Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir – FOTOLAR

Oktyabr 23, 2026
A A

REDAKTORUN SEÇİMİ

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03

İmişli şəhəri, Dədə Qorqud küçəsi, ev 45 ünvanında yaşayan Yusubova Ceyran Həbib qızı “Gündəm Xəbər” qəzetinin redaksiyasına müraciət edərək, rayon sakini Gülməmmədova (Ağayeva) Ulduz İntiqam qızı tərəfindən böyük məbləğdə dələduzluğa məruz qaldığını bildirib.

İmişli Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində mama vəzifəsində çalışan və eyni zamanda fərdi tibbi xidmətlərlə dolanışığını təmin edən Ceyran Yusubovanın sözlərinə görə, Ulduz Gülməmmədova ilə tanışlığı 2020-ci ilin sonlarına təsadüf edir. Ulduzun ayağı amputasiya olunmuş qaynanası Rəfiqəyə tibbi xidmət göstərərkən aralarında səmimi münasibət yaranıb. Ceyran xanım Bakıda oğlu Alim üçün ev almaq arzusunda olduğunu bildirəndə, Ulduz ona “yardım etmək” adı ilə əvvəlcə lotereya oyununa qoşulmağı təklif edib.

Mənzil xəyalı, yalançı bonuslar və böyüyən tələ

Lotereya bəhanəsilə başlayan pul alverləri tezliklə daha böyük “şirkət yatırımı” təklifi ilə əvəzlənib. Ulduz Gülməmmədova guya fəaliyyət göstərən bir şirkətə 5000 manat yatırım etməklə qısa müddətdə böyük gəlir əldə olunacağını, 100 000 manatlıq həddə çatdıqda isə Bakı şəhərində 2 otaqlı mənzil, qızıl-zinət əşyaları və əlavə bonuslar veriləcəyini vəd edib. Şirkətin adı və fəaliyyət növü barədə sorğulara isə müxtəlif bəhanələrlə cavab verməkdən yayınsa da, Ceyran xanımı və ailəsini şirnikləndirməyi bacarıb.

Zərərçəkənin bildirdiyinə görə, 2021-ci ilin may ayından etibarən övladlarının da dəstəyi ilə (hətta oğlu Alimin “Mercedes-Benz” markalı avtomobilini sataraq və bankdan kredit götürərək) hissə-hissə Ulduz Gülməmmədovaya ümumilikdə 68 100 manat pul təhvil verilib. Pulla yanaşı, Ulduzun tələbi ilə ailə üzvlərinin (oğlu Alim, gəlini Fəridə və qızı Alimə) şəxsiyyət vəsiqələri də guya şirkətdə hesab açmaq üçün ona təqdim edilib.

Aldadıldığını yalnız 2023-cü ilin yanvar ayında başa düşən Ceyran Yusubova pulunu tələb etdikdə Ulduz müxtəlif bəhanələrlə vaxtı uzadıb. 2023-cü ilin noyabr ayında hazırda dünyasını dəyişmiş müstəntiq Elgünün vasitəsilə 7000 manat qaytarılsa da, qalan 61 100 manat mənimsənilmiş olaraq qalır.

Hüquq-mühafizə orqanlarının müəmmalı mövqeyi və müstəntiqlərin “karuseli”

Ceyran Yusubovanın gundemxebertv-yə şikayət məktubunda ən diqqətçəkən məqam yerli hüquq-mühafizə orqanlarının və vəkillərin nümayiş etdirdiyi mövqedir. Şikayətçi bildirir ki, təxminən 5 ilə yaxın müddətdə İmişli Rayon Prokurorluğu və Polis İdarəsinin müstəntiqləri arasında “əsir-yesir” qalıb:

Müstəntiqlər (Elgün, Samət Məmmədov, Tusi Məhərrəmov, Allahverdi) dəfələrlə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edib, rayon prokuroru Valeh Səmədov isə bu qərarları ləğv edərək işi yenidən araşdırmaya göndərib. Lakin hər dəfə proses eyni nəticə ilə yekunlaşıb.

