Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda Novruz bayramı münasibətilə “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib

Mart 19, 2026
A A

REDAKTORUN SEÇİMİ

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23

Bu gün fəxr və qürurla söyləyə bilərik ki, min illərdir xalqımız yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır. XXI əsrdə yaşasaq da, milli adət-ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq. Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsindəki şanlı qələbədən sonra Azərbaycan xalqı Novruzu artıq 6 ildir ki, Qələbə sevinci ilə qeyd edir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız şanlı Zəfərdən sonra artıq Novruz bayramı daha fərqli qeyd edilir. Azərbaycan xalqı Novruzu daha təmtaraqla qeyd edir, işğaldan azad olunmuş doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, eləcə də digər yurd yerlərimizdə bayram tonqalı çatmağın sevincini yaşayır. Bu günü xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, Vətənin keşiyində dayanan hərbçilərimizə minnətdar və borclu olduğumuzu bir an belə unutmuruq.

Ta qədimdən xalqımızın ən sevimli bayramlarından olan ulu Novruzun gəlişi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da xoş əhval-ruhiyyə, könül xoşluğu yaradıb.

Martın 18-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib.

Bu əlamətdar bayram münasibətilə keçirilən ümumrayon tədbiri ilə əlaqədar şəhərin mərkəzində, o cümlədən tədbirin bilavasitə keçirildiyi yerdə, rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda, ətraf bağ və parklarda səliqə-səhman yaradılıb, hər tərəf al-əlvan bayraqcıqlar, səmənilər və gül-çiçəklərlə bəzədilib. Mədəniyyət Mərkəzinin qarşısındakı geniş meydanda Novruz bayramına həsr edilmiş banerlər yerləşdirilib. Bayram tonqalı çatılıb, alaçıqlar quraşdırılıb, yaraşıqlı xalça salınıb, xalçanın üzərinə rayonumuzun adət-ənənələrini əks etdirən qədim əşyalar qoyulub. Novruzun simvolu olan şəkərbura, paxlava və səmənili xonçalar göz oxşayıb.

Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların əməkdaşkarı, Dövlət Sərhəd Xidmətinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının hərbçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, səhiyyə, mədəniyyət işçiləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşları və idmançıları, KİV nümayəndələri iştirak ediblər.

Kosa, Keçəl, Bahar qızın, zurnaçıların rayon rəhbərliyini və qonaqları Xalq şairi Səməd Vurğunun heykəlinin önündə qarşılanması, səmimi təbriklərini çatdırması və yumurta döyüşdürməsi ilə bayram tədbirinə start verilib.

Qonaqlar əvvəlcə Mədəniyyət Mərkəzinin qarşısında idman nümunələrinə (güləş, cüdo, ağırlıqqaldırma, boks, karate, şahmat), Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi kitab, Qazax Dövlət Rəsm Qalereyasının təşkil etdiyi rəsm və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkil etdiyi milli nümunələrdən ibarət sərgiyə baxış keçirərək obaya tərəf gəliblər.

Obada davul çalınıb, “Cəngi” havası altında rayon rəhbərliyi və qonaqlar obaya daxil olublar. Rəhbər heyəti və qonaqları obada Qazan xan qarşılayıb, öz bayram təbriklərini çatdırıb və obada olan çadırlarla tanış ediblər.

Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktrisası Zəmanə Dərviş çıxış edərək rayon rəhbərliyini, şəhid ailələrini, qaziləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Tədbirdə bildirilib ki, Ulu Öndər Heydər Əliyev illər öncə Vətənini, Azərbaycanı və xalqını sevərəkdən Novruz bayramını milli bayram elan etmişdir. Dahi şəxsiyyət demişdi: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır”. Qeyd olunub ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Milli mədəniyyətimizin inkişaf və tanıdılması istiqamətində neçə-neçə dəyərli layihələri həyata keçirən, saz sənəti, muğam, xalçaçılıq və Novruz bayramı İSESKO-nun xoş məramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, təşkilatçılığı və gərgin zəhməti sayəsində mümkün olmuşdur. Tədbirdə 2026-cı ilin əlamətdar hadisələrlə zəngin olduğu, Respublika Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunduğu, həmçinin Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçildiyi diqqətə çatdırılıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək icra başçısı Rəcəb Babaşovun adından Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, xalqımızı, tədbir iştirakçılarını, xüsusilə də şəhid ailələrini, qazilərimizi müqəddəs Ramazan və milli bayramımız olan Novruz bayramları münasibətilə təbrik edib, iştirakçılara cansağlığı, evlərinə, ailələrinə bol ruzi-bərəkət arzulayıb. M.Alıyev 2026-cı ilin qazaxlılar üçün düşərli bir il olduğunu, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçildiyini, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Bu il 5 mart tarixinin təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də “Qazax İdman paytaxtı 2026″nın açılış mərasimi ilə yaddaşlara yazıldığını söyləyib. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasiminin keçirildiyini, Qazaxın idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldığını, daha sonra “Qazax İdman paytaxtı 2026″nın maskotunun ictimaiyyətə təqdim olunduğunu diqqətə çatdırıb. Eyni zamanda, ölkə başçısının müvafiq sərəncamı ilə bu il həm də Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyini ölkə səviyyəsində təntənə ilə qeyd edəcəyimizi bildirib. M.Alıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərində qazandığımız tarixi Qələbədən söz açaraq şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. M.Alıyev ölkəmizdə Novruz bayramının daha fərqli qeyd edildiyini, artıq 6 ildir ki, Müzəffər Ali Baş Komandanın doğma Qarabağ torpağında, Şuşa, Xankəndi, Xocalı, Suqovuşanda bayram tonqallarını alovlandırdığını, ölkə başçısının məhz həmin yurd yerlərimizdən Azərbaycan xalqını təbrik etdiyini bildirib. M.Alıyev bugünkü bayramı belə könül xoşluğu ilə qeyd etdiyimizə görə bir daha Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu söyləyib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar bayramlar münasibətilə səmimi ürək sözlərini bölüşüb. “30 il əziyyət, ağrı-acı, intizar içərisində yaşayan, düşmən tapdağında olan torpaqlarını özü azad edən Azərbaycan dövləti bu gün bütün dünyada söz sahibinə çevrilib. Azərbaycan xalqı bu gün qürurlu anlar yaşayır. Respublikamızın Qərb qapısı sayılan, şəhidləri, qaziləri ilə qürur duyan, əsgəri ilə fəxr edən doğma Qazaxımız, qazaxlılarımız qürur dolu anlara şahidlik edir. Bu gün Qazax İdman Paytaxtına çevrilib. Qazax uğurlu, düşərli günlərini yaşayır. Ölkəmizin, müstəqil Azərbaycanımızın, doğma Qazaxımızın qazandığı uğurların kökündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət, ölkə başçısının tapşırıqlarını rayonda olduğu kimi, ən yüksək səviyyədə həyata keçirən rayon rəhbərliyinin gördüyü işlər dayanır”, – deyə millət vəkili fikirlərini bölüşüb.

