Ekskluziv

Teymur Hacıyev Anar Əliyevin nazirliyini hədəf aldı – “sevgi söhbəti” böyüyür...

75

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini vəzifəsindən azad edilmiş Teymur Hacıyev sosial media hesabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini ittiham edib. Cumhuriyyet.az-ın xəbərinə görə, keçmiş məmur Trend saytında gedən materiala işarə edərək, bunun bir kampaniya olduğunu bildirib.

Həmin materialda qeyd edilib ki, Teymur Hacıyevin işdən azad olunmasına səbəb xanım əməkdaşlardan biri ilə sevgi münasibətləri yaşaması olub. O isə öz növbəsində deyib ki, uzun illər işlədiyi qurumda media ilə əlaqələrin və informasiya yayımının hansı mexanizmlərlə həyata keçirildiyini yaxşı bilir. Yəni demək istəyib ki, onun işdən çıxarılmasının səbəbi haqda məlumat məhz nazirlik və DOST tərəfindən mətbuata sızdırılıb. Bir sözlə, Teymur Hacıyev açıq şəkildə ittiham edir ki, onun xanım əməkdaşla sevgi münasibətləri yaşaması və bu səbəbdən işdən çıxarılması iddiaları nazirlikdən mətbuata ötürülüb.

Qeyd edək ki, o, bundan əvvəl Agentliyin Müşahidə Şurasının sədri, eyni zamanda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə açıq məktubla müraciət etmişdi. Sosial şəbəkə hesabındakı paylaşımında Teymur Hacıyev əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərara (red-töhmətlə işdən çıxarılma) etiraz edərək işdən azad olunması üçün yetərli hüquqi əsas olmadığını bildirmişdi. İndi isə qalmaqal getdikcə böyüyür. Belə ki, Teymur Hacıyevin sosial media hesabında paylaşdığı statuslara müxtəlif şərhlərə gəlməkdədir. Xüsusən də sosial şəbəkə istifadəçiləri tərəfindən DOST agentliyi ilə bağlı ayrı-ayrı iddialar şərh yerində yazılır.

Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Oxşar xəbərlər

↑