Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Milli Məclis bu bəyanatı qətiyyətlə rədd edir!

Fevral 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Azərbaycan Milli Məclisi Avropa Birliyi-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin fevralın 25-də yaydığı bəyanatını şiddətlə qınayır, bu sənədi Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirir.

MM-dən Cumhuriyyet.az-a verilən məlumatda qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində qəbul edilmiş bu bəyanat, Azərbaycan əleyhinə səsləndirilmiş absurd və tamamilə əsassız ittihamlar həm Ermənistanın, həm də Avropa Parlamentinin əsl mahiyyətini bir daha ortaya qoyur.

Bildirilib ki, nəticə etibarilə bu bəyanat Ermənistan tərəfinin Azərbaycanla danışıqlar prosesində qeyri-səmimiliyini yenidən nümayiş etdirmiş oldu:

“Ermənistan parlamentinin, o cümlədən Komitənin işində iştirak edən hakim partiyanın nümayəndələrinin Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması, habelə dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı çıxışlarına birbaşa zidd olan birgə bəyanatı dəstəkləməsi bunun bariz göstəricisidir. Digər tərəfdən, bu bəyanat Avropa Parlamentində Azərbaycana münasibətdə dərin kök salmış nifrət siyasətinin növbəti təzahürüdür”.

Bəyanatda Ermənistanı israrla qurban kimi qələmə verməyə çalışanlara Azərbaycan parlamenti xatırladır ki, Ermənistan onilliklər boyu faşist ideologiyasını bəsləyən bir ölkədir:

“Bu ideologiya da onun Azərbaycana qarşı 30 illik təcavüzünün əsasını təşkil edir. İşğal dövründə Ermənistan ağır cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırım aktları törədib. Ermənistan etnik təmizləmə həyata keçirib və bir milyona yaxın azərbaycanlını öz doğma yurdlarından, o cümlədən Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərdən qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini yerlə-yeksan edərək talan edib, dövlət və şəxsi mülkiyyətə milyardlarla ABŞ dolları dəyərində maddi ziyan vurub, işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsi məhv edib və özününküləşdirib”.

Eyni zamanda Ermənistan sonrakı rəhbərliyi dövründə hərbi cinayətlərin araşdırılması üçün heç bir addım atmayıb. Onilliklər ərzində günahsız azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlərə görə heç bir erməni məsuliyyətə cəlb olunmayıb. Bu vəziyyət səhvən demokratik və insan haqlarının müdafiəçisi kimi təqdim edilən Ermənistanın indiki hökuməti dövründə də davam etməkdədir.

Təəssüf olsun ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, nə Avropa İttifaqı, nə də onun parlament strukturu heç bir zaman Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırış etməyib və bununla da, faktiki olaraq, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etməsini təşviq edib. Bu isə Azərbaycana qarşı sanksiyaların tətbiqinə səsləyən avropalı parlamentarilərdə dərin kök salmış azərbaycanofobiya meyllərini ifşa edir.

Ermənistanın onilliklər boyu Azərbaycan ərazilərini minalarla çirkləndirməsinə, ölkəmizə qarşı bu irqçi siyasətin nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlıqdan yayınmasına münasibətdə də Avropa Parlamentindən hər hansı bir mövqe bildirilməməsi təəssüf doğuran digər bir məqamdır. Belə görünür, avropalı parlamentarilər günahsız insanların həyatını itirməyə davam etməsini, bu minaların Azərbaycanın yalnız öz imkanları hesabına apardığı yenidənqurma və bərpa işlərinə ciddi əngəllər törətməsini dərk etməkdə acizdirlər.

Avropa Parlamenti keçmiş münaqişə dövründə itkin düşmüş 4000 azərbaycanlının taleyinə də eyni dərəcədə biganəlik nümayiş etdirir. Halbuki, işğaldan azad edilmiş ərazilərdə tapılan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qeyri-insani hərəkətlərin miqyasını və vəhşiliyini bir daha təsdiq edir.