Çıxışlardan sonra bayram tonqalı şəhid övladları və Dədə Qorqud ilə birlikdə yandırılıb. Gənclər ocağın ətrafında “Yallı” rəqsini oynayıb, oba əhlini tonqalın ətrafına toplayıblar.

Tədbirdə Mədəniyyət Mərkəzinin Novruz bayramı münasibətilə hazırladığı bir-birindən rəngarəng çıxışlara yer verilib. Gənc və istedadlı müğənnilər Zəmanə Dərvişin, Nəsimi Kamaloğlunun, Ramal Balacanovun, Gültəkin Hüseynovanı, Seymur Məmmədovun, aşıq Avdı Musayevin, gənc aşıq Samir Cəlaloğlunun bir-birindən şən-şux mahnı töhfələri alqışlarla qarşılanıb. Tədbir əsl bayram əhval-ruhiyyəsi ilə başa çatıb.

Əvvəlki Yazı

Polkovnik Cəlil Xəlilov Qubada şəhid kapitan Aqil Məlikovun ailəsini ziyarət edib

Növbəti Yazı

Polkovnik Cəlil Xəlilov Qubada veteranlarla görüşüb

EKSKLUZİV

Kür məcrasından çıxır – Təhlükəli anlar – Video

25 May 2026 / 10:38
1

21 yaşlı qadın qətlə yetirildi – Əri saxlanıldı

25 May 2026 / 8:42
1

İntensiv yağış yağacaq – Xəbərdarlıq

25 May 2026 / 0:00
1

17 yaşlı Yusif 10-dan çox nüfuzlu universitetdən qəbul aldı

24 May 2026 / 20:44
1

XƏBƏR LENTİ

Kür məcrasından çıxır – Təhlükəli anlar – Video

21 yaşlı qadın qətlə yetirildi – Əri saxlanıldı

İntensiv yağış yağacaq – Xəbərdarlıq

17 yaşlı Yusif 10-dan çox nüfuzlu universitetdən qəbul aldı

İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı

Leyla Əliyeva Bakıda toyda – Video

Təbrizdəki konsulumuz faciəvi şəkildə həlak oldu

Komandası tarixi uğur qazandı, sevincindən ağladı – Video

Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? – Açıqlama

Qəzada həlak olan 4 azərbaycanlı günlər sonra dəfn edildi – Video

Kasparov beynəlxalq axtarışa verildi

“Casus” demişdilər – Baş nazir oldu

Sənan Əsədzadə Misirdə saxlanıldı

Hava nə vaxtadək belə olacaq? – Xəbərdarlıq

Kim Çen In İlham Əliyevə məktub yolladı

Doqquzuncuların imtahanı da təkrar keçiriləcək

WUF13-ün bağlanış mərasimi keçirildi – Video – Fotolar

“Bilirəm, çox ağır və zəhmətli iş idi” – Hikmət Hacıyevdən jurnalistlərə

Nural Əliyev vəzifəsindən azad ediləcək

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Sabiq deputat Türkiyədə vəfat etdi – Foto

Ayağını itirdiyi yarışmada qalib elan edildi – Video

Tbilisi qatarına ilk bileti o aldı – Vağzalda növbə var-Video

Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı

WUF nəyimizə lazımdır?

“WUF13-ün yüksək səviyyədə təşkili  Azərbaycanın tarixi uğuru, qlobal nailiyyətidir”

“Qarabağ” Elvin üçün “Neftçi”dən daha çox pul istədi

Qurban Qurbanov “Beşiktaş”ın məşqçiliyinə yenidən namizəddir

Tbilisi biletləri ilə bağlı detallar açıqlandı – Nələr daxildir? – Fotolar

Faşist diktatorun nəvəsi qalib oldu – Video

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.