Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Əhməd dəhşətli faktları açdı: Onların hər birini öldürdüm ki…

Oktyabr 8, 2024
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cumhuriyyet.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə Əhməd Əhmədovun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.

Xətai rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli qərarı ilə prosessual fəaliyyət qabiliyyati olmayan hesab edilənə qədar iş üzrə əvvəl şübhəli, daha sonra isə təqsirləndirilən şəxs qismində dindirilmiş Əhməd Əhmədov törətmiş olduğu cinayət əməlini etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli usulla adam öldürmə) va 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilib.

Əhməd Əhmədov ifadələrində göstərib ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən mənzildə tək yaşayıb. Mərhum Əhmədov Mehman Əhməd oğlu onun atası, mərhum Əhmədova Pikə Bədəl qızı anası, mərhum Əhmədova Elmira Mehman qızı doğma bacısı, mərhum Əhmədov Məhəmməd Mehman oğlu doğma qardaşı, azyaşlı Ülviyyə isə bacısı Elmiranın qızıdır:

“Atam, anam və qardaşım Xətai rayonu, General Şıxlinski küçəsi, ev 59 B, mənzil 303-də yaşayıblar. Bacım Elmira Əhmədova isə qızı Ülviyyə ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yaşayıblar.

Mən dəfələrlə ailəmə problemlər yaratdığım üçün evdə olan narazılıqlardan ötrü mənə ayrı ev alıblar. Həmin evdə tək yaşamışam. Tək yaşadığım üçün atam, anam, bacım və qardaşımla normal münasibətim olmayıb”.

Əhməd Əhmədov deyib ki, əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen işləyib:

“Cinayət törədən vaxt heç bir yerdə işləmirdim. 13 fevral 2024-cü ildə saat 10 radələrində atam Mehmanla birlikdə “Hunday Aksent” markalı 10 LY 304 dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, General Şıxlinski küçəsində olan evə getdik. Həmin vaxt evdə heç kim yox idi.

Atam mətbəxdə səhər yeməyi hazırlamağa başladı. Mən atamı öldürmək qərarına gəldiyim üçün evin mətbəxindən götürdüyüm bıçaqla qəflətən ona zərbələr vurmağa başladım. Atam ağır xəsarətlər alaraq yerə yıxıldı. Mən avtomobilin açarını və atamı vurduğum bıçağı götürərək evdən çıxdım.

“Hunday Aksent” markalı avtomobillə Bakı şəhəri, Suraxanı rayonunda yaşayan bacım Elmiragilə getdim. Bacım qapını açdı. Mən Elmiraya öz üzərimdə olan bıçaqla zərbələr vurmağa başladım və Elmira yerə yıxıldı. Həmin vaxt evdə olan bacım qızı Ülviyyə ağlayırdı. Mən Ülviyyəyə də bıçaqla zərbələr vurarkən bıçaq əlimdə qırıldı. Daha sonra mətbəxə keçdim, oradan başqa bıçaq götürərək onların ikisinə də həmin bıçaqla yenidən zərbələr vurdum.

Bıçaqların ikisini də orada qoydum və avtomobillə Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən binanın həyətinə qayıtdım və avtomobili orada saxladım”.

Əhmədin ifadəsindən məlum olur ki, təxminən saat 15 radələrində məhəllədə olan “AL market”ə girib və siqaret almaq istəyib:

“Lakin əlimdə qan olduğunu gördükləri üçün mənə siqaret satmadılar. Marketdən çıxarkən gördüm ki, anam Pikə və qardaşım Məhəmməd yaşadığımız evə gedirlər. Anamla sözlü mübahisə etdim.

Sonra anam dedi ki, çıx get, bəsdir, ailəmizi çox incidirsən. Pikə Məhəmmədlə birlikdə öz yaşadıqları binaya tərəf getdi. Mən də oradan “1001 xırdavat” mağazasına girdim və 20 manata balta aldım. Onların arxasınca yaşadığımız binaya tərəf getdim. Baltanı belimə qoyub anamgil yaşayan bloka daxil oldum. Anamgil isə liftlə öz yaşadıqları mənzilə qalxırdılar.

Mən digər liftlə həmin mənzilə qalxdım. Liftdən çıxan kimi belimdəki balta ilə qapını açmaq istəyən anamı vurmağa başladım. Bu zaman arxadan qadın cinsli bir şəxs anamı nə üçün vurduğumu soruşdu. Ona “bas bayıra” deyərək qışqırdım. Sonra həmin balta ilə qardaşım Məhəmmədi də vurdum və onları da öldürdükdən sonra qapını açaraq evə girdim. Baltanı şkafla eyvanın divarı arasındakı hissədə olan 2 ədəd su borusunun arxasında gizlətdim, paltarlarımı dəyişərək evdən çıxdım”.

Əhməd Əhmədov qeyd edib ki, piyada binanın həyətində yerləşən “AL market”in qarşısına gəlib və orada olan polis işçiləri özünü şübhəli apardığı üçün onu saxlayıb, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gətiriblər.

Əhməd Əhmədov verilən suallara cavab olaraq göstərib ki, hadisə baş vermiş Xətai rayonu, General Şıxlinski küçəsi ev 59 B-nin 1-ci mərtəbəsində quraşdırılmış təhlükəsizlik kamerasının görüntülərində 13 fevral 2024-cü il tarixda saat 15:43-də şalvarının kəmərinə balta keçirmiş kişi cinsli şəxs o özüdür:

“Atam Mehman, anam Pikə və bacım Elmira məni ailənin övladı kimi saymayıblar, mənə diqqət göstərməyiblər. Məndən ayrı yaşamaq istəmələri səbəbindən məndə ailə üzvlərimə qarşı böyük nifrət yaradıblar. Qardaşım Məhəmməd və Elmiranın qızı Ülviyyə də böyüyüb gələcəkdə valideynləri kimi olacaqları üçün onların hər birini öldürmüşəm ki, rahatlıq tapım.

Eyni zamanda daxilimdəki səs sanki mənə deyirdi ki, ailə üzvlərini öldürməliyəm, mən bunu etmişəm. Cinayət hadisəsi zamanı sağ əlimin iki barmağının kəsilməsi xəsarətini almışam. Hadisənin şahidi qonşuluqdakı mənzildə yaşayan adını bilmədiyim qadın cinsli şəxs olub. Hadisə baş verən vaxt əynimdə qara rəngli qolsuz gödəkçə və göy rəngli cins şalvar olub.

Hadisə zamanı bədən səthi üzərində və paltarlarında qan ləkəsi olub. Odur ki, paltarlarımı anam və atam yaşayan mənzilin hamam otağında dəyişib, çölə çıxmışam”.

Əhməd qeyd edib ki, o, heç bir ruhi və ya psixi xəstəlikdən əziyyət çəkmir, heç vaxt narkotik vasitə qəbul etməyib, hərdən bir spirtli içki içib. Cinayət törədən zaman spirtli içkinin təsiri altında olmayıb.

Hazırda proses davam edir.

Əvvəlki Yazı

Jurnalistlər Əhməd Əhmədovun məhkəməsinə buraxılmayıb

Növbəti Yazı

Putinin Əliyev və Paşinyanla Zəngəzur müzakirəsi… – Kreml

EKSKLUZİV

Bu avtobusun son dayanacağı dəyişdirildi

Bu avtobusun son dayanacağı dəyişdirildi

19 Oktyabr 2026 / 16:00
2
ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

19 Oktyabr 2026 / 15:48
0
Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

19 Oktyabr 2026 / 15:30
1
Bu şəxslərə pulsuz mənzil veriləcək

Bu şəxslərə pulsuz mənzil veriləcək

19 Oktyabr 2026 / 15:16
2

XƏBƏR LENTİ

Bu avtobusun son dayanacağı dəyişdirildi

ADY qatarlarına daş atılması halları 38% azalıb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Bu şəxslərə pulsuz mənzil veriləcək

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

Azərbaycan çempionatında azarkeş rekordu

Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Küləkli hava neçə gün davam edəcək?

Avtobusda səs-küy salanlara cərimə tətbiq ediləcək

Gələn il dünyada qıtlıq olacaq

Sabahın hava proqnozu açıqlanıb

İlin sonunda əfv sərəncamı imzalanacaq?

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Bu şəxslər ikiqat maaş alacaq

Onları da əsgər aparacaqlar – RƏSMİ

Teymur Musayev baş nazirin müavini təyin edildi

Anar Bayramov səhiyyə naziri təyin edilib

“EVRASCON” ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram…

Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verdi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib – FƏRMAN

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək

Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun

Dünya Bankı Bakıya ayıracağı vəsaiti 500 mln. dollara çatdırır

Ramiz Mehdiyevlə bağlı ŞOK: Bu qərar verilsə…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyl   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.