Avropalı parlamentarilər insan haqları, o cümlədən geri qayıtmaq hüququ haqqında danışarkən, nədənsə 1980-ci illərin sonlarında indiki Ermənistandan zorla qovulmuş təxminən 250.000 azərbaycanlı qaçqının geri qayıtmaq hüququnu rahatlıqla gözardı edirlər. Sağlam məntiq Avropa Parlamentinin bu fundamental insan haqlarına məsələsinə ədalətli yanaşma nümayiş etdirməsini, Ermənistanı bu insanların öz ata-baba torpaqlarına qayıtması üçün lazımi şərait yaratmağa çağırmasını tələb edir. Təəssüf ki, həm Ermənistan, həm də Avropa Parlamenti iki ölkə arasında etimadın qurulmasına müsbət töhfə verəcək bu məsələni görməzlikdən gəlməyə israr edirlər. Bu cür davranış isə Avropa İttifaqının qoruduğunu iddia etdiyi liberal dəyərlərə tamamilə ziddir.

Azərbaycanın Ermənistanın Konstitusiyası və digər hüquqi sənədləri ilə bağlı narahatlığı qanuni və əsaslıdır. Reallıq budur ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Bu vəziyyət isə həmin ölkənin ali sənədinə zidd olan istənilən beynəlxalq sazişin qanuniliyini şübhə altına alır. Belə olan halda, Ermənistanın Konstitusiyasına düzəlişlər edilməsinin zəruriliyinə dair Azərbaycanın mövqeyi heç bir halda maksimalist mövqe deyil, eyni zamanda Ermənistanın özü üçün də sadəcə daxili məsələ deyil. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıması təmin olunmalıdır.

AB-nin Ermənistandakı Missiyası (EUMA) ilə bağlı qeyd etmək lazımdır ki, bu missiya Azərbaycan tərəfinə verilən vədlərə zidd olaraq yaradılıb və Ermənistanla Azərbaycan arasında regional sabitliyin və etimadın gücləndirilməsinə dair öncədən bəyan edilmiş məqsədə xidmət etmir. Müşahidlər göstərir ki, EUMA faktiki olaraq, düşmənçilik yaymaq və əsassız azərbaycanofobiyanı qızışdırmaq üçün təbliğat vasitəsi kimi geniş şəkildə istifadə edilir. Ötən dövr ərzində bu missiya Azərbaycana qarşı qərəzini açıq şəkildə nümayiş etdirib, saxta və yalan xəbərlərin yayılması aləti kimi tətbiq olunub. Təəssüf ki, EUMA-nın təxribatçı fəaliyyəti Ermənistanı cəsarətləndirməyə davam edir və onu Azərbaycanla münasibətləri birdəfəlik normallaşdırmaq səylərindən çəkindirir. Belə fəaliyyət sərhəd boyu gərginliyi süni şəkildə artırmaq potensialına malikdir.

AB-nın öz qonşusunun ərazisini 30 il ərzində işğal altında saxlamış Ermənistana Avropa Sülh Mexanizmi və digər proqramlar vasitəsilə hərbi dəstək vermək qərarı isə dərin narahatlıq doğurur. Bunun regionda sülh və sabitliyə töhfə vermək səyləri ilə heç bir əlaqəsi yoxdur. Təcavüzkar ölkəyə göstərilən bu yardım regionda sabitliyi pozmağa və potensial olaraq silahlanma yarışını alovlandırmağa yönəlmiş addımdır.

Qeyd olunanları nəzərə alaraq, AB-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindəki roluna dair bəyanatda səsləndirilən iddiaların da heç bir əsası yoxdur. Aİ öz qurumlarının və bəzi üzv dövlətlərin bir sıra hərəkətləri nəticəsində bu prosesdəki rolunu itirib. Avropa Parlamenti bu məsələdə xüsusi fəallıq göstərib və beləliklə, bu məsələdə təəssüf hiss keçirməyə heç bir mənəvi haqqı yoxdur.

Bütün bunlar fonunda, Azərbaycan Milli Məclisi Avropa Birliyi-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin tarixi faktları təhrif edən və Azərbaycanı ədalətsiz şəkildə ittiham edən qərəzli və birtərəfli bəyanatını qəti şəkildə rədd edir.

Belə addımlar yalnız fikir ayrılıqlarını dərinləşdirməyə xidmət edir, sülh və barışığı təmin etmək səylərini sarsıdır. Əgər Avropa Parlamenti həqiqətən də Cənubi Qafqazda sabitliyi təşviq etməyə çalışırsa, bu qurum ötən dövrlərdəki haqsızlıqları etiraf edən, Ermənistanın revanşist siyasətini və militarizasiya cəhdlərini təşviq etməyən tarazlı və ədalətli yanaşmanı rəhbər tutmalıdır.

