Son dövrlər təhsil sahəsində həyata keçirilən islahatlar əksəriyyət tərəfindən yaxşı qarşılansa da ( differensial əmək haqqı artımı , Təhsil sahəsinin maddi bazasının genişləndirilməsi və s ) təəssüf ki , bu islahatlara kölgə salan məmurlardan da xali deyilik. Onlardan biri də Şirvan- Salyan Regional Təhsil İdarəsi Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri Nicat Cəfərovdur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, təyinata qədərki müddətdə rayonun N.Bəşirov adına Qaçaqkənd kənd tam orta məktəbinin direktoru işləyən Nicat Cəfərovun rəhbərliyi dövründə bu təhsil müəssisənin heç bir ciddi uğura imza atmayıb. Amma ,nədənsə, heç bir təhsil nailiyyətinə malik olmayan bu uğursuz məktəb direktoru kimlərinsə dəstəyi və himayəsi ilə Neftçala Təhsil Sektoruna müdir təyin olundu. Təyinatının ilk günlərindən kobud davranışı ilə seçilən Nicat Cəfərovun fəaliyyəti təhsil camiəsinin haqlı narazılığına səbəb olub. Cəzasızlıq mühitindən daha da yararlanaraq kobud davranışları daha da irəli gedən Nicat Cəfərov məktəblərdə öz yazılmamış qanunlarını diktə edir. Belə ki , o texniki işçilərin işə qəbulundan tutmuş , müəllimlərin dərs bölgüsünə qədər hər şeyə müdaxilə edir və istədiyi adama yaşıl işıq yandırır.Təbii ki , hansısa maraqlar müqabilində !
Bu gün Neftçala məktəbləri ayrı – ayrı özəl kursların sınaq , imtahan meydançasına çevrilmişdir. Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, zorla “Kenquru” və digər kursların imtahanlarının keçirilməsi üçün məktəb rəhbərlərinə təzyiq göstərən Nicat Cəfərov ” göstərdiyi xidmətlər müqabilində ” faiz şəklində həmin kurslardan mükafat alır. Nicat Cəfərovun qanunsuzluqları bununla bitmir. Sertifikasiya imtahanlarından uğur qazanmayan həssas cəhətdən qayğıya ehtiyacı olan müəllimlərin təhsil müəssisələrində işçilərin işlə təminatı məsələsində Nicat Cəfərovun qanunsuzluğu xüsusi araşdırmalar tələb edir. Adi bir hüquqi araşdırma işlə təmin olunanların hansı meyarla və hansı maraqla işə götürüldüyünü təsdiq edər. Məktəblərdə sinif komplektlərinin bağlanması Nicat Cəfərovun ən sevimli məşğuliyyətlərindən sayıla bilər. Guya büdcə vəsaitlərinə qənaət etmək görüntüsü yaratmağa çalışan Nicat Cəfərov əslində böyük narazı kütlə formalaşdıraraq vətəndaşı dövlətdən narazı salır. Hətta belə işlərindən ilhamlanaraq şikayətə gedən insanları təhqir edərək , kabinetindən qovur.
Qısa müdirlik fəaliyyəti dövründə özünə bahalı maşın və Neftçala şəhərinin mərkəzində ev almağı bacaran Nicat , görəsən , bu sərvəti aldığı az məvaciblə alıb O onun topladığı sərvətlərin mənbəyi xüsusi araşdırma tələb edir.