Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

İŞSİZ VƏ AZTƏMİNATLI ƏHALİNİN HESABINA KOMFORT… – Və ya sosial qurumlar ixtisara düşənlərlə niyə maraqlanmır?

Fevral 16, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Azərbaycanda icra strukturularında və büdcədən maliyyələşən digər dövlət qurumlarında ixtisarlarlar aparılır. “AzPolitika” bildirir ki, Maliyyə Nazirliyinin apardığı təftişdən sonra çox sayda “ölü ştatlar” müəyyən edilib, habelə lazımsız hesab olunan maaşlı qurumların siyahısı müəyyənləşdrilib.

Bu sırda rayon icra hakimiyyətləri, ona tabe olan yerli icra nümayəndəlikləri, həmçinin bir sıra agentlik, komitə və nazirliklərin strukturunda yer tutan ştatlara vakansiya elanları dayandırılıb. Yəni bir neçə aydır ki, boşalan vəzifələrə yenidən vakansiya elan edilmir, onlar dövlət qurumlarının ştat cədvəlindən çıxarılır.

Xatırladaq ki, ötən il 2020-2021-ci illərdə pademiyanın yaratdığı zərurətdən dolayı əhalinin məşğulluğu üçün yaradılan iş yerlərinin ləğvi mərhələli şəkildə başa çatdırılıb. Belə ki, kommunal sektorda minimum əməkhaqqı ilə işə götürülən minlərlə vətəndaş ixtisara salınıb. Onlara bildirilib ki, maliyyələşmədə bu ştatlar üçün maliyyə vəsaiti nəzərdə tutulmadığına görə işdən çıxarılırlar. Məlumatlı mənbə saytımıza bildirib ki, bu səbəbsən son 3 il ərzində də minlərlə insanın ixtisara düşdüyü qeyd olunur.

 

 

Davamlı ixtisarlar Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan hesabatında da əksini tapır. Məlumatda bildirilir ki, ötən il dövlət sektorunda çalışan işçilərin sayı 17500 nəfər azalıb. Qeyd olunur ki, 2025-ci ildə dövlət sektorunda muzdla işləyənlərin sayı 865,8 min nəfər olub. Bu, 2024-cü illə müqayisədə 2 faiz azalma deməkdir. Özəl sektorda isə çalışanların sayı 5,2 faiz artaraq 942,2 min nəfərə çatıb. Ümumilikdə, ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,8 milyon nəfər olub.

DSK-nın statistikasına əsasən, ötən il yeni iş yerlərinin sayı 29,5 min nəfər artıb. Lakin əvvəlki illərlə müqayisədə yeni açılan iş yerlərinin sayında azalma tendensiyası müşahidə olunur. Belə ki, 2024-cü ildə yeni açılan iş yerlərinin sayı 37,5 min təşkil edib.

2024-cü illə müqayisədə təhsil, kənd təsərrüfatı və dövlət idarəetməsi sahələrində çalışanların sayında azalma qeydə alınıb.

Maraqlıdır, dövlət sektorunda işini itirənlərın neçə faizi özəl sektorda işlə təmin olunub?

Bu barədə DSK-nın statistika hazırladığı məlum deyil. Daha bir sual işini nitirənlərlə bağlı aidiyatı dövlət qurumlarının hansı tədbirlər görməsidir. Məsələn, işini itirənlərin işsiz kimi qeydə alınması, əmək yarmarkalarına dəvət etdilməsi, maddi durumu ağır olan ailələrə ünvanlı sosial yardımların verilməsi, özünəməşğulluq proqramına cəlb olunması baş veribmı?

Bu haqda hər hansı rəsmi informasiya yoxdur. Amma tərcrübə belədir ki, dövlətin qeyd olunan dəstək alətlərini vətəndaş əldə etmək üçün bəzən aylarla sürünür, məmurlarla gərgin mübarizə aparır, təəssüf ki, bir çoxunun səyləri nəticəsiz qalır. İndiyə qədər elə hal olmayıb ki, sosial qurumlar hansısa dövlət qurumlarında ixtisarlarla maraqlansın, işini itirən vətəndaşlara dəstək olsun. Mütləq vətəndaş özü arayıb-axtarıb tapmalıdır, öz hüququnu təmin etmək üçün böyük enerji sərf etməlidir.

Halbuki, normalda işini itirənlər haqda məlumatlar vahid informasiya portalında dərhal qeyd olunmalı, daha sonra aidiyyatı qurumlar üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Bünün heç biri baş vermr, vətəndaş ancaq özünə güvənməli olur. Məmurlar üzərinə düçən vəzifəni yerinə yetirmir, ixtisara düşən, işini itirənlərlə maraqlanmır. Baxmayaraq ki, ildə büdcədən yüz milyonlarla manat vəsait ayrılır, işıqlı, isti kabinetlərdə rahat kreslolarda əyləşib sağa-sola fırlanan “gənc kadrlar” görmədikləri işə görə 3-5 min manat məvacib alır, dövlətin imtiyazlarından gen-bol yararlanırlar. Necə dəyərlər, aztəminatlı, işsiz, ümidsiz insanların üzərində bahalı, komfort həyatın dadını çıxarırlar…

E.Rüstəmli

“AzPolitika.info”

Əvvəlki Yazı

BU ƏRAZİLƏRDƏKİ BİNALAR DA SÖKÜLƏCƏK – 2700 manat kompensasiya təklif edilir

Növbəti Yazı

İran ABŞ ilə barışır?

EKSKLUZİV

Azərbaycanda mənzillərin qiyməti kəskin artıb: Rəsmi statistika açıqlandı

21 Aprel 2026 / 14:15
0

İdxal balıqların qiymət sirri: 2 manatdan 35 manata necə çatır?

21 Aprel 2026 / 14:15
0

İran-Rusiya Qaz Kəməri Layihəsi: Azərbaycan Yenidən Gündəmdə

21 Aprel 2026 / 14:15
0

Ostrava küçələrində bahar təmizliyi: 587 ton çınqıl və toz yığıldı

21 Aprel 2026 / 14:01
0

XƏBƏR LENTİ

Azərbaycanda mənzillərin qiyməti kəskin artıb: Rəsmi statistika açıqlandı

İdxal balıqların qiymət sirri: 2 manatdan 35 manata necə çatır?

İran-Rusiya Qaz Kəməri Layihəsi: Azərbaycan Yenidən Gündəmdə

Ostrava küçələrində bahar təmizliyi: 587 ton çınqıl və toz yığıldı

Çin Lojistikdə İnqilab Edir: Nəhəng Drone İlə Çay Çatdırılması Həyata Keçirildi

Anne Hathaway dünyanın ən gözəl qadını seçildi: Estetik iddialarına nöqtə qoydu

Hörmüz Boğazında Gərginlik Artır: ABŞ Donanması 27 Gəmini Geri Çevirdi

PSJ-nin Çempionlar Liqası Ümidlərinə Zərbə: Yarımfinal Öncesi Ağır İtki

Bonuççidən sensasiyalı təklif: Qvardiola İtaliya millisinin baş məşqçisi olsun!

Azərbaycanda dilənçiliyə qarşı sərt mübarizə: Cərimələr və inzibati həbslər tətbiq olunacaq

Tehran və Vaşinqton arasında gizli razılaşma: Detallar üzə çıxdı

Emmanuel Makron Ermənistana Səfər Edir: Regionda Nələr Dəyişəcək?

Rusiya Luqanskı Yenidən “Azad Etdi”: Gerasimovun Dördüncü “Qələbə Raportu”

İcra Məmurları Qanunvericiliyini Pozanlara Cərimə: Yeni Tənzimləmələr Qüvvəyə Minir

Evlərdə Ən Çox Elektrik Sərf edən Cihaz Heç Ağlınıza Gəlməyən İmiş!

Türkiyə Nigeriyada Nəhəng Hərbi Təlim Mərkəzi Qurur: Strateji Əməkdaşlıq Dərinləşir

Avropa İttifaqında Bəzi Peşə Qruplarına WhatsApp Qadağası: Yerli Tətbiqlər Məcburiyyəti

Ursula fon der Leyen: Avropa Rusiya, Türkiyə və Çin təsirindən qorunmalıdır

Peru Amazonunda Təəccüblü Kəşf: 27 Yeni Canlı Növü Tapıldı

Alvaro Arbeloa Arda Gülerin istedadına heyran qaldı: “O, fərqli futbolçudur!”

Moskvada 40 İsrail Vətəndaşı Saxlanıldı: Səbəblər Sirr Olaraq Qalır

Azərbaycan Neftinin Qiyməti Dünya Bazarlarında Yenidən Yüksəlişdə

Mövsümdənkənar meyvə qiymətləri bazarları silkələyir: Alça 148, gilas 238 manat – Yayda ucuzlaşma olacaqmı?

İran Pakistana nümayəndə heyəti göndərməsi xəbərlərini təkzib etdi: Münasibətlərdə gərginlik fonunda yeni inkişaf

Bakı Metrosunda Kütləvi Məhdudiyyət: Bütün Stansiyalara Giriş Bağlandı

Netanyahunun taleyi sual altında: Yeni Baş nazirdən sərt həbs xəbərdarlığı

Sabahın hava proqnozu AÇIQLANDI: Bakı və rayonlarda gözlənilən hava şəraiti

Avtomobil Bazarında Gözlənilməz Ucuzlaşma: Ekspert Əsas Səbəbləri Açıqladı

Kaliforniya Enerji İnqilabının Mərkəzinə Çevrilir: Nəhəng Litium Ehtiyatları Kəşf Edildi

Uskumru Balığının Nəsli Kəsilmə Təhlükəsi: Şimal-Şərqi Atlantikdə Həddindən Artıq Ovlanma Həyəcan Təbili Çalır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.