Gündəm

Simonyan dekabrda Azərbaycana gələcək

25

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan gələn ay, dekabrda Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bu səfərin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfərindən sonra cavab səfəri kimi nəzərdə tutulduğunu bildirib.

"Gələn ay Azərbaycana səfər etməyi planlaşdırıram. Qeyd edim ki, söhbət Bakı şəhərinə səfərdən getmir. Bu səfər ona görə nəzərdə tutulub ki, Hikmət Hacıyev artıq Ermənistanda olub, indi isə cavab səfəri etmək növbəsi məndədir. Biz texniki məsələləri və əməkdaşlıqla bağlı mövzuları, yəni mümkün olan bütün məsələləri müzakirə edirik", - Ermənistan Təhlükəsizlik Şurasının katibi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, noyabrın sonunda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri də Ermənistana gedəcəklər.

Oxşar xəbərlər

↑