Cəmiyyət

“Azercell”dən şikayətlər artır: “Belə acgözlük olar?” – Müştəri

39

“Azercell”in “Sim kredit” xidməti ilə bağlı daha bir müştəri narazılığı gündəmə gəlib.

Tribuna.az xəbər verir ki, Munis Ferzəliyev “Müştəriyəm Şikayətim Var” qrupunda paylaşım edərək mobil operatorun kredit borcunu ödəmək üçün balansındakı bütün vəsaiti tutmasına etiraz edib.

“”Azercell”, siz nə üçün ‘Sim kredit’ ödənişində balansda olan bütün məbləği çıxırsınız? Bu nə məntiqdir, nə xidmət səviyyəsidir? Heç olmasa, balansda bir danışıq haqqı qədər vəsait saxlayın!
Bəlkə mən ölüm ayağındayam, üstümdəki 1 manatı kontura köçürürəm, o da hamısı çıxılır. Belə acgözlük olar? Zatən kredit məbləğinin üstündə 30% kimi rüsvayçı rüsum tutursunuz. Biabırçılıqdır konkret. Milləti cana yığmaqdan başqa bir işə yaramırsınız!” – deyə o bildirib.

Müştərinin sözlərinə görə, operator kredit borcunu tutarkən balansda danışıq üçün heç bir vəsait saxlamır. Bu isə istifadəçinin öz hesabına yüklədiyi puldan belə sərbəst istifadə edə bilməməsi ilə nəticələnir.

Xatırladaq ki, son zamanlar “Azercell”in xidmet seviyyesinden şikayətlər artmaqdadır.

Gülşən Rəsul

Oxşar xəbərlər

↑