Türkiyə heç vaxt, heç bir təhdidə boyun əyməyib. İnanıram ki, TUSAŞ əməkdaşları bundan sonra da daha qətiyyətlə çalışacaqlar.
Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.
O bildirib ki, hər zaman müdafiə sənayesinə dəstək verəcəyik, onların yanında olacağıq:
“TUSAŞ-ın hədəfə alınması təsadüfi deyil. İraqda 29, Suriyada isə 18 hədəf tam dəqiqliklə vurulub, çoxlu sayda terrorçu zərərsizləşdirilib. Son terrorçu bu coğrafiyadan məhv olana qədər müabrizəmizi davam etdirəcəyik”.
Qeyd edək ki, ötən gün Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-a terror hücumu edilib. Hücum zamanı 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.