Şikayətçinin dediyinə görə, izahatlar alınarkən təqdim edilən şahidlərin adları qəsdən qeydə alınmayıb.

Müstəntiq Tusi Məhərrəmov tərəfindən çağırılaraq Ulduzdan alınan 3000 manatın qaytarılması təklif edilsə də, pulun 500 manatının “xidmət haqqı” kimi saxlanılmaq istənməsi narazılığa səbəb olub. Oğlu Alimin DİN-in “102” xidmətinə müraciətindən sonra məsələ ört-basdır edilib və pulun aqibəti qaranlıq qalıb.

Şikayətçinin müdafiəsini quran vəkillər (Fəyyaz və Fazil İbrahimov) məsələnin həllinin onların gücü xaricində olduğunu etiraf edərək müqaviləni ləğv edib və ödənilən pulun bir hissəsini geri qaytarıblar.

Ali makiyaj, QHT pərdəsi və dövlət rəhbərliyinə müraciət

Araşdırmalar zamanı Ulduz Gülməmmədovanın İmişli şəhəri, H. Aslanov küçəsində gözəllik salonu işlətdiyi və gəlinlik geyimlərinin icarəsi ilə məşğul olduğu, eyni zamanda özünü “vəzifəli şəxslərin xanımlarının ustası” kimi təqdim edərək arxasında arxayınlıq yaratdığı ortaya çıxıb. Zərərçəkən ailənin araşdırması nəticəsində məlum olub ki, vəd edilən “şirkət” əslində bir Qeyri-Hökumət Təşkilatıdır (QHT). Hətta şikayətçi tərəfindən məsələ qaldırıldıqdan sonra Ulduzun tapşırığı ilə 8 saylı Ərazi Vergilər Baş İdarəsinə Ceyran Yusubova haqqında “sələmçi” olması barədə yalan şikayət də verilib, lakin izahatlar zamanı bunun böhtan olduğu sübuta yetirilib.

Ceyran Yusubova üzləşdiyi bu böyük haqsızlıq və hüquqi bürokratik maneələrlə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına rəsmi müraciət ünvanlayıb.

Zərərçəkən ana ölkə rəhbərliyindən və hüquq-mühafizə orqanlarının rəhbərlərindən işin xüsusi nəzarətə götürülməsini, obyektiv təftiş aparılaraq Ulduz Gülməmmədovanın əməllərinə hüquqi qiymət verilməsini və dəymiş 61 100 manatlıq ziyanın ödənilməsini xahiş edir.

P.S. Gundemxebertv.com olaraq yazıda adı çəklən şəxslərin hər birinin mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk. 

Ardı var…

Əvvəlki Yazı

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Növbəti Yazı

Qazaxda növbəti əmək yarmarkası keçirilib

EKSKLUZİV

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

23 Oktyabr 2026 / 12:51
0
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

23 Oktyabr 2026 / 12:47
1
Prezident Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə məktub ünvanlayıb

Prezident Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə məktub ünvanlayıb

23 Oktyabr 2026 / 12:37
0
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 / 12:32
1

XƏBƏR LENTİ

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Sabahın hava proqnozu açıqlanıb

Prezident Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə məktub ünvanlayıb

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi

Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

Azərbaycan neftinin qiyməti 120 dolları ötdü

“Həzi Aslanov” metrostansiyasında təmir yekunlaşıb

Deputatlar bu gün 12 məsələni müzakirə edəcəklər

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Qazaxda növbəti əmək yarmarkası keçirilib

Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir – FOTOLAR

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Yol polisindən piyadalara çağırış: Azyaşlılarla hərəkət zamanı…

Xankəndidə “SOCGOV 2026” beynəlxalq forumu keçirilir

Gələn il 67 şəhər və rayona dotasiya nəzərdə tutulmur – SİYAHI

Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub

Bu sənədə görə evsiz qala bilərsiz – Notarius belə unudur

“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

Kənd təsərrüfatında elekrik maşınlarına keçid…

Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq

Azərbaycanda sovet dövründən qalma binalar 2060-cı ilədək izolyasiya ediləcək

Paşinyan: Sülh sazişinin 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” dəyişib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.