Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

İlqar Abbasovun Nərimanovdan Şirvanadək qalmaqallı məmur yolu – VİDEO

Noyabr 29, 2024
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

2 il paytaxtın Nərimanov, 16 il Suraxanı kimi böyük rayonlarının icra başçısı işləmiş və 5 ildir ki, Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun iməmur kimi fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırma apardıq. Məlum oldu ki, məhz İ.Abbasovun yarıtmaz fəaliyyətinin nəticəsi həm rayonun simasının zədələnməsinə səbəb olub, həm də sakinlər əlavə problemlərlə üzləşmək məcburiyyətində qalıblar.
Kimdir İlqar Abbasov?
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun haqqında «vikipediya» səhifəsində elə də zəngin məlumat yoxdur. Onun neçənci ildə və harada anadan olması göstərilməyib. Həmin səhifədə qeyd olunub ki, İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası prezidentinin 21 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı, 2020-ci ildə Şirvan Şəhər icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Suraxanıda torpaq alveri, tikinti icazəsi və biznes…
Cumhuriyyet.az olaraq apardığımız araşdırmalarımız göstərir ki, ötən illər ərzində İlqar müəllim Suraxanı rayonunun abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində heç bir iş görməyib. Daha dəqiq desək, buna cəhd belə göstərməyib. Əvəzində şəxsi maliyyə imkanlarını genişləndirib, obyektlərinin sayını artırıb. Məsələn, rayonun Yeni Günəşli qəsəbəsindəki ticarət obyektlərinin bir çoxu başçıya məxsusdur. Növbəti yazıda bunu şəkillərlə və daha geniş faktlarla diqqətinizə çatdıracağıq. Hörmətli icra başçısı iddia edə bilər ki, həmin obyektlər onun adına deyil. Amma bu cənab başçının biznes fəaliyyəti ilə məşğul olmadığı anlamına gəlmir.
Çoxları bilir ki, bu şəxs icra hakimiyyəti strukturlarında işləməmişdən əvvəl aktiv biznes fəaliyyəti ilə məşğul olub. Deyəsən, İlqar Abbasov Suraxanı rayonuna və onun qəsəbələrinə, rayonun yerli idarə və müəssisələrinə də biznes strukturu kimi baxır. Bəlkə də… Başçının adı torpaq alverində tez-tez hallandırılır. Məhz bu səbəbdən mediada Suraxanının adı çox vaxt torpaq alveri ilə bağlı hallandırılıb. Bildirilib ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ, Yeni Günəşli, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur. Tikinti üçün verilən sərəncamlar 3000 manatdan yuxarıdır.
İki Bacanağın Şirvan monopoliyası
İlqar Abbasov Şirvana təyinat alandan sonra müavini Etibar Yolçuyevi Suraxanıda tək qoymadı, dərhal yanına gətirdi, onu müavini təyin etdi ki, qeyri-rəsmi işlərini asanlıqla görə bilsin. Çünki Abbasovla Yolçuev ayrılmaz məmur cütlüyüdürlər. Bu da təsadüfi deyil. Yolçuyev Abbasovun bacanağı olduğu üçün can deyib, can eşidir, birgə addımlayırlar.
Suraxanını viran qoyan, abadlıq işləri görməyən icra başçısı ilə müavini Şirvana gəldiyi gündən də əlini ağdan qaraya vurmayıb. Şəhərdə nə abadlıq-quruculuq işlərində, nə Mərdan Camalovdan qalan problemlərin həllində hansısa dəyişiklik olunub.
Bütün maxinasiyaları gizlətmək üçün komandaya “yad adam” buraxmaq olmaz. Bəli, İlqar Abbasov Nərimanovda, Suraxanıda qazandığı təcrübəni indi də Şirvanda tətbiq edir. İ.Abbasovun kadr təyinatlarının qəribəliyi təkcə bacanağını yanına gətirməsi ilə məhdudlaşmır. Məsələn, Sabirabad rayon sakini Şirvan şəhər icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub. Belə ki, Şirvan şəhər icra hakimiyyətinin başçısına şəhər təsərrüfatı üzrə müavin təyin olunan Orxan Əhmədağa oğlu İbrahimov Baş Şirvan kollektor idarəsinin rəisi Əhmədağa İbrahimovun oğludur. Əhmədağa İbrahimov İlqar Abbasovla yaxın dostdurlar. Mərhum müavin Şəfahət Əsgərovun vəzifəsini Orxan İbrahimov kimi şəhərdən bixəbər, naşı və savadsız gəncə həvalə etmək yalnız İlqar Abbasovun idarəçilik məharətinin məhsulu ola bilərdi.

Abbasov qardaşlarının digər macəraları

Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun qardaşları İmran Abbasov və İlham Abbasov haqda ilginc məlumatlar var. Icra başçısının böyük qardaşı İlham Abbasov isə 2014-cü ildə bakıda şirniyyatçı kimi fəaliyyət göstərən Vüqar Əhmədovun pulunu və avtomobilini mənimsəyib. Belə ki, Vüqar Əhmədov İlham Abbasova aid Xırdalanda fəaliyyət göstərən və “Az Pal” şirkətindən un alıb. Bir müddət sonra  una görə şirkətə borcu yaranıb. Şirkət sahibi də ona borcu qaytarması üçün iki ay möhlət verib. Əvəzində isə onun hələ kredit ödənişi başa çatmayan “Mercedes” markalı avtomobilini qeyri-rəsmi girov götürüb. Vüqar Əhmədov borcu ödəyəndən sonra avtomobilini geri istəyəndə ona məlum olub ki, şirkət sahibi avtomobili ona satmış şəxslə əlbir olaraq başqasına satıb. İndi isə cumhuriyyet.az-a İlham Abbasovun yeni dələduzluğu ilə bağlı məlumat daxil olub. Belə ki,. Onun qızı və həyat yoldaşı vətəndaş Səadət Həsənovanın 47 min manatını mənimsəyib. Bu haqda vətəndaş özü danışır:

http://142.132.195.126/~cumhuriyyetaz/wp-content/uploads/2024/11/VID-20241129-WA0014.mp4

Cumhuriyyet.az-a daxil olan məlumata görə icra başçısının digər qardaşı,  əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra, Azərsu ASC-də departament rəisinin müavin və daha sonra indiki vəzifəsinə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsində pivə istehsalına, arpa, buğdaya qədər payı var.

Əvvəlki Yazı

Bu universitetlərə akkreditasiya verildi

Növbəti Yazı

Milli Məclisin iclası başladı

EKSKLUZİV

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

14 İyun 2026 / 10:29
4
“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

14 İyun 2026 / 9:44
2
Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

13 İyun 2026 / 9:21
2
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

12 İyun 2026 / 9:54
2

XƏBƏR LENTİ

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.