Dünya miqyasında böyük rezonans doğuran inanılmaz bir hadisə yaşanıb. Rusiyalı rejissor Pavel Talankinin “Ən Yaxşı Sənədli Film” nominasiyasında qazandığı Oskar mükafatı, Nyu-Yorkdan Almaniyaya uçuşu zamanı hava limanının təhlükəsizlik xidməti tərəfindən “silah” sayılaraq müsadirə edilib.

Hadisə Nyu-York hava limanında baş verib. Təhlükəsizlik əməkdaşları qızıl heykəlciyin silah kimi istifadə oluna biləcəyini əsas gətirərək, onun salon çantasına götürülməsinə icazə verməyiblər. Bu qərar rejissor Talankini heyrətləndirib.
Lufthansa aviaşirkəti tərəfindən Oskar heykəlciyi alt baqaja yönləndirilib. Rejissorun mükafatının təhlükəsiz şəkildə çatdırılacağına dair zəmanət verilsə də, sonradan baş verənlər hər kəsi təəccübləndirib.
Təəssüf ki, həmin uçuşdan sonra Pavel Talankinə məxsus Oskar heykəlciyinin izi itkin düşüb. Hava limanı rəsmiləri və aviaşirkət tərəfindən aparılan axtarışlar nəticəsiz qalıb. Bu, həm mükafatın sahibini, həm də beynəlxalq ictimaiyyəti şoka salıb.
Mədəniyyət dünyasında böyük əhəmiyyət kəsb edən bir mükafatın bu cür absurd səbəblə müsadirə edilməsi və daha sonra itməsi, hava limanlarında təhlükəsizlik prosedurlarının nə dərəcədə məntiqsiz ola biləcəyini bir daha göz önünə sərib.









