Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

Yanvar 6, 2026
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A-B massivində yerləşən “Sahil-S İnşaat” MTK-nın sakinləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət ünvanlayıb. Müraciətdə 165 ailə FHN rəhbərindən nazirliyin sözügedən binanı istismara götürməsini, mənzillərə Çıxarış verilməsi üçün müvafiq addımın atılmasında köməklik göstərilməsini xahiş edir. Sakinlər binanın artıq heç bir problemi qalmadığını, kommunal infrastrukturun təmin olunduğunu da qeyd edib.

Müraciətdə deyilir: “Cənab nazir, ilk növbədə qeyd etməliyik ki, “Sahil- S İnşaat” MTK-dan mənzil alan 165 ailə illərdir üzləşdiyi problemlərin həlli və hüquqlarının bərpası uğrunda hüquqi mübarizə aparır. Şirkət rəhbərliyinin qanunsuz və dələduz hərəkətləri ucbatından indiyə qədər 165 ailənin mülkiyyət hüquqları pozulub. Belə ki, MTK rəhbəri Taley Alaverdiyev və şəriki Pənah Kərimovun bir mənzili bir neçə vətəndaşa satmasının ifşa olunması, onların istintaqa cəlb edilməsi həm də binada xeyli problemlərin yarımçıq qalmasına səbəb olmuşdu.

MTK rəhbərliyində olan şəxslərin həbsindən sonra biz sakinlər banklardan kredit və borc götürərək bu binanın yarımçıq qalan işlərinin başa çatdırılması istiqamətində xeyli iş görmüşük. Yəni tikintinin tamamlanması, liftlərin quraşdırılması və digər infrastrukturun reallaşdırılması kredit götürdüyümüz vəsaitlər hesabına mümkün olub. Lakin binada tikintinin yekunlaşdırılması ilə sakinlərin problemləri tam həllini tapmayıb. Təbii ki, mənzillərin su, işıq və qazla təmin olunması ən vacib həllini gözləyən məsələlərdən idi. Ona görə də kommunal infrastrukturun bu gün fasiləsiz təmin olunmasında Birinci Vitse-Prezident Mehriban Əliyeva, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi, hörmətli deputat Zahid Oruc bizə böyük köməklik göstərib. Artıq binada qaz, su və işıq, var. Ancaq binanın istismara götürülməsi, müvafiq rəyin verilməsi, bunun müqabilində mənzillərə Çıxarış əldə olunması üçün Sizin dəstəyinizə ehtiyacımız var. Hazırda ən böyük problemimiz də məhz mənzillərin Çıxarışının olmamasıdır. Bu səbəbdən ciddi hüquqi əngəllərlə üzləşmişik. Çünki götürdüyümüz kreditləri qaytarmaq üçün mənzilləri satmaq istəyirik. Ancaq mənzillərin Çıxarışı olmadığına görə notariuslar alqı-satqını həyata keçirmir. Bu da borclarımızı qaytarmaq üçün mənzillərimizi satmaqda ciddi hüquqi maneə yaradıb.

Ümumiyyətlə isə təkcə mənzillərin satışı deyil, hər bir sakin mülkünün Çıxarışlı olmasını arzulayır. Bu həm də müxtəlif idarələrdə zəruri sənədləşmə, mənzillərin qeydiyyatına düşmək, övladlarımızın yaxınlıqdakı təhsil ocaqlarına yazdırılması və digər çətinliklərin aşırılmasında mühüm məsələdir”.

Sakinlər K. Heydərova müraciətdə nazirdən onları sevindirəcək reaksiya gözlədiklərini vurğulayıblar: “Cənab nazir, biz inanırıq ki, başda Mehriban xanımın dəstəyi olmaqla, digər strukturların da nəzarəti, köməyi sayəsində həmin problemlər necə həllini tapıbsa, Siz də yeni ilin ilk günlərində bizi sevindirəcək bir tapşırıq verəcəksiniz. İnanırıq ki, illərdir başı bəlalar çəkən bu sakinlərin bir-bir həll olunan məsələlərinə bir nazir olaraq Sizin də töhfəniz, qatqınız olacaq. Artıq binanı istismara götürmək, lazımı tədbirlər görmək üçün hər hansı problem qalmayıb. Bizi aldadan şəxslərə hökm oxunmasını gözləyirik ki, o dələduzların MTK rəhbərliyindən də uzaqlaşdıraq və kollektiv idarəçilik yaradaq. Ancaq məhkəmənin qərarına qədər ümid edirik ki, binanı istismara götürmək, mənzillərə Çıxarışa görə lazımi rəyi vermək nazirlik üçün çətin olmayacaq. Biz bütün sənədləri təqdim etməyə hazırıq və hər şey qaydasındadır.

Cənab nazir, inanırıq ki, Şəhərsalma və Memarlıq ilində müracətimizə cavab olaraq hamımızı sevindirən reaksiyanız olacaq

Tel: 0772715566”.

Əvvəlki Yazı

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Növbəti Yazı

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

EKSKLUZİV

Nazir Qazaxlıları təbrik etdi

Nazir qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:55
1
Nazir Qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:41
1
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

16 Yanvar 2026 / 17:32
4
Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

16 Yanvar 2026 / 16:24
6

XƏBƏR LENTİ

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.