Əvvəlki Yazı

Havalar bu tarixdən isinəcək

Növbəti Yazı

Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

EKSKLUZİV

Futbol Arenasında Gərgin Anlar: Şaxtyor uduzdu, Rayo Valekano zəfər çaldı

01 May 2026 / 8:48
0

Tramp Merzi İran mübahisəsində ittiham etdi: “Arqument tapa bilmədi”

01 May 2026 / 8:48
0

Qazaxıstan AZAL Təyyarə Qəzasının Səbəblərini Araşdırır

01 May 2026 / 8:47
0

Gökdələnlər Şaquli Təsərrüfatlara Çevrilir: Niderland və Yaponiya Suya Qənaət və Rekord Məhsulla Gələcəyi Qurur

01 May 2026 / 8:47
0

XƏBƏR LENTİ

Futbol Arenasında Gərgin Anlar: Şaxtyor uduzdu, Rayo Valekano zəfər çaldı

Tramp Merzi İran mübahisəsində ittiham etdi: “Arqument tapa bilmədi”

Qazaxıstan AZAL Təyyarə Qəzasının Səbəblərini Araşdırır

Gökdələnlər Şaquli Təsərrüfatlara Çevrilir: Niderland və Yaponiya Suya Qənaət və Rekord Məhsulla Gələcəyi Qurur

Tehranda Hava Hücumundan Müdafiə Sistemləri İşə Düşdü: Gərgin Anlar

ABŞ Prezidenti: “Qələbə Əldə Etmişik, Amma Daha Böyük Hədəflərə Can Atırıq”

Fitch Ratings: ABŞ-ın Dövlət Borcu 2027-ci İlədək Təhlükəli Səviyyəyə Çatacaq

Konfrans Liqasında Gərginlik: Rayo Valyekano Zəfər Çaldı, Şaxtyor Büdrədi

Avropa Liqası: “Nottingem” və “Braqa” Vacib Qələbələr Qazandı

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir – Foto

“Şaxtyor” “Kristal Pelas”a məğlub oldu: Ukrayna nəhəngi İngiltərə təmsilçisi qarşısında aciz qaldı

Çin Enerji Nəqlində Yeni Era AÇIR: Nəhəng LNG Gəmisi Suya Endirildi

Netanyahu “Sumud Donanması” aktivistlərini ələ saldı: “Qəzzanı artıq YouTube-dan izləyərlər”

Medvedevdən Qorxunc Nüvə Xəbərdarlığı: ‘Anlamayanlar ya Axmaqdır, ya da Xəyalpərəst’

Tramp: İran bizimlə razılaşmağa can atır – İqtisadiyyatları fəlakətdir

Avroliqada İngiltərə Derbisinin Qalibi Bəlli Oldu!

BƏƏ üç ölkədəki vətəndaşlarına təcili çağırış etdi: Dərhal tərk edin!

Çinin Nəhəng Layihəsi: 79 Milyard Dollara 2700 KM Süni Çay İnşa Edildi

“Neftçi”nin 5 İllik Həsrətinə Son: Tarixi Qələbə Anları

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri Avropada birinciliyini bir daha təsdiqlədi

Tramp İraqın Baş Nazirlik Seçiminə Müdaxilə Etdi: Əl-Zaidiyə Dəstək

Serbiya Prezidenti Azərbaycandan Sonrakı Ən Vacib Səfərini Açıqladı: Növbə Çinindir

İranın Babülməndəb Boğazı Açıqlaması: Dünyanı Narahat Edən Yeni Gərginlik

ABŞ Hərbi Dəniz Qüvvələrinin ‘USS Higgins’ esminesində yanğın: Təhlükəsizlik narahatlığı

Braziliyada Nəhəng Sütunlar Dağları Fəth Edir: Mühəndislik Möcüzəsi Yolda

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib – Rəsmi

Qurban Qurbanovun realist mesajı: “Həmişə çempion olmaq qayda deyil”

Qurban Qurbanov Elvin Cəfərquliyevin Taleyi Barədə Danışdı: Gələcək Planlar Nələrdir?

Yuri Vernidubdan Gözlənilməz Etiraf: “Hörmətsizlik deyil, sadəcə yorğunam”

ŞOK AÇIQLAMA: ABŞ-ın 2027 Büdcəsində Ukraynaya Yardım Yoxdur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.