Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

Fevral 2, 2026
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisində “Sahil – S İnşaat” şirkətindən mənzil alan sakinlər Prezident İlham Əliyevə müraciət edib. Bütün problemlərini dişi-dırnağı ilə həll edə-edə indi də “Azərsu” ASC-nin əlində əsir-yesir qalan sakinlər Prezidentdən köməklik istəyir.
Ancaq onların üzləşdiyi problem olduqca qəribədir və həlli sakinlərlə bərabər Dövlət Su Ehtiyatları Agentliyinin, eləcə də onun tabeliyində olan “Azərsu” ASC-nin də marağında olmalıdır. Çünki bu problemin həlli ilə həm qurumun, həm də dövlətin büdcəsinə vəsait daxil olur.
Belə ki, sakinlərin Prezidentə və I Vitse-Prezidentə, həmçinin ADSEA rəhbəri Zaur Mikayılova etdiyi müraciətdən sonra bina içməli su ilə təmin olunub.
Hazırda binanın su təchizatı olsa da, sayğaclar quraşdırılsa da, sakinlərin aylıq borcu hesablanmır. Ölkənin hər yerində “Azərsu” əməkdaşları hər bir evin nə qədər su məsrəf etdiyini hər ay sayğaca baxaraq hesablayıb vətəndaşa qəbzini təqdim edir. Vətəndaş da ödəniş edərək istifadə etdiyi suyun pulunu ödəyir. Üstəlik, borc ödənməyəndə mənzilin suyu kəsilir.
“Sahil – S İnşaat” MTK sakinləri isə Prezidentə müraciətdə deyirlər ki, aylardır sudan istifadə olunur, amma “Azərsu” əməkdaşları gəlib sayğaclara baxıb borcu yazmırlar. Onların sözlərinə görə, Suraxanı rayonu su idarəsi onların yaşadığı binanın düz 50 metrliyində yerləşir, amma bir addımlıqdakı binaya yaxınlaşıb borcu hesablamırlar: “Cənab Prezident, sizə müraciət etməkdə məqsədimiz budur ki, Zaur Mikayılova və Suraxanı su idarəsinə etdiyimiz müraciətlər nəticəsiz qalıb. Necə olur ki, vətəndaşın hər ay su pulu borcu hesablanır, ödəməyəndə, gecikdirəndə az qala gözünü çıxarırlar, amma biz sakinlərin borcu üst-üstə yığılır, gəlib soruşan yoxdur?
Bu da bizim üçün gələcəkdə ciddi problemə səbəb olacaq. Çünki borc vaxtında ödənməyəndə üst-üstə pul yığılır, hamı üçün onu sonradan ödəmək ağır olur.
Bizim problemimiz əslində tragikkomikdir. Çünki adətən vətəndaş suyu kəsildiyinə, yaxud borc çox yazıldığına görə şikayət edir.
Biz isə xahiş edirik ki, istifadə etdiyimiz suyun borcu hesablansın və ödəniş edək. Nədənsə, Zaur Mikayılov və tabeliyində olan qurum rəhbərləri bizə laqeyd yanaşırlar. Bunun səbəbi bizə aydın deyil. Sanki bizdən acıq çıxırlar, yaxud qisas alırlar. Ancaq elədikləri qanunsuzluqdur”.
Sakinlər Prezidentə müraciətdə xahiş ediblər ki, məsələ nəzarətə götürülsün: “Bizim istəyimiz sadə bir problemin həllidir. Hamı kimi su sayğaclarına baxış keçirib borcun hesablanmasını və ödəniş etməyimizi istəyirik. Əks halda, aylarla istifadə edilən suyun borcu böyük məbləğ olacaq, biz onu birdəfəyə ödəyə bilməyəcəyik. İkincisi, Zaur Mikayılov və Suraxanı su idarəsinin marağı nədədir ki, bütün ölkə boyu abonentlərdən su pulu yığılır, bizdən yox? Bizim digər abonentlərdən qeyri-adi fərqimiz nədədir? Bəlkə “Azərsu” ölkənin su ehtiyatlarından bizə pay ayırıb xəbərimiz yoxdur? Bəlkə büdcəyə xeyir vermək istəmirlər? Bu suallar bizim üçün də qaranlıqdır. Yəni bu məsələdə anlaşılmayan bir qərəz hiss olunur. Çox xahiş edirik ki, dövlət başçısına etdiyimiz bu müraciətə baxılsın”.

Əvvəlki Yazı

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

Növbəti Yazı

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

EKSKLUZİV

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

17 Fevral 2026 / 11:53
5
“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

17 Fevral 2026 / 11:35
1
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 2026 / 7:23
16
İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

16 Fevral 2026 / 22:41
2

XƏBƏR LENTİ

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

İŞSİZ VƏ AZTƏMİNATLI ƏHALİNİN HESABINA KOMFORT… – Və ya sosial qurumlar ixtisara düşənlərlə niyə maraqlanmır?

BU ƏRAZİLƏRDƏKİ BİNALAR DA SÖKÜLƏCƏK – 2700 manat kompensasiya təklif edilir

Ən çox maaş alan futbolçular – Siyahı

Rəsmi İrəvan ermənilərin qarşısında net seçim qoydu: ya sülh, ya…

Yer yeni fəlakətlərin astanasında — HƏYƏCAN TƏBİLİ

Azərbaycanın avtomobil bazarında kəskin dönüş

Böyük qarşıdurmanın anonsu verildi

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.