Cəmiyyət

“McDonalds”da gigiyena narahatlığı: Müştərilər şikayət edir – Video

10

Bakıda fəaliyyət göstərən “McDonalds” restoranlarında yeməklərin təqdim edildiyi padnosların içinə qoyulan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız örtüklər yığışdırılıb.

Tribuna.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə narazılıq paylaşılıb.
Müştərilər yeməklərin təqdim olunduğu padnosların üzərindəki kağız örtüklərin yığışdırılmasından narahatdırlar.

Şikayətçilərin sözlərinə görə, həmin örtüklər götürüldükdən sonra yeməklər birbaşa padnosun üzərinə qoyulur. Gün ərzində padnoslardan çoxsaylı müştərilərin istifadə etdiyini vurğulayan vətəndaşlar bunun gigiyena baxımından risk yarada biləcəyini düşünürlər.

Onlar yeməklərin təqdim olunduğu padnosların təmizliyi ilə bağlı suallar səsləndirərək, bu vəziyyətin nə dərəcədə sanitariya normalarına uyğun olduğunu müzakirəyə çıxarıblar.

Halbuki birdəfəlik istifadə üçün nəzərdə tutulmuş o kağızlar qidanın padrosla təmasını kəsirdi.

Şikayətçilər bildirir ki, başqa ölkələrdə olan “McDonaıds”larda bu qayda hələ də qalıb. Məsələn, Türkiyədəki sözügedən restoranlarda padnosların içi birdəfəlik istifadəyə uyğun olan kağız lövhələrlə örtülür.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Video Oynadıcı

Oxşar xəbərlər

↑