Ekskluziv

Sumqayıtda zavodu partlayan Hafiz Seyidov kimdir? - Qalamaqallı keçmiş və MÜƏMMA

50

Ötən gecə Sumqayıtda sənaye müəssisələrindən birində partlayış qeydə alınıb. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, hadisə şəhərin Tuq Zavod qəsəbəsində fəaliyyət göstərən "Metaltexnoloji" MMC-nin ərazisində baş verib. Maraqlıdır ki, hadisədən sonra Fövqəladə Hallar Nazirliyi belə bir məlumatın daxil olmadığını bildirib. Lakin hadisənin görüntüləri mediada yayılıb və xəbəri ilk Musavat.com yayıb.

Partlayışdan sonra zavodda yanğın başlayıb. Alovun söndürülməsi və hadisənin qarşısının alınması üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, "Metaltexnoloji" MMC 2009-cu ildə əlvan və qara metal istehsalı müəssisəsi kimi yaradılıb. Zavodda 2019-cu ildən istehsal sahələrinin modernləşdirilməsi və qara metallurgiya üzrə yeni kompleksin qurulması istiqamətində işlər aparılıb. Müəssisə 2022-ci ildən "Metaltechnology" MMC adı ilə fəaliyyət göstərir. Məlumatda şirkətin iş adamı Hafiz Seyidova məxsus olduğu bildirilir. Lakin yanğının baş verməsi haqda FHN-ə niyə məlumat daxil olmaması sual doğurmaqdadır.

Məsələ ilə bağlı, cumhuriyyet.az olaraq bildirək ki, zavodun rəhbəri Hafiz Seyidov
Azərbaycanda fəaliyyət göstərən “Expressbank” ASC-nin əsas fiziki şəxs səhmdarlarından biridir. O, bankın səhmlərinin təxminən 20%-nə (19,99%) nəzarət edir.

Hafiz Seyidov eyni zamanda "Expressbank"ın ən böyük səhmdarı olan (48,78% pay) "Azenco Group" MMC-nin qanuni təmsilçisidir. Bu qrupun tərkibinə Sumqayıt Texnologiyalar Parkı (STP) və ya "Azenco" ASC kimi iri sənaye, zavod və energetika infrastrukturu müəssisələri ilə əlaqəli strukturlar daxildir. Onu da bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 4 milyon manata yaxın mənimsəmədə ittiham olunaraq məhkəmə proses leçirilən “Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin Hafiz Seyidovun yaxın adamı olduğu bildirilir. Bu günlərdə keçirilən məhkəmə prosesində şirkətin mühasibi Azər Məmmədəliyev bildirib ki, Vüqar Əliyevin sərhədsiz səlahiyyətləri olub və bu səlahiyyəti ona "Azenco" idarə heyətinin sədri Hafiz Seyidov verib.

Cumhuriyyet.az-ın media üzərindən araşdırmalarında o da məlum olub ki, biril öncə H.Seyidovun oğlu da qalmaqalla medianın gündəminə gəlib. Belə ki,ötın ol noyabrın 18-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə “Təmiz hava aylığı” ilə əlaqədar keçirilən reyddə bazar dəyəri 850 min manat olan avtomobil sahibi saxlanılıb. 10-SY-100 dövlət qeydiyyat nişanlı “Ferrari” markalı nəqliyyat vasitəsindən ətraf mühitə atılan dəm qazının miqdarı normadan yüksək olduğu üçün sürücü 50 manat cərimələnib “Ferrari”nin sürücüsü olan Miryaqub Seyidov Hafiz Seyidovun oğludur. Araşdırmalar nəticəsində o da məlum olub ki, Seyidovlar ailəsinin geniş avtomobil kolleksiyası var. Onlar daha çox qeydiyyat nişanında “OO” olan nəqliyyat vasitələri idarə edirlər. Seyidovların isə ümumilikdə avtomobil qarajına “Ferrari”, “Lamborghini” və “Porsche” kimi lyuks maşınlar daxildir. Cumhuriyyet.az olaraq onu da əlavə edək ki, qaydaları pozan sürücü Miryaqub Seyidov çəkiliş kamerasında gizlənmək üçün avtomobillə ərazidən uzaqlaşıb. Necə deyərlər, bir il öncə qanundan gizlənən oğlun atası indi də bir zavod partlayışını ört basdır etçəyə çalışıb. Maraqlıdır ki, hadisə ilə bağlı hələ də rəsmi açıqlama yoxdur.
Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər

↑