Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Mədəniyyət

“Ordubad” DTMQ-nin əsasnaməsi təsdiq edilib

Mart 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun (DTMQ) əsasnaməsi təsdiq edilib.

Cumhuriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qoruq tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Ordubadın Şərq memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir. Qoruq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qoruq Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Nazirliyin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamplara və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər. Qoruq fəaliyyətinə dair yarımillik və illik hesabatı Nazirliyə təqdim edir. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən meşə fonduna aid ərazilərdə meşə mühafizəsi və bərpası tədbirləri istisna olmaqla, təsərrüfat 3 istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.
Qərarla Qoruğun vəzifələri müəyyənləşib. Qoruğun vəzifələri aşağıdakılardır:
-Qoruğun ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim-tərbiyə, turizm və rekreasiya, habelə ənənəvi sənətkarlıq və digər məşğuliyyət növlərinin nümayişi və inkişaf etdirilməsi məqsədləri üçün tədbirlər görmək;
– tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaatmöhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Nazirliyə təqdim edir. Layihələr Nazirlik tərəfindən təsdiq edildikdən sonra Nazirliyin, Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir; Qoruğun öz sərhədləri və mühafizə zonası daxilində abidələrin, tikililərin bərpası, təmirinin planlaşdırılması və təşkili üçün Nazirliyə müraciət edir, Nazirlik həmin işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür; – Qoruğun ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün Nazirliyə müraciət edir; – Qoruğun elmi fondu müddətsiz saxlanılır;
– Qoruğun ərazisində turizmin inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını Nazirliklə razılaşdırmaqla təşkil edir;
– Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;
– abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatın nəşri üçün müvafiq tədbirlər görür;
– Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq, arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir. Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Nazirlikdə qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruğun ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir;
– Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;
– elmi tədqiqatların aparılması metodları Qoruğun rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq, hazırlanmış elmi təkliflər tətbiq edilə bilər;
-Qoruq gəlirindən mövcud qanunvericilik əsasında büdcəyə vergilər ödəyir;
-fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
Qoruğun maliyyələşdirilmə mənbələri aşağıdakılardır:
– Naxçıvan Muxtar Respublikasının büdcəsindən ayrılan vəsait;
– əhaliyə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericilikdə qadağan olunmayan digər fəaliyyət növlərindən alınan gəlirlər;
– dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən alınan gəlirlər; – hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələr;
– qanunvericilik aktları ilə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər.
Qoruğun əsas hüquq və məqsədləri aşağıdakılardır:
– Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlamaq; – Qoruğun ərazisində Nazirliyin razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoyur;
– Qoruğun ərazisində və ya mühafizə zonasında yerləşən dövlət (bələdiyyə) mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını təmin edir;
– Qoruğun ərazisində və ya mühafizə zonasında yerləşən abidələr üçün hər hansı təhlükə yaratmayan təmir-tikinti və inşaat işlərinin görülməsi Nazirliyin razılığı ilə həyata keçirilir;
– Qoruğun ərazisində abidələrin mühafizəsi və istifadəsi zamanı baş vermiş qanunazidd halların aradan qaldırılması üçün müvafiq tədbirlər görür;
– müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;
-Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsində, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edir, müxtəlif növ pullu xidmətlər göstərməklə qanunvericiliyə zidd olmayan gəlir əldə edir;

-qanunvericiliklə müəyyən edilmiş qaydada Qoruğa aid buklet, açıqca və digər nəşrlər buraxır, internet saytı yaradır;
-Qoruğun ərazisində kütləvi tədbirlərin, konfrans və seminarların keçirilməsini təşkil edir. 4.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi ilə Nazirlik tərəfindən təsdiq edilir.
Qoruğun fəaliyyətinə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
Qoruğun direktoru Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
Qoruğun baş fond mühafizi Qoruğun direktorunun təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Qoruğun digər işçiləri isə birbaşa Qoruğun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunurlar.
Qoruğun fəaliyyətinin dayandırılması, ləğvi və yenidən təşkili Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla, ləğv edilə və ya yenidən təşkil edilə bilər.

Əvvəlki Yazı

Sabah Ay tutulması olacaq

Növbəti Yazı

FHN dumanla əlaqədar gəmi istifadəçilərinə müraciət edib

EKSKLUZİV

İyirmi il sözün keşiyində!

İyirmi il sözün keşiyində!

09 Noyabr 2025 / 20:26
12
Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

07 Noyabr 2025 / 20:06
3
“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

07 Noyabr 2025 / 18:54
5
Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

07 Noyabr 2025 / 16:59
34

XƏBƏR LENTİ

İyirmi il sözün keşiyində!

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

Putin Lavrovun QƏLƏMİNİ QIRDI – XİN başçısına ŞOK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Maşın bazarında qiymətlər QALXACAQ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir – RƏSMİ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Tramp Zəngəzur dəhlizindən danışdı

Gənclər və İdman Nazirliyi 8 qonağa 37 min pul xərcləyəcək

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.