdmançılar Klubunun üzvləri beynəlxalq yarışlarda uğurlar əldə edərək həm Azərbaycanı, həm də partiyanı təmsil ediblər. Yeri gəlmişkən, Təkcə 2025-ci ildə partiyanın xətti ilə 3 idman tədbiri keçirilib və yekun nəticələrə uyğun olaraq idmançılar mükafatlandırılıblar.

Qadınların rəhbərlik etdiyi rayon təşkilatlarının sayı 7-yə çatdırılıb ki, bu da gender balansının və inklüziv idarəetmənin təşviqi baxımından əhəmiyyətlidir.

İl boyu bütün ölkə boyu tədbirlər

2025-ci il ərzində Vəhdət Partiyası həm ölkənin mühüm tarixi günlərinə, həm də cəmiyyət üçün aktual olan ictimai-siyasi məsələlərə həsr edilmiş tədbirlər təşkil edib. Bunlar sırasında Azərbaycan Əlifbası və Dili Günü münasibətilə dilçi alim və ekspertlərlə ictimai müzakirə; Konstitusiya və Suverenlik İlinə həsr edilmiş maarifləndirici tədbirlər və simpoziumlar; Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə şəhid ailə üzvləri, qazilər, gənclər və Qərbi Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə geniş tərkibli tədbiri misal çəkmək olar.

İl ərzində Vəhdət Partiyasının təşkilatçılığı ilə Zəfər Günü çərçivəsində veteran və şəhid ailələri ilə görüşlər keçirilib, onlara sovqatların təqdim olunub. Zəfər Günü ərəfəsində bütün ölkəni əhatə edən qanvermə aksiyası təşkil edilib.

İl ərzində Vəhdət Partiyası həm ölkədaxili siyasi dialoqun inkişafına, həm də beynəlxalq əlaqələrin qurulmasına diqqət yetirib. Aparıcı QHT-lərlə görüşlər və xarici ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq tədbirləri təşkil olunub. Vəhdət Partiyasının nümayəndələri Qarabağa – Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər, Xocalı şəhidliyini ilk dəfə ziyarət ediblər.

İnnovativ yeniliklər

İnnovasiya sahəsində partiyada maraqlı bir yenilik olub: partiya sədrinin birinci müavini funksiyası süni intellekt əsaslı qadın model tərəfindən icra edilib. Bu təşəbbüs partiyanın modern idarəetməyə açıq olduğunu göstərir. Hazırda yeni media resurslarının istifadəyə verilməsi üzrə hazırlıq davam edir.

Yeni il ərəfəsində partiya rəhbərliyi bütün Azərbaycan xalqını həmrəyliyə, milli birliyə və dövlətçiliyimizin möhkəmləndirilməsinə çağırır. Vəhdət Partiyası gələcəkdə də sosial həmrəylik, milli maraqlar və konstruktiv dialoq xəttini davam etdirəcək. Partiya daim Azərbaycan xalqının və dövlətinin, millətinin yanında olacaq .

Əvvəlki Yazı

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Növbəti Yazı

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

EKSKLUZİV

Nazir Qazaxlıları təbrik etdi

Nazir qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:55
0
Nazir Qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:41
1
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

16 Yanvar 2026 / 17:32
4
Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

16 Yanvar 2026 / 16:24
6

XƏBƏR LENTİ

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.