Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb?

Dekabr 26, 2024
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova AZAL-təyyarəsinin qəzaya uğraması ilə bağlı maraqlı məqamlara toxunub.

Cumhuriyyet.az xəbər verir ki, o, İnstaqram səhifəsində təyyarədən sağ çıxanlardan biri ilə etdiyi telefon danışığını paylaşıb.

Paylaşımda qəza ərəfəsində təyyarədə baş verənlərə, uçuşa icazə verilməməsi məsələlərinə, pilot və bələdçilərin davranışlarının səbəblərinə aydınlıq gətirilib:

“Bakı-Qroznı reysini həyata keçirən təyyarə Aktau limanı ətrafında qəza edəndən sonra sosial mediada bir çox video və səs yazıları yayılıb. İlk olaraq, bildirmək istəyirəm ki, çöldən edilən müdaxilədən sonra təyyarədən SOS siqnalı verilir və bu siqnal yaxınlıqdakı aeroportlara çatdırılır. Hadisə Rusiya ərazisində baş verdiyi üçün siqnal da Rusiya ərazisindəki aeroportlara göndərilir. Maraqlıdır ki, bu siqnal qəbul edilsə də, təyyarənin enişi baş tutmayıb. Bu sualın cavabı hələlik bilinmir və yaxın günlərdə aydınlaşacaq.

İkinci bir məsələ – bələdçinin sərnişinlərə “qabağa gəlin” deyildiyi eşidilir və bu, insanlarda çaşqınlıq yaradıb. Bəziləri düşünür ki, təlimat düzgün verilməyib. Nəzərə alın ki, təyyarə havada bir saat yarım qalıb və bu müddətdə müxtəlif vəziyyətlər yaranıb. Pilotun tapşırığı ilə bələdçinin səsləndirdiyi bu ifadə, böyük ehtimalla, həmin anda həyata keçirməyi planlaşdırdığı konkret plana bağlı olub. Belə başa düşülür ki, pilot onu qəbul edəcək aeraport üçün hazırlaşırmış. Çünki məcburi eniş zamanı ən önəmli addımlardan biri, sərnişinlərin qabaq qapıya gəlmələridir. Təcili eniş zamanı təyyarənin təkərləri açılmaya bilər və ya sürtünmədən partlayış baş verə bilər. Buna görə pilotun tapşırığı ilə bələdçi sərnişinləri qapıya doğru yönləndirib”.

O, təyyarənin havada çox dövrə etməsi məsələsinə toxunaraq, pilotun bu addımla benzini bitirməyi hədəfləmiş ola biləcəyini qeyd edib:

“Vaxtilə AZAL-da stüardessa işləmiş xanım söylədi ki, pilot və bələdçilər ekstremal vəziyyətlər üçün yüksək təlimlidirlər. O qeyd etdi ki, pilotlar ölümə doğru getdiklərini anladıqda bunu ilk olaraq bələdçiyə bildirirlər. Hökumə xanım, bu dəhşətli anı bilə-bilə sərnişinlərə sakit qalmağı və hər şeyin yaxşı olacağını deyir. Bu, insanlığın, peşəkarlığın və mənəvi gücün ən böyük nümunəsidir. Belə hadisələr zamanı bilmədiyimiz çox məqamlar olur. Ona görə də heç kimi mühakimə etməməli, daha çox həqiqəti anlamağa çalışmalıyıq”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Son məlumata görə, qəzada 38 nəfər ölüb, o cümlədən hər iki pilot həlak olub, 29 nəfər sağ qalıb.

Əvvəlki Yazı

Azərbaycanda 2 sığorta agentinin lisenziyası ləğv edildi

Növbəti Yazı

Ölənlərin meyitləri tanınmaz haldadır – Baş konsul

EKSKLUZİV

Qarabağ”ın “Sabah”a Şok Məğlubiyyəti: Çempionluq Yarışında Gərginlik Artır

19 Aprel 2026 / 2:17
1

Dünya Şöhrətli Fransız Aktrisası Natali Bey Vəfat Etdi: Sənət Dünyası Matəmdə

19 Aprel 2026 / 2:17
1

“İran ABŞ ilə birbaşa danışıqların yeni raunduna hazır deyil” – Xətibzadə

19 Aprel 2026 / 1:22
1

İtaliyanın Baş Naziri Meloni Azərbaycanda: Enerji Strateji Əməkdaşlığı Genişlənir

19 Aprel 2026 / 1:22
1

XƏBƏR LENTİ

Qarabağ”ın “Sabah”a Şok Məğlubiyyəti: Çempionluq Yarışında Gərginlik Artır

Dünya Şöhrətli Fransız Aktrisası Natali Bey Vəfat Etdi: Sənət Dünyası Matəmdə

“İran ABŞ ilə birbaşa danışıqların yeni raunduna hazır deyil” – Xətibzadə

İtaliyanın Baş Naziri Meloni Azərbaycanda: Enerji Strateji Əməkdaşlığı Genişlənir

Qalatasaray Gənclərbirliyi səfərində vacib qələbə qazandı

Hörmüz Boğazında Gərginlik Yüksəlir: İran ABŞ-a Sərt Xəbərdarlıq Etdi

İranda ABŞ və İsrail Zərbələrinin Ağır Nəticələri: Ölənlərin Sayı Açıqlandı

Livanın qələbəsi: Düşmənin planları puça çıxdı – Tehranın dəstəyi vurğulandı

Tramp Hörmüz boğazı böhranını müzakirə etdi: ABŞ-ın Yaxın Şərq strategiyası

Qurban Qurbanovdan Sərt Xəbərdarlıq: Bağışlamaq Dövrü Bitdi!

General Məmmədov vəzifəsindən azad edildi: Əmr imzalandı

Azərbaycanda Əhali Kredit Yükü Altında: Bank Borcları Niyə Sürətlə Artır?

Premyer Liqada ŞOK NƏTİCƏ: “Sabah” 10 nəfərlə “Qarabağ”ı məğlub etdi – Çempionluq yolunda həlledici addım

İran Hörmüz Boğazında Yeni Qayda Tətbiq Edir: Ödənişli Keçid Üstünlüyü

Azərbaycan Futzal Kuboku: Finalda İki Güclü Komanda Qarşılaşacaq

Kiyevdə dəhşətli silahlı hücum: 6 nəfər həlak olub, yaralılar var

Titanik Faciəsinin Şahidi: 114 Yaşlı Xilasedici Jilet 700 Min Dollara Satıldı

Hürmüz böhranı davam edir: Trampdan ‘təcili vəziyyət’ iclası – Müharibə yenidən alovlana bilər

Dambrauskas: “Nümunəvi Oyunla Qələbəni Haqq Etdik”

Millinin Məşqçisi Komandanın Performansından Razı Qaldı: Gələcək Üçün Ümidverici Siqnallar

İrəvanda güclü partlayış: Poliqonda nə baş verdi?

İranda İnternet Kəsilməsi 50 Günü Ötüb: NetBlocks Həyəcan Təbili Çalır

“Sabah”ın Erkən Qırmızı Vərəqə Dramı: Oyunun Taleyi Necə Həll Oldu?

Real Madrid Marko Asensionun gələcəyi ilə bağlı rəsmi açıqlama yaydı

Futbol Sensasiyası: Sabah “Qarabağ”ı məğlub etdi, Karvan-Yevlax “Şamaxı”nı üstələdi

Azərbaycan D-8 ilə Əməkdaşlığı Dərinləşdirir: Yeni Perspektivlər Müzakirə Olundu

İsrail Livanı vurdu: 10 günlük atəşkəs Hizbullah bəhanəsi ilə pozuldu

“Sabah”ın kritik penalti zərbəsi boşa çıxdı: Nəticəyə təsiri

Liverpuldan Aston Villa’ya gözlənilən transfer: Ayrılıq qapıdadırmı?

Sabah FK Premyer Liqada liderliyə doğru inamla irəliləyir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.