Ekskluziv

Azərbaycan Beynəlxalq Bankında “şapka” əməliyyatı: Hacı adlı şəxs Bakıxanov filialında hansı oyunlardan çıxıb?

66

Son zamanlar əksər insanlar banklara müraciət edərkən bir sıra xərcləri onların nəzərlərinə çatdıranda düşünürlər ki, kobud dildə desək bu, “şapkadır” ya da ki, bank işçisinə çatası şirinlikdir. Ancaq bunlar əsla belə deyil, bunu anlatmaq üçün də əsas yük kredit mütəxəssisinin üstünə düşür. Əgər o öz vəzifəsini layiqincə təmsil etsə, müştəridən çıxan yeganə pul komissiya haqqı olacaq və müştəri dəqiq əmin olacaq ki, bu pulu nədən ötrü verib, yəni pul heç də işçinin cibinə getmir. Yox əgər burda kredit işçisinin maddi maraqları üstün gəlsə, onda o zaman müştəri komissiyada ödəməli olacaq və əlavə olaraq kreditə görə şirinlik yəni “şapka” da.
Bu baxımdan Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialında ilginc hadisələr baş verib. Cumhuriyyet.az-a daxil olan məlumata görə, bir neçə ay öncə Azərbaycan Beynəlxalq Bankında bəzi vətəndaşlara verilən kreditlərə görə əlavə haqq alınıb. Belə ki, adları müxtəlif banklarda gecikmələrə düşən və kredit verilməməli olan şəxslər “şapka” verməklə bu problemlərini Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialında rahat şəkildə həll ediblər. Cumhuriyyet.az-a bu barədə danışan şikayətçi mənbə iddia edir ki, Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialında kreditə görə şapka alan “şəbəkə” fəaliyyət göstərib. Bu şəbəkənin başında hansı şəxsin durması gizli saxlanılsada, işləri yönəldən həyata keçirən Hacı kimi tanınan bir şəxs olub. Tam dəqiqləşdirmədiyimiz məlumata görə isə bu şəxs Həsənov Həmid Fərhad oğludur. Məlumata görə Hacı kimi tanınan bu şəxs təşkil etdirdiyi kredit məbləğinin 10-12 faizini “gördüyü” işlərin haqqı üçün alıb. Həm də bu pullar “rüsum” adı ilə, guya adın qara siyahıdan silinməsi üçün əvvəlcədən alınıb və sonradan məlum olub ki, bu pullar onun atasının kartına köçürülüb. Maraqlıdır ki, normal qaydada kredit alma imkanı olmayan – gecikmədə olan, işləməyən, hətta yaşı 70-i ötmüş şəxslərə məhz Hacının vasitəsi ilə kredit təşkil edilib və bu proses Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialında həyata keçirilib. Təbii ki, bu fakt təşkil olunan kreditlərdə Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialının rəhbərliyinin əlinin olmaması şübhə yaradır. Məsələnin bu tərəfini növbəti yazımızda araşdıracayıq.

Baş verənlərlə bağlı cumhuriyyet.az-a danışan şikayətçinin sözlərinə görə, sonradan xeyli sayda vətəndaşdan şapka alaraq kredit problemini həll edə bilmədiyinə görə Hacıdan hüquq mühafizə orqanlarına şikayət olunub. Bir neçə gün ifadə verərək nəzarət altında saxlanılan Hacı bütün zərərçəkənlərə dəymiş ziyanı ödəyəcəyinə söz verərək azadlığa çıxır. Amma bu vədə əməl olunmatyıb və hazırda onlarla şəxsdən alınan 10 min matatdan çox pul ödənməyib. Hacı adlanan bu şəxs  aldığı pulların bir hissəsini Beynəlxalq Bankda məsul vəzifə tutan şəxslə birgə mənimsədiyini və ödənişdə onun da payı olduğunu bildirib.
Mövzunu davam etdirəcəyik.

Oxşar xəbərlər

↑