Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Cinayət işi ən ağır bəndlərlə aparılır

Oktyabr 31, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Bir müddətdir Baş Prokurorluq Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırma aparır.

Oktyabrın 1-də Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında demişdi ki, onda olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb, istintaq tamamlanmış həmin işlər baxılması üçün məhkəməyə göndərilib.

Hələlik hansı işlərin məhkəməyə göndərildiyi, o işlərin Cinayət Məcəlləsinin hansı maddələri ilə aparıldığı, kimlərin təqsirləndirilən şəxs qismində cəlb olunduğu ictimaiyyətə bəlli deyil. Baş prokuror oktyabrın 1-də jurnalistlərə demişdi ki, zərurət olarsa, bu barədə əlavə məlumat veriləcək.

AMEA-da yol verilən qanunsuzluqlarla bağlı ibtidai istintaqı hələ davam etdirilən cinayət işinə gəlincə, bu işin Cinayət Məcəlləsinin hansı maddələri ilə aparıldığı oktyabrın 29-da Baş Prokurorluğun yaydığı məlumatdan aydın olur. Söhbət 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci  (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrdən gedir. 29 oktyabr məlumatına əsasən, bu iş üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib, istintaq tədbirləri nəticəsində akademiyanın İşlər İdarəsinin sabiq müdiri, hazırda Rəyasət Heyəti Aparatının sosial xidmətlər şöbəsinə müdirlik edən Elton Məmmədovun həmin vəsaiti tam şəkildə dövlət büdcəsinə ödəməsi təmin olunub.

Beləliklə, AMEA-da yol verilən qanunsuzluqlarla bağlı ibtidai istintaqı davam etdirilən cinayət işinin iki maddə ilə aparıldığı və bu iş üzrə şübhəli şəxs qismində cəlb olunanlardan birinin adı (Elton Məmmədov) artıq rəsmən açıqlanıb.

Qeyri-rəsmi isə mediada başqa adlar da çəkilir, Baş Prokurorluqda ümumən AMEA ilə bağlı qaldırılan cinayət işləri çərçivəsində akademiyanın həm indiki prezidenti İsa Həbibbəylinin fəaliyyətinin, həm də Ramiz Mehdiyev və Akif Əlizadənin akademiyaya rəhbərlik etdikləri dövrlərdəki fəaliyyətlərin yoxlandığı deyilir.

İsa Həbibbəyli 2022-ci il oktyabrın 26-dan AMEA-nın prezidentidir.

Ramiz Mehdiyev 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 14-dək, Akif Əlizadə isə 2013-cü il aprelin 25-dən 2019-cu il oktyabrın 23-dək AMEA-ya rəhbərlik edib.

Hazırda AMEA-da yol verilən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə ibtidai istintaqı davam etdirilən cinayət işi hər iki maddənin ən ağır bəndi ilə aparılır.

Biri 179-cu maddədir. Bu maddə mənimsəmə və ya israf etmə haqqındadır. Ən ağır bəndi dördüncü bənddir. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən cinayət işi 179-cu maddənin məhz həmin bəndi, yəni 179.4-cu maddə ilə aparılır. 179.4-cü maddədə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

İbtidai istintaqı davam etdirilən cinayət işinin növbəti maddəsi 308-ci maddədir. Bu maddə vəzifə səlahiyyətlərindən sui-istifadə haqqındadır. AMEA-ya qarşı cinayət işi bu maddənin ikinci bəndi, yəni 308.2-ci maddə ilə aparılır. 308.2-ci maddə – ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Medianews.az bildirir ki, hazırda AMEA-da yol verilən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə ibtidai istintaqı davam etdirilən cinayət işi hər iki maddənin ən ağır bəndi ilə aparılır.

Biri 179-cu maddədir. Bu maddə mənimsəmə və ya israf etmə haqqındadır. Ən ağır bəndi dördüncü bənddir. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən cinayət işi 179-cu maddənin məhz həmin bəndi, yəni 179.4-cu maddə ilə aparılır. 179.4-cü maddədə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

İbtidai istintaqı davam etdirilən cinayət işinin növbəti maddəsi 308-ci maddədir. Bu maddə vəzifə səlahiyyətlərindən sui-istifadə haqqındadır. AMEA-ya qarşı cinayət işi bu maddənin ikinci bəndi, yəni 308.2-ci maddə ilə aparılır. 308.2-ci maddə – ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Medianews.az

Əvvəlki Yazı

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

Növbəti Yazı

İpoteka ilə bağlı qərar – BUNDAN SONRA…

EKSKLUZİV

“Bavariya” Almaniya çempionluğunu təmin etdi: Bundesliqada növbəti zəfər!

19 Aprel 2026 / 22:22
0

Premyer Liqada böyük matç: “Mançester Siti” “Arsenal”ı məğlub etdi

19 Aprel 2026 / 22:22
0

“Sumqayıt”ın möhtəşəm qələbəsi: Çempionatda irəliləyiş!

19 Aprel 2026 / 22:22
0

Serie A-da Sensasiya: “Napoli”nin Məğlubiyyətsizlik Seriyası Qırıldı

19 Aprel 2026 / 22:21
1

XƏBƏR LENTİ

“Bavariya” Almaniya çempionluğunu təmin etdi: Bundesliqada növbəti zəfər!

Premyer Liqada böyük matç: “Mançester Siti” “Arsenal”ı məğlub etdi

“Sumqayıt”ın möhtəşəm qələbəsi: Çempionatda irəliləyiş!

Serie A-da Sensasiya: “Napoli”nin Məğlubiyyətsizlik Seriyası Qırıldı

“Bavariya” Almaniya Çempionluğunu Təmin Etdi: Növbəti Tarixi Zəfər!

İran ABŞ ilə danışıqların ikinci mərhələsindən imtina etdi: Tehranın qəti mövqeyi

Epşteyn qalmaqalı Norveç diplomatı Mona Cuulun karyerasını bitirdi

“Bavariya” Bundesliqanın ən yaxşısı: Növbəti çempionluq rəsmiləşdi!

Sülh danışıqları üçün yeni cəhd: Kiyev Türkiyədən Zelenski-Putin görüşünü istəyir

ABŞ-da dəhşətli faciə: Luizianada atışma nəticəsində səkkiz uşaq həlak olub

Kia və Genesis 236 min avtomobili təcili geri çağırır: Mühərrikdə yanğın təhlükəsi

Şəhərləri sərinlətmək üçün inqilabi metod: Çay suyu nəhəng kondisionerə çevrildi

Kaxaber Sxadadze azarkeşlərdən üzr istədi: Komandanın ağır məğlubiyyəti

Saşa İliç: “Oyunumuzu bəyənmədim, amma 3 xal hər şeydən önəmlidir!”

Superliqaya ilk vəsiqə qazananlar bəlli oldu: İdman dünyasında yeni səhifə açılır!

Bolqarıstan Parlament Seçkiləri: Fəallıq 34,63% Səviyyəsində – Düşüş Davam Edir?

TÜRKPA Baş Katibi Antalya Diplomatiya Forumunda Mühüm Mesajlar Verdi

İran hücumlarından sonra Bəhreyndən sərt cavab: Vətəndaşlıqları araşdırılacaq!

Mersisayd Derbisi “Liverpul”un Zəfəri ilə Baş Çatdı: Qırmızılar Üstünlüyünü Göstərdi

Qol Sevinci Qapıçıya Baha Başa Gəldi: Meydanı Xərəkdə Tərk Etdi

Azərbaycan Futbolunda Gərgin Anlar: İmişli Kəpəzi, Sumqayıt Qəbələni Məğlub Etdi

Ronaldo və “Əl-Nəsr” yarımfinalda: Kuboka bir addım daha yaxın!

“İmişli” “Kəpəzi” Dərin Məğlubiyyətə Uğratdı: Çempionatda Vəziyyət Gərginləşir

Ukraynalı Uşaqlar Azərbaycanda: Sağlamlıq Və Ümid Körpüsü

HARRİS DƏ TRAMPI İTTİHAM ETDİ – “Bu, Epşteyn işindən yayınmaq üçün biabırçı cəhd idi!”

ABŞ Energetika Naziri: İranla Sülh Sazişi İki Həftə Ərzində Mümkündür

Donald Trampdan əhəmiyyətli danışıqlar barədə nikbin proqnoz: “Çox yaxşı olacaq…”

Vens İslamabada Yola Düşür: Regional Şərtlər Tamamilə Dəyişdi

Laos: Milyonlarla Partlamamış Bomba Ölkəni Təhdid Edir – Hər Addım Təhlükədir!

Qida israfına son: Küçələr pulsuz paylaşım soyuducuları ilə dolur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.