Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Səhiyyə Nazirliyi məlumat yaydı: İnanmayın!

Avqust 3, 2026
A A

REDAKTORUN SEÇİMİ

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16

Sosial şəbəkələrdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, həmin məlumatlarda guya AEM-in hansısa “Sandoz Pharma Departamenti” ilə birgə fəaliyyət göstərdiyi, “barkodçu” vəzifəsinə işçi qəbulu apardığı və namizədlərin məlumatlarının AEM-in daxili reyestrində qeydiyyata alındığı iddia olunur.

“Tam məsuliyyətlə bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və saxtadır.

Yayılan saxta sənədin sonunda guya “Analitik Ekspertiza Mərkəzi Sandoz Pharma Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov” adlı şəxsin imzası göstərilib. Bildiririk ki, AEM-də Etibar Abdalov adlı şəxs çalışmır. Bundan əlavə, sənəd avqustun 2-də yayılsa da, onun üzərində “03.08.2026” tarixi qeyd olunub. Bu ziddiyyət sənədin saxta olduğunu açıq şəkildə göstərir.

Bundan başqa, işə qəbul adı altında vətəndaşlarla əlaqə saxlayan şəxs özünü “Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Sandoz Pharma şirkətinin İnsan resursları üzrə baş koordinatoru Fariz Heydərov” kimi təqdim edir və vətəndaşdan guya “müqavilə rekvizitlərinin rüsumu” adı ilə müəyyən bank hesabına pul köçürməsini tələb edir.

Bir daha bildiririk ki:

Analitik Ekspertiza Mərkəzinin tabeliyində nəinki “Sandoz Pharma”, ümumiyyətlə heç bir özəl şirkət fəaliyyət göstərmir;

AEM belə ad altında işə qəbul aparmır;

AEM tərəfindən işə qəbul zamanı heç bir ödəniş tələb edilmir;

Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur.

Həmçinin sosial şəbəkələrdə yayılan “barkodçu” vəzifəsi ilə bağlı məlumatlar da həqiqəti əks etdirmir.

Məlumat üçün bildiririk ki, Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinə xətti barkod (GTIN/EAN) vermir.

GTIN (Global Trade Item Number) məhsulun beynəlxalq identifikasiya nömrəsidir və istehsalçı və ya qeydiyyat vəsiqəsinin sahibi tərəfindən GS1 beynəlxalq standartları əsasında əldə edilir. Başqa sözlə, GTIN və xətti barkod AEM tərəfindən deyil, məhsulu istehsal edən və ya qeydiyyatdan keçirən şirkət tərəfindən rəsmiləşdirilir.

GS1 məhsulların beynəlxalq identifikasiyası üçün standartlar hazırlayan qeyri-kommersiya təşkilatıdır. Bu standartlar məhsulların bütün təchizat zənciri boyunca izlənilməsinə və məlumat mübadiləsinin vahid qaydada aparılmasına xidmət edir.

Analitik Ekspertiza Mərkəzinin tətbiq etdiyi Dərman vasitələrinin təqib və izləmə sistemi çərçivəsində isə dərman vasitələrinin hər bir satış qablaşdırması üçün DataMatrix identifikasiya kodu formalaşdırılır. Bu kodun tərkibində GTIN, unikal seriya nömrəsi, partiya (lot) nömrəsi və son istifadə tarixi yer alır. Məhz bu məlumatlar dərman vasitələrinin istehsaldan son istehlakçıya qədər hərəkətinin izlənilməsinə, saxta dərman vasitələrinin dövriyyəsinin qarşısının alınmasına və təchizat zəncirində şəffaflığın təmin edilməsinə imkan verir.

Beləliklə, dərman vasitələrinə GTIN (xətti barkod) AEM tərəfindən deyil, beynəlxalq GS1 standartlarına uyğun olaraq istehsalçı və ya qeydiyyat vəsiqəsinin sahibi tərəfindən verilir. AEM-in səlahiyyətlərinə dərman vasitələri üçün xətti barkodun verilməsi aid deyil.

AEM vətəndaşlara bir daha müraciət edərək bildirir ki, işə qəbul, ödəniş və ya digər rəsmi prosedurlarla bağlı yalnız Mərkəzin rəsmi məlumatlarına etibar etsinlər, naməlum şəxslərin göndərdiyi sənədlərə və ödəniş tələblərinə inanmasınlar, heç bir halda şəxsi məlumatlarını və pul vəsaitlərini üçüncü şəxslərə təqdim etməsinlər.

Faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən müvafiq dövlət strukturlarına müraciət ediləcək və qanunvericiliyə uyğun olaraq zəruri hüquqi tədbirlər görüləcək”, – məlumatda bildirilib.

Qeyd edilib ki, “Analitik Ekspertiza Mərkəzi vətəndaşlara xatırladır ki, rəsmi işə qəbul elanları yalnız Mərkəzin rəsmi internet səhifəsi və rəsmi sosial media hesabları vasitəsilə yayımlanır.”

Əvvəlki Yazı

Kartdan karta köçürməyə limit qoyuldu – Rəsmi reaksiya

Növbəti Yazı

Sabahın hava proqnozu açıqlanıb

EKSKLUZİV

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 2026 / 14:56
4
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” – JURNALİST

“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” – JURNALİST

09 Sentyabr 2026 / 14:17
3
Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

09 Sentyabr 2026 / 14:05
1
Ermənilər Bakıya gəlir

Ermənilər Bakıya gəlir

09 Sentyabr 2026 / 11:49
2

XƏBƏR LENTİ

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” – JURNALİST

Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

Ermənilər Bakıya gəlir

Azərbaycanda ötən ay inflyasiya dəyişməyib

Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Azərbaycan neftinin qiyməti 108 dolları ötüb

Yol polisi hərəkət iştirakçılarına müraciət edib

Azərbaycanda hər 3 şagirddən 2-si oxuduğunu anlamır – ŞOK HESABAT

Sabahın hava proqnozu

“Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq

Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib

Ötən ay Bakı metrosunda eskalatorlar 200 dəfəyə yaxın dayanıb

Son 5 ildə 93 mindən çox uşaq bir valideyni ilə yaşayır

Daha 28 məktəbdə təmayüllü siniflər olacaq – SİYAHI

BDU-da ən populyar ixtisas məlum oldu

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

Qüdrətimiz hələ çoxlarını narahat edəcək

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Müəllimlərin maaşı belə hesablanacaq

Azərbaycan Niderlanda yeni səfir təyin edib

Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ

Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ötən ay Bakı metrosundan istifadə edənlərin sayı 12%-dən çox azalıb

Formula 1-ə görə Bakıda onlayn dərsə keçən məktəblər açıqlandı

Dilqəm Əsgərov oğlundan imtina etdi – Onu məhkəməyə verdi

DYP sürücülərə xəbərdarlıq